Ermənistan Azərbaycan və Türkiyənin qatılmadığı toplantılardan faydalana bilməz - RƏY

Ermənistan Azərbaycan və Türkiyənin qatılmadığı toplantılardan faydalana bilməz - RƏYErmənistan Azərbaycan və Türkiyənin qatılmadığı toplantılardan faydalana bilməz. Bu ölkə regionda sülh və sabitliyi təmin etmək əvəzinə, davam edən təxribatları ilə regionda öz müqəddəratını bitirəcək vəziyyətdədir.

Bu fikirləri "Report"un Ankara bürosuna Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar Ermənistanın Baş nazirinin aprelin 5-də Brüsseldə ABŞ-nin dövlət katibi, Avropa Komissiyasının sədri ilə keçirəcəyi üçtərəfli görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, Fransa və ABŞ Sovet İttifaqının dağılmasından sonra Ermənistanı regionda maraqlarını reallaşdırmaq üçün hədəf seçib:

"Ermənistanı Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndirdilər və sonrakı 30 ildə problemin həll olunmaması üçün hər cür səy göstərildi. Xüsusilə Fransa ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olduğu halda, beynəlxaq hüquq normalarına, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadan Azərbaycan ərazi bütövlüyünün pozulmasına, uzun müddət işğal altında qalmasına göz yummaqla öz mandatına uyğun fəaliyyət göstərmədi. Azərbaycan BMT-nin qətnamələrini özü təmin etməklə torpaqlarını Ermənistanın işğalından azad etdi. Ancaq bununla Ermənistandan istifadə edərək bölgədə öz maraqlarını reallaşdırmaq istəyən ölkələrin, xüsusilə Fransa və ABŞ-nin səylərinin davam etdiyini görürük".

G.Alpar bildirib ki, hazırda sülh, ilk növbədə, regionda iqtisadiyyatı getdikcə daha da pisləşən, özünü məhv etmək ərəfəsində olan Ermənistana daha çox lazımdır:

"Ermənistan daxilində sülh istəyənlə, öz ölkələrini xilas etməyə çalışanlar olsa da, Fransa, ABŞ administrasiyası və xaricdə maddi vəziyyəti yaxşı olan erməni diasporu bu fakta əhəmiyyət vermir. Onlar üçün vacib olan regionda qarışıqlıq, ziddiyyət, çaxnaşmanın davam etməsidir. Onlar bu yolla bölgəyə müdaxilə edib mövcudluqlarını gücləndirməyə çalışırlar. Bu fitnəkar addımların isə regiona, xüsusilə Ermənistana çox zərəri var".

Türkiyəli ekspert qeyd edib ki, Azərbaycanın və Türkiyənin iştirakı olmadan Cənubi Qafqaz regionunda istənilən təşəbbüsün nəticəsi uğurlu olmayacaq:

"Ermənistan region ölkəsi olaraq Azərbaycan və Türkiyənin iştirakı olmadan bu cür toplantıya qatılmaqla heç bir fayda əldə etməyəcək. Uğurlu nəticə gözləmək sadəcə sadəlövhlükdür. Bunlar ABŞ, Fransa kimi ölkələrin məntiqsiz, bədxah və vaxt itirən görüşləridir. Hətta Fransanın "Le Figaro" qəzeti də açıq şəkildə qeyd etmişdi: "Fransa Prezidenti Emmanuel Makron Qarabağ müharibəsi zamanı və sonra ABŞ və Vatikan da daxil olmaqla bütün Qərb ölkələrindən Ermənistana dəstək istədi, lakin heç bir ölkə kömək etmədi". Bu, Fransanın nə qədər uğursuz fəaliyyətlə məşğul olduğunu göstərir. Lakin o, lazımsız yerə həm özünü, həm də erməniləri sürükləməyə məhkum edir".

Mərkəz rəhbəri vurğulayıb ki, Ermənistan sülh və təhlükəsizliyin təminindən ən çox faydalanan ölkə olacağını anlamalıdır:

Əks halda, ABŞ və Fransa kimi regiondankənar ölkələrin məsləhəti ilə münaqişələri davam etdirməklə birtərəfli danışıqlarla indiyədək heç bir müsbət nəticə olmadığı kimi, gələcəkdə də bu cür toplantıların region üçün faydasız olacağı şübhəsizdir. Real addımlar atılmadığı təqdirdə bu toplantıdan da Ermənistan heç bir müsbət nəticə əldə etməyəcək, yenə də möhtac vəziyyətdə qalacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 672   Tarix: 30 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 55 yaşlı qadının meyiti tapıldı

Bakının Yasamal rayonu ərazisindəki evlərin birində qadın meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində çoxmənzilli binada baş verib. Orada yaşayan 1969-cu il təvəllüdlü L.Əliyevanın meyiti aşkar edilib. Hadisə yerinə prokurorluq əməkdaşları gəlib. Faktla bağl

4 may
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

4 may
.

"Survivor"da qalmaqal: "Evliliyini qorumaq üçün..." - VİDEO

"Survivor All star 2024" yarışmasında daha bir qalmaqal yaşanıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, iştirakçılardan biri Nagehan digər iştirakçı Yunus Emre haqqında sərt sözlər söyləyib. O bildirib ki, Yunus Emre yarışa gələndə onu başqa bir iştirakçı Aleynadan qorumasını istəyib:. "Yunu

3 may
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

4 may
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

3 may
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

4 may
.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

4 may
.

Bakı həbsxanasında ÖLÜM

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Mirəli Bəşirov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

3 may
.

DYP-dən bu sürücülərə çağırış - Video

Baş DYP İdarəsi atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Müasir dövrdə ekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi aktual olaraq qalır. Atmosferin çirklənməsində, şübhəsiz ki, nəqliyyat vasitələrinin sayını

4 may