COVID-ə yoluxma YENİDƏN ARTIR – "Əvvəl bir həftəyə sağaltmaq olurdu, indi isə..."

COVID-ə yoluxma YENİDƏN ARTIR – "Əvvəl bir həftəyə sağaltmaq olurdu, indi isə..."Ötən ilin dekabrın 31-dən bu ilin yanvarın 18-nə qədər COVİD-19-a yoluxma 109 nəfər, ölüm sayı isə 12 nəfər artıb.

Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 31-də yaydığı məlumatda göstərildi ki, 116 nəfər koronavirusa yoluxub, analiz nümunələri müsbət çıxan 2 nəfər isə vəfat edib, amma 102 nəfər müaıicə olunaraq sağalıb.

Yanvarın 18-də açıqlanan məlumatda isə yoluxma sayının 225 nəfərə çatdığı, ölənlərin sayının isə 14 nəfər olduğu vurğulandı. Göründüyü kimi, koronavirusa yoluxma statistikasından yenidən artım müşahidə olunur.

Yoluxmaların artmasına səbəb nədir?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran terapevt-həkim Abbas Bağırov, ölkədə korovirusun hələ də mövcud olduğunu bildirib və əhaliyə diqqətli olmağı tövsiyə edib.

Son vaxtlar yoluxma və ölüm hallarının getdikcə artdığını deyən müsahibimiz, koronavirusla yanaşı digər viruslara da yoluxma prosesinin başladığını diqqətə çatdırıb:

"Bir xəstənin həm koronavirusla, həm qrip virusu ilə, həm də qızılca ilə yoluxmasını müşahidə etdiyimiz "Tridemiya" prosesi yayılmaqdadır. Bu da ölüm faizlərinin artmasına səbəb olur".

Yayılma tendensiyasının hələ də davam edəcəyini söyləyən həkimin sözlərinə görə, ancaq vaksinlər və immun sistemini gücləndirən dərmanlar və vitaminlərlə xəstəliklərdən qorunmaq olar:

"Ümumdünya Səhiyyə Təşkilatı da bəyan etdi ki, sanitar-gigiyenik normalara ciddi riayət olunması ilə bərabər, vaksinasiya rejimini tənzimləməklə və orqanizmin müqavimətini artıran prepatların təyinatı ilə insanlar özlərini qoruya bilərlər. Artıq Azərbaycanda yeni vaksinasiya prosesi başlayıb. İlk növbədə insan özü-özünün həkimi olmalı və tələb olunan bütün profilaktik tədbirləri öz üzrəində tətbiq etməlidir ki, yoluxmasın, yoluxsa da, xəstəliyi yüngül keçirsin. Açıq havada çox gəzmək, sosial sıxlıq müşahidə olunan yerlərdən uzaq olmaq və istirahət rejiminə riayət etmək lazımdır. Risk qrupuna aid olan şəxslər isə xüsusilə diqqətli olmalıdırlar".

Həkimin bildirdiyinə görə, koronavirsunun mutasiyaya məruz qalmış və hələ də təyin olunmayan yeni subvahidi yayılmaqdadır:

"Yayılmaqda olan yeni virus ştammının molekulyar quruluşu tam xarakerizə olunmayıb, amma həm pandemik göstəriciləri yüksəkdir, həm də sağalma müddəti uzun çəkir. Bunu bizə müraciət edən pasiyentlərdə də müşahidə edirik. Əvvəllər xəstə qrip dərmanları ilə 1 həftəyə tam sağalırdı, amma indi 21 günə xəstəni sağaltmaqda çətinlik çəkirik.
Afrikada və Amerika qitəsində gedən proseslərə nəzər yetirdikdə, bunun yayılma tezliyini daha yüksək olduğunu görürük. Bu baxımdan da hələlik əvvəlki koronavirus kimi kritik həddə çatmasa da, çox təhlükəlidir. Həm pandemiyanın miqyasının genişlənməsi, həm də ölüm sayının artması onu göstərir ki, bu mutasiyadan ciddi şəkildə qorunmaq lazımdır. Əvvəlki kimi yenidən gigiyenik normativlərə riayət etmək, yaxın təmasdan qaçmaq lazımdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 781   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müalicəvi Masajın insan Sağlamlığına xeyirləri

Masaj Bütün bədənin başdan başa ən azı bir saat masaj edilməsi insanın immunitetini artırır, ürək qan damar sisteminin işini rahatlaşdırır, qaraciyərin filtr funksiyasını yaxşılaşdırır. Dərinin təravətli olmasına səbəb olur. Masaj olunan sahələrdə qan dövranı sürətlənir, qan dövranına mane olan hissəcikləri

24 mart
.

Bu dondurmalar zəhərləyir – Necə ayırd etmək olar?

Dondurma ən məşhur yay məhsullarından biridir. Lakin süddən hazırlanan bu məhsul həm də zəhərlənmə potensialı ən yüksək olan qidalar arasındadır. -a istinadən xəbər verir ki, dondurmadan zəhərlənməmək üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır. Mütəxəssislər kristallaşan dondurmaları yeməmək barəd

12 may
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

7 aprel
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31 mart
.

Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub - Tədqiqat

Zərərli qidaların nə üçün xərçəngə səbəb olduğu məlum olub. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Sinqapur Universitetinin tədqiqatçıları bununla bağlı araşdırma aparıblar. Təxminən 3 milyon britaniyalı hazırda xərçənglə mübarizə aparır və bu rəqəmin 2040-cı ilə qədər 5,3 milyonu keçəcəy

24 aprel
.

Psixikamıza ən yaxşı təsir edən QİDALANMA NÖVÜ

Alimlər balanslaşdırılmış sağlam qidalanmanı beyin, psixi sağlamlıq və idrak funksiyalarının qorunması üçün ən yaxşı olduğunu bildiriblər. Çünki bu qidalanma növü ən yaxşı nəticələri göstərib. Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil terapevti, akademik Oksana Drapkina bildirib ki, bu yemək tərzi il

5 may
.

Kifayət qədər yatmamaq hansı problemlərə səbəb olur? - Həkim

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Nahid Məhərrəmov Səhiyyə Nazirliyinin saytına yuxu, onun əhəmiyyəti, fəsadları və qarşısının alınması yolları barədə müsahibə verib. Ölkə.Az xəbər verir ki, müsahibədə yuxunun vacibliyi barədə danışan mütəxəssis-ekspert deyib: "Yuxu ətra

15 may
.

İnfarktdan necə qorunmaq olar? - 8 sadə qayda

Sağlamlıq problemlərini uzun müddət müalicə etməkdənsə, qarşısını almaq daha yaxşıdır. -a istinadən bildirir ki, xəbər verir ki, düzgün qidalanma, müntəzəm fiziki fəaliyyət və pis vərdişlərdən imtina ürək xəstəliklərinin qarşısının alınmasında ən yaxşı tədbirdir. Genetik və yaş kimi bəzi faktorlar bizi

7 aprel
.

Qan təzyiqini tez aşağı salmaq üçün SADƏ ÜSUL

Mütəxəssislər ürək sağlamlığını yaxşılaşdırmağın və qan təzyiqini azaltmağın yollarını açıqlayıblar. Hər hansı orta fiziki fəaliyyət qan təzyiqini azaltmağa və eyni zamanda ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Ancaq son məlumatlara görə, ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıran xüsus

7 aprel