Beynəlxalq Bankın yeni rəhbərindən şok qərar: hər ev üçün 10 min manat rüşvət...

Beynəlxalq Bankın yeni rəhbərindən şok qərar: hər ev üçün 10 min manat rüşvət...Azərbaycan Beynəlxalq Bankının yeni rəhbəri tikinti şirkətlərinin layihələrini maliyyələşdirməkdən imtina edib. Bankın İdarə Heyətinin sədri vəzifəsini əvəz edən Xalid Əhədov bir sıra kredit məhsulları ilə bərabər ipoteka kreditini də dayandırıb.

Bir sıra tikinti şirkətləri yeni inşa etdikləri binalardakı mənzilləri Beynəlxalq Bankın 20 illik ipoteka krediti vasitəsilə rahat satırdılar. Bu ayın ortasından Beynəlxalq Bank krediti dayandırdıqdan sonra tikinti şirkətləri müştərisiz qalıblar. Mənzillər satılmadığından tikinti şirkətləri maliyyə sıxıntısı çəkə, hətta Bakı və Xırdalanda tikilən bir sıra binaların tikintisi yarımçıq qala bilər.

Azərbaycan Beynəlxalq Bankı illik 8%-lə, 20 il müddətinə ipoteka krediti təklif edirdi. Belə ki, mənzilin dəyəri alıcının əvəzinə Beynəlxalq Bank tərəfindən tikinti şirkətinə, mənzilin sahibi (alıcı) faizi ilə birlikdə əsas borcu aybaay Banka qaytarır. Tikinti şirkəti mənzilini satdığı gün pulunu Bankdan alırdı və həmin pullar ilə tikinti işlərinin əsas hissəsi aparılırdı.

20 illik ipoteka ilə 1 və 2 otaqlı mənzillərin aylıq ödənişi münasib olduğundan alıcı tez tapılırdı. Tikinti şirkətləri də təlabatı düzgün qiymətləndirib mənzilləri 1 və 2 otaqlı olaraq layihələndirirdilər. Mənzillərin demək olar ki, 90%-i 20 illik ipoteka ilə satılırdı. Əgər Beynəlxaılq Bank tezliklə ipoteka kreditini bərpa etməsə və başqa banklar tikinti şirkətlərinə dəstək olmasalar, bir çox binaların tikintisi yarımçıq qala bilər.

Sayt yazır ki, Beynəlxalq Bankın yeni rəhbərinin 20 illik ipotekanı dayandırmasının səbəblərindən biri sağlamlaşdırma tədbirləri ola bilər. Manat ilə milyonlarla vəsaitin 20 illik bir müddətə kreditə verilməsi Bankı rəqəmlərdə böyütməklə bərabər, riskləri də artırır. Risklərdən biri valyuta riskidir. Manat il keçdikcə dəyərdən düşür. 5-10 il sonra Beynəlxalq Bankın geri yığacağı vəsait "qəpik-quruş" ola bilər. "Ölü manatlar" yenidən kredit verməyi çətinləşdirə, bu da Bankın maliyyə vəziyyətinə pis təsir göstətə bilər.

İpoteka kreditinin dayandırılmasının digər bir səbəbi faiz dərəcəsi ola bilər. Ölkədə Mərkəzi Bankın uçot dərəcəsi 15%, bankların əmanət faizləri 15%-dən yuxarı olduğu bir dövrdə, Beynəlxlaq Bank 8%-lə (annuitet 4,5% civarında) ipoteka krediti ayırırdı.

Beynəlxalq Bank 20 illik ipoteka ilə alınmış mənzilləri girov götürürdü. Son bir neçə ildə, bəlkə də 10 mindən artıq ev Bank tərəfindən girov götürülüb. Əgər gələcəkdə iqtisadi vəziyyətin gözlənilməz dəyişməsilə bağlı olaraq əhali kredit borclarını ödəməkdə kütləvi çətinlik çəkərsə, bu da Bankı pis vəziyyətə sala bilər. Bir bankın minlərlə vətəndaşı mənzilini əlindən alıb satması (əgər sata biləcəksə) xoş bir hal olmayacaq.

Sayt onu da yazır ki, tikinti şirkətlərində mənzillərin nağd və kredit qiymətləri fərqlənir. Məsələn, mənzilin 1 kv.m-i nağd qiymətə 1100 manata satılırsa, 20 illik ipotekada 1250 manata rəsmiləşdirir. Tikinti şirkətləri bunu "alıcının bilmədiyi" səbəblər ilə əlaqələndirirdilər. Əslində nağd və ya bankla ödənişin tikinti şirkəti üçün bir fərqi olmamalıdır. Alınan mənzilin pulunu alıcının özünün və ya onun əvəzinə Beynəlxalq Bankın ödəməsinin nə fərqi var?! Tikinti şirkəti mənzili istər nağd, istərsə də 20 illik ipoteka ilə satdıqda pulunu həmin gün alır. Yuxarıda qeyd etdiyimiz kimi, alıcının əvəzinə pulu Beynəlxalq Bank ödəyir, alıcı da Banka borclu olur.

Mənzillərin kreditlə qiymətinin baha olmasının səbəbi indiyədək Beynəlxalq Bankın aldığı "şapka" olub. Nağd qiymətlə, kredit qiyməti arasında olan fərq Banka ödənilən "şapka" idi. Məsələn, siz tikinti şirkətindən 70 kvadrat metr səhəsi olan mənzili, 1 kavdarat metri 1100 manatdan, 77000 min manata ala biləcəyiniz halda, pulunuz olmadığına görə, həmin mənzili kreditlə 87500 manata alırsınız (1 kv.m 1250 manatdan). Düz, 10500 manat baha! Bu 10500 manat "şapka" tikinti şirkəti tərəfindən kredit verilən gün Bankın kassasına qaytarlır. Kredit isə Sizin adınıza 87500 manat olaraq rəsmiləşdirilir və "şapka"nı da faizilə Siz ödəməli olursunuz.

Ehtimal ki, hər tikinti şirkəti 20 illik ipoteka krediti ilə mənzil sata bilməzdi. Bunun üçün tikinti şirkəti Beynəlxalq Bankın "şapka" tələbini qəbul etməli idi.

İndiyədək Bankın 20 illik kreditə verilən milyonlarla manatı Bankın keçmiş rəhbərliyini maraqlandırmayıb. Onları maraqlandıran mənzil satışı zamanı alınacaq "şapka" olub. Özü də dərhal və nağd. Dövlət bankının pulu bata da bilər.

Mənbə: Marja


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4417   Tarix: 26 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü

Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr