Koronavirusu yüngülləşdirən dərmanın İLK SINAQLARI
Koronavirusun simptomlarını yüngülləşdirən dərmanın ilk sınaqları uğurlu olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bir sıra tədqiqatlar nəticəsində Honq-Konqdan olan mütəxəssislər uzunmüddətli COVID-19-un simptomlarını yüngülləşdirmək üçün nəzərdə tutulmuş unikal eksperimental SIM01 dərmanı yaratmağa müvəffəq olublar.
Bir ildən çox davam edən araşdırma zamanı elm adamları COVID-19-a yoluxan 463 yetkin insanı iki yerə bölüblər. İştirakçıların yarısı altı ay ərzində SIM01, digərləri isə C vitamini plasebo alıblar.
Müalicə kursunu başa vurduqdan sonra tədqiqat iştirakçıları testlərdən keçiblər. Tədqiqatçılar izah ediblər ki, COVID-19 olan xəstələrin bağırsaqlarında qısa zəncirli yağ turşusu istehsal edən bakteriyaların sayının azalması bağırsaq-ağciyər qarşılıqlı əlaqəsinə və xəstəliyin şiddətinə təsir edən əsas mexanizm ola bilər.
SIM01 terapiyasının yorğunluğun aradan qaldırılmasında 47%, yaddaş itkisinin azaldılmasında 56%, diqqəti cəmləmək çətinliyinin aradan qaldırılmasında 62%, mədə-bağırsaq xəstəliklərinin müalicəsində 30% və ümumi rifahın yaxşılaşdırılmasında 31% effektiv olduğu müəyyən edilib.
Qeyd edək ki, tədqiqat dərmanın heç bir arzuolunmaz əlavə təsirini aşkar etməyib. Alimlər həmçinin antibiotik müqavimətinə cavabdeh olan genlərin sayında azalma aşkar ediblər ki, bu da çox güman ki, xəstələrin mikrobiomunda funksional dəyişikliklərlə bağlıdır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBroyler toyuqlarının bu hissələrini yeməyin
Məlumdur ki, toyuq əti qiymətli kalium, flüor, kalsium, maqnezium, natrium, yod, dəmir, həmçinin bir çox vitamin, mikro və makroelementlər mənbəyidir. Bununla belə dünya alimləri qeyd edirlər ki, quşun bəzi hissələri insan sağlamlığı üçün zərərlidir. Məsələn, toyuq boynunda zərərli maddələrin və bakteriyaları
12 mayCücərmiş kartofu atmayın - Qızıl dəyərində
Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə
24 martArıqlamaq üçün vacib olan "toxluq molekulları"nı necə yaradaq?
Stenford Tibb Universitetinin alimləri aşkar ediblər ki, intensiv fiziki fəaliyyətdən sonra insan orqanizmi xüsusi "toxluq molekulları" əmələ gətirir. Bənzər bir maddə "Metformin" adlı məşhur diabet dərmanının qəbulu nəticəsində sintez olunur. Qan şəkərinə nəzarət etmək üçün metmorfi
23 martDünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...
Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl
20 martKifayət qədər yatmamaq hansı problemlərə səbəb olur? - Həkim
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Nahid Məhərrəmov Səhiyyə Nazirliyinin saytına yuxu, onun əhəmiyyəti, fəsadları və qarşısının alınması yolları barədə müsahibə verib. Ölkə.Az xəbər verir ki, müsahibədə yuxunun vacibliyi barədə danışan mütəxəssis-ekspert deyib: "Yuxu ətra
15 mayArzuolunmaz tüklərdən qurtulmağın YOLLARI
Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz
14 aprelQan təzyiqini tez aşağaı salmaq üçün SADƏ ÜSUL
Mütəxəssislər ürək sağlamlığını yaxşılaşdırmağın və qan təzyiqini azaltmağın yollarını açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, hər hansı orta fiziki fəaliyyət qan təzyiqini azaltmağa və eyni zamanda ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Ancaq son məlumatlara görə, ürək sağlamlığın
6 aprel