Azərbaycanda quzu əti niyə bahalaşır?

Azərbaycanda quzu əti niyə bahalaşır?Son günlər Azərbaycanda qoyun-quzu ətinin bahalaşması müşahidə olunur.

Yaxın günlərə qədər kiloqramı 16-17 manata təklif olunan quzu ətini Bakıda bəzi yerlərdə, hətta 20 manata satırlar.

Bəs qiymət artımı nə ilə bağlıdır?

"Report"a açıqlama verən iqtisadçı-ekspert Xaliq Məmmədov deyib ki, hazırda qoyunlarda döl dövrü olduğundan onlar bazara az sayda çıxarılır:

"Son nəticədə tələb təklifi üstələyir və qiymətlərin artmasını stimullaşdırır. Digər səbəb isə odur ki, dünyada, o cümlədən Azərbaycanda yem bahalaşıb. Bu da qoyunçuluğun inkişafına mənfi təsir göstərir və ətin qiymətini artırır. Qoyunların sayının azalmasının qarşısını almaq, bu heyvanın yetişdirilməsində effektiv və dayanıqlı inkişafa nail olmaq üçün yarımintensiv və intensiv üsulların tətbiqinə ehtiyac var. Azərbaycanda qoyunçuluğun inkişafı üçün şərait var. Ölkədə damazlıq qoyunçuluğa xüsusi diqqət yetirilməli, bu sahədə təcili olaraq kooperativlər yaradılmalı, ailə-kəndli təsərrüfatlarının inkişafı xüsusi konsepsiya əsasında genişləndirilməlidir".

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası qoyunçuluğun inkişafına müsbət təsir edəcək:

"Ötən il həmin ərazilərdə yerləşən yaylaqlara təxminən 3 700 qoyunçuluq və arıçılıq təsərrüfatı köçürülüb. Minalardan təmizləmə işləri davam etdikcə daha çox təsərrüfat bu ərazilərə köçürüləcək və sahə inkişaf edəcək".

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Eldar Həsənov isə deyib ki, Azərbaycanda qoyunların sayının azalmasına səbəb həm də onların erkən yaşda, az çəkidə kəsilməsidir:

"Belə olan təqdirdə isə heyvan yetişdirilməsi tam aparılmır. Son illər iqlim dəyişiklikləri ilə əlaqədar olaraq təbii otlaqlarda - bitki örtüyündə baş verən dəyişikliklər, yem çatışmazlığı da bahalaşmaya səbəb olan amillərdən biridir. Yem bazası da heyvandarlığın inkişafı üçün vacib şərtdır, bol olarsa, heyvanların yemlənməsi lazımi səviyyədə aparılarsa, məhsuldarlıq artar. Ölkə üzrə kəndətrafı örüş sahələrində də azalma var".

E.Həsənov əlavə edib ki, ölkədə intensiv və yarımintensiv qoyunçuluğun inkişafı əhəmiyyətlidir:

"Bu sahədə fəaliyyət göstərən fermalar var. Fermerlər bu sahədə təcrübəni öyrənməli, tətbiq etməlidirlər".

Hazırda Azərbaycan ət məhsullarına olan tələbin bir hissəsini idxal hesabına ödəyir. Ətə tələbin yüksəlməsi qonşu ölkələrdən, əsasən də Gürcüstandan Azərbaycana gətirilən ət məhsullarının həcminin artmasına gətirib çıxarır. Son üç ildə ölkəyə diri qoyun əsasən Gürcüstandan gətirilir.

2023-cü ilin 10 ayında Azərbaycan xarici ölkələrdən 24,211 milyon ABŞ dolları dəyərində (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 75% çox) 312 min 933 baş (86% çox) diri qoyun idxal edib. Bunun da 15,952 milyon ABŞ dolları dəyərində (36% çox) 214 min 191 baş qoyun (42% çox) Gürcüstandan, 7,94 milyon ABŞ dolları dəyərində (6,6 dəfə çox) 98 min 152 baş (6,4 dəfə çox) Rusiyadan və 317,62 min ABŞ dolları dəyərində (64% az) 590 baş (71 % az) Türkiyədən gətirilib.

2022-ci ildə Azərbaycana idxal edilən 194 min 562 baş diri qoyunun 90,4%-i Gürcüstanın payına düşüb. Bundan başqa Rusiyadan, Türkiyədən və Bolqarıstandan diri qoyun idxal edilib. 2021-ci ildə alınmış 117 min 574 ədəd diri qoyunun 56% -i Gürcüstanın, 38%-i isə Rusiyanın payına düşüb.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında (sonuncu statistik rəqəmlər) ölkədəki qoyun-keçinin baş sayı 9% (illik müqayisədə) azalaraq 7 milyon 223 min başa enib. Quş əti də daxil olmaqla diri çəkidə ətin istehsalında da azalma müşahidə olunur. Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 3% azalaraq 538,2 min ton ət istehsal edilib.

Mövsümi faktorlar nəzərə alınmaqla aprel ayından yerli istehsalın həcminin artmasını müşahidə edə bilərik. Ət məhsullarının qiymətlərinin artması arzuolunan deyil, amma tələb olunan əsas qida mallarından hesab olunur və kifayət qədər çox istifadə edilir. Bu səbəbdən də insanların ümumi xərcinə təsir edir.

Ona görə də yerli istehsal hesabına tələbin ödənilməsində çətinlik olsa, məqsədəuyğundur ki, xərc aşağı olan ölkələrdən idxal həyata keçirilsin. İdxalın stimullaşdırılması məqsədəuyğundur. İqtisadi stimullar, optimallaşma tədbirləri və vergi güzəştləri yerli istehsalın məsrəflərinin azalmasına səbəb olmaqla özünü məhsulların maya dəyərinin aşağı düşməsində göstərə bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1143   Tarix: 15 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021