Bu ildən xaricdən dərman gətirmək asanlaşır
Bu gündən Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
Globalinfo.az xəbər verir ki, bu, "Dərman vasitələri haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, klinik protokollara əsasən xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsi reseptdə yazıla bilər. Bu halda həmin dərman vasitəsinin tələb olunan miqdarı göstərilməklə resept sistem vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 2 (iki) iş günü müddətində həmin reseptin klinik protokollara və xəstənin elektron sağlamlıq kartındakı məlumatlara uyğunluğunu yoxlayır və nəticəsinə uyğun olaraq resepti elektron sistemdə təsdiq edir və ya təsdiqindən imtina edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi ölkəyə gətirilə bilər.
Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Fastfood" yaddaş üçün ciddi təhlükədir
"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma
21 aprelDəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir. BBC xəbər verir ki, ötən ilin avqustunda baş dərisində melonoma akşarlanan və cərrahi yolla bundan xilas olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirə
28 aprelÜrək xəstəliyi riskinizi öyrənin! - Baş barmaq testi
Təcili yardım həkimi Dr. Co Uvittinqton sosial şəbəkədə paylaşdığı sadə bir testlə gündəmə gəlib. O, bu testin təhlükəli ürək xəstəliklərindən birinin əlamətini üzə çıxardığını bildirib. Yale kardioloqları tərəfindən icad edilən "baş barmaq-ovuc testi"nin aorta problemləri barədə bir çox məluma
12 mayAlimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar
Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin
21 aprelMüalicəvi Masajın insan Sağlamlığına xeyirləri
Masaj Bütün bədənin başdan başa ən azı bir saat masaj edilməsi insanın immunitetini artırır, ürək qan damar sisteminin işini rahatlaşdırır, qaraciyərin filtr funksiyasını yaxşılaşdırır. Dərinin təravətli olmasına səbəb olur. Masaj olunan sahələrdə qan dövranı sürətlənir, qan dövranına mane olan hissəcikləri
24 martYazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi
14 aprelKifayət qədər yatmamaq hansı problemlərə səbəb olur? - Həkim
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Nahid Məhərrəmov Səhiyyə Nazirliyinin saytına yuxu, onun əhəmiyyəti, fəsadları və qarşısının alınması yolları barədə müsahibə verib. Ölkə.Az xəbər verir ki, müsahibədə yuxunun vacibliyi barədə danışan mütəxəssis-ekspert deyib: "Yuxu ətra
15 mayArıqlamaq üçün vacib olan "toxluq molekulları"nı necə yaradaq?
Stenford Tibb Universitetinin alimləri aşkar ediblər ki, intensiv fiziki fəaliyyətdən sonra insan orqanizmi xüsusi "toxluq molekulları" əmələ gətirir. Bənzər bir maddə "Metformin" adlı məşhur diabet dərmanının qəbulu nəticəsində sintez olunur. Qan şəkərinə nəzarət etmək üçün metmorfi
23 mart