Xalq artisti son mənzilə muğamla yola salındı - FOTOLAR
Bu gün Azərbaycanın Xalq artisti, tanınmış xanəndə Ağaxan Abdullayevlə vida mərasimi keçirilib.
Vida mərasimində Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər dövlət rəsmiləri, mədəniyyət nümayəndələri iştirak ediblər.
Xalq artisti Alim Qasımov görkəmli sənətkarla bağlı xatirələrini bölüşdükdən sonra onun şərəfinə muğam ifa edib.
Vida mərasimindən sonra mərhum sənətkar Türkan kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, xalq artisti A. Abdullayev 1950-ci ildə Bakının Əmircan kəndində anadan olub, 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub, 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb. Muğam ustası 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. 1992-ci ildə Əməkdar artisti fəxri adına, 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsü olub. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 10 may 2015-ci ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.
Mənbə: AzVision.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMövlud Süleymanlı vəsiyyətinə uyğun dəfn ediləcək
Xalq yazıçısı Mövlud Süleymanlının dəfn yeri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a mərhumun ailəsindən məlumat verilib. Qeyd edilib ki, yazıçı vəsiyyətinə uyğun olaraq öz anasının yanında dəfn ediləcək:. "Bizə vəsiyyət etmişdi ki, Şamaxıda anasının yanında dəfn edək. Vid
22 fevral"Gərək yersiz danışasan ki, seviləsən"
"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səs
11 aprel"Bəyin oğurlanması"nın Gülbadamı vəfat etdi
Aktrisa Naibə Əlibəyova dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev feysbukda bildirib. Sənətkar Yasamal qəbiristanlığında torpağa tapşırılıb. O, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, "Bəyin oğurlanması" filmind
7 martƏməkdar artist vəfat etdi
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Rahib Əliyev vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Turan Etibaroğlu feysbukda bildirib. Sənətkar 78 yaşında dünyasını dəyişib. Qeyd edək ki, R. Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub
28 mart"Titanik"in ulduzunu kim təhqir edib? - Mənimlə çox kobud davrandı
"Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. bildirir ki, aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyim
19 fevralAzərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO
Xalq artisti Yusif Eyvazov "Facebook" hesabında sosial media izləyicilərinə müraciət edib. xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. "Əziz dostlar
22 yanvarNaxçıvanda nazir əvəzi idarə müdirini işdən çıxardı
Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub. "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Babə
28 fevralNiftulla Əsgərov vəfat etdi
Əməkdar artist Niftulla Əsgərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, tanınmış aktyor ürək-damar xəstəliyi səbəbindən 65 yaşında dünyasını dəyişib. Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb
22 yanvar