Vitali Rəhimovun olimpiya medalı əlindən alındı -FOTO

Vitali Rəhimovun olimpiya medalı əlindən alındı -FOTO"Güləşçi Vitali Rəhimovun Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal geri alınıb".

Bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin bununla bağlı qərarı yerinə yetirilib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib. Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.

Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medalı və diplomunu geri qaytarmalı idi. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdirəcək.

Mənbə: azvision.az

İdman   Baxılıb: 1166   Tarix: 27 dekabr 2016  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR


vipemlak.az