Kredit faizləri daha da artacaq? - MÜHÜM AÇIQLAMA

Kredit faizləri daha da artacaq? - MÜHÜM AÇIQLAMABir neçə gündür ki, banklar tərəfindən kredit faizlərinin yenidən artırılacağı ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, banklar tərəfindən əmanətlər üçün depozit faizlərinin artırılması nəzərdə tutulur. Bu addımın kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacağı bildirilir.

Bəs kredit faizləri arta bilərmi?

Məsələ ilə bağlı fikirlərini Bizim.media-ya açıqlayan iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, kredit faizlərinin artmasına bir neçə amil təsir edə bilər.

İlk növbədə hökumətin həyata keçirdiyi inflyasiya siyasətinin bu məsələdə rol oynaya biləcəyi ehtimalını diqqətə çatdıran ekspertin fikrincə, inflyasiyaya qarşı mübarizədə dünya təcrübəsi əsas götürülür:

"Bu da uçot dərəcəsinin və kredit faizlərinin artırılmasına səbəb ola bilər. Necə ki, bəzi ölkələrdə belə bir hadisə baş verdi. Bilirik ki, Azərbaycan hökuməti inflyasiya ilə bağlı bəzi hədəflər müəyyənləşdirib və bunu da banklar özləri üçün əsas götürməlidirlər".

Ekspertin sözlərinə görə, banklar əhalidən götürülən depozitləri artırmaq üçün müxtəlif təkliflər irəli sürürlər:
"Depozit faizi artdıqca, vətəndaşlar banka üz tuturlar. Bu gün ölkədə vəziyyət belədir ki, vətəndaşlar inflyasiyanın səviyyəsinə uyğun olaraq ya topladığı vəsaitləri "yastığın altında", ya da bankda saxlayırlar. Bank isə müxtəlif yollarla depozit portfelinin həcmini artırmağa çalışır ki, bunun da yolu faizlərin artırılmasından keçə bilər. Bu da öz növbəsində kreditlərin də atmasına səbəb olur".

Müsahibimiz Mərkəzi Bank tərəfindən həyata keçirilən siyasəti son 10 ildəki ən optimal idarəetmə üsulu kimi dəyərləndirib:

"Bu da əslində daha çox məsələlərin tənzimlənməsinə hesablanıb. Bu gün ölkəmizdə bank sektoru ilə yanaşı, kredit verə bilən digər maliyyə təşkilatları da mövcuddur. Əslində banklar faizləri artırmaq üçün onlarla rəqabət aparmalıdırlar. Üstəlik, həmin təşkilatların isə öhdəlikləri kifayət qədər azdır və aşağı faizlərlə kredit verə bilərlər.

Bu baxımdan da sosial şəbəkələrdə kredit faizlərinin artırılması ilə yayılan məlumatların heç bir əsası yoxdur. Düşünmürəm ki, hansısa bank vətəndaşdan verdiyi kredit müqabilində 2 faiz, 3 faiz və ya 4 faiz artıq pul alsın. Ona görə ki, öz kredit portfellərində ciddi azalma görə bilərlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1973   Tarix: 13 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib

1 may
.

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırıldı

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normas

5 aprel
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Pomidor-xiyar bu tarixdən sonra UCUZLAŞACAQ - AÇIQLAMA

Bazarlarda pomidor və xiyarın qiymətinə ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda iki manatdan ucuz xiyar üç manatdan aşağı pomidor tapmaq mümkün deyil. Niyə pomidor və xiyarın qiyməti hələ də enmə müşahidə edilmir,. Məsələ ilə bağlı iqtisadçı Emin Qəribli -a açıqlama verib. İqtisadçı bildiri

1 may
.

Keçmiş bank sədri Vyanada vəfat etdi

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetin

22 aprel
.

Unla bağlı yenilik olacaq

"Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qid

18 aprel
.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart
.

Azərbaycan Gürcüstandan qoyun idxalına çəkdiyi xərci 90 % azaldıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 90 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanın qoyu

28 aprel
.

Onlayn ticarətdən geniş istifadə gələcəkdə yerli bazarı məhv edə bilər? - Açıqlama

Onlayn ticarət artıq bütün dünyada tendensiyası halını alıb. Artıq bir çox mağazaların onlayn formada da ticarət edirlər.Ödənişlərin heç yerə getmədən edilməsi, sifarişin qapıya çatdırılması rahatlığı, eləcə də dünyanın istənilən yerindən məhsul və xidmətlərə çıxış imkanları onlayn ticarətin ən üstü

7 may