Məktəblə real həyat arasındakı "uçurum"

Məktəblə real həyat arasındakı "uçurum"Məktəblə real həyat arasındakı "uçurum" uzun müddətdir ki, aydın görünür və böyüməkdə davam edir. Məzunların əksəriyyəti bir neçə ildən sonra demək olar ki, bütün məktəb kurikulumunu unudurlar, təlim köhnəlmiş materiallardan istifadə edilməklə aparılır. Hesab edilir ki, dünya sürətlə dəyişilir və 10-15 ildən sonra indiki şagirdlər üçün hansı biliklərin faydalı olacağını dəqiq müəyyən etmək çətindir.

Sonxeber.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Ümumiyyətlə, gələcək haqqında dəqiq proqnoz vermək mümkün deyil və müasir reallıqlara cavab vermək üçün məktəblər dəyişməlidir. Bu baxımdan hamıya maraqlı gəlir: yaxın illərdə orta təhsilin inkişafını hansı tendensiyalar müəyyən edəcək? Dünya ölkələri çoxdan bu istiqamətdə müxtəlif tətbiqlər həyata keçirirlər. Bizim ölkəyə gəlincə, elm və təhsil naziri Emin Əmrullayev çıxış yolunu məzmun baxımından, səriştəyə əsaslanan, yeni modelli təhsilə keçiddə görür:

"Yaşlılar 30-40 il əvvəl öyrəndiklərini uşaqlara öyrədirlər, bunu ciddi problem olaraq görürük", - deyə nazir Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı bildirib.

"Yaşlı müəllimlər düşünürlər ki, növbəti 30-40 ildə bu biliklər uşaqların işinə yarayacaq. Amma həqiqət odur ki, bu, belə deyil. Biz bunu çox ciddi problem olaraq görürük. Qurum olaraq buna görə biz məsuliyyət daşısaq da, əslində, bütün ictimaiyyəti maraqlandıran məsələdir. Söhbət tədris planını dəyişməkdən getmir, məzmun baxımından, səriştəyə əsaslanan, yeni modelli təhsilə keçiddən gedir", - deyə nazir əlavə edib.

Şübhəsiz, nazirin nəzərdə tutduğu dəyişiklik təlim-tədris proqramlarının məzmununda yenilik, keyfiyyətli, dövrün tələblərinə uyğun təlim proqramlarının hazırlanmasını tələb edir. Keyfiyyətli dəyişiklik isə müəllimlərin tədris prosesində yeri və roluna yeni baxış formalaşdırmadan mümkün deyil. Təbii ki, keyfiyyətli tədris proqramlarının hazırlanması vaxt tələb edir və çox vaxt peşəkar biliklər onun inkişafı üçün proqramlar ortaya çıxmazdan əvvəl köhnəlir. Bəs yeni modelli təhsilə keçid, məzmun dəyişikliyi, müasir dünyanın əmək bazarı ilə uyğunlaşmaq üçün atılmalı addımlar sırasında nələr qaçılmazdır? Kadr dəyişikliyimi? Dərsliklərin məzmunumu? Dövrlə ayaqlaşmayan fənlərin tədris proqramından çıxarılmasımı?

Məzmun yox, öyrənmə strategiyası dəyişib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Rüfət Əsədzadə məsələyə beynəlxalq təcrübədən yanaşır:

"Beynəlxalq sistemdə vahid dərslik tələbi yoxdur. Müəllim istədiyi kitabı seçə bilər. Müəllimin sərbəstliyi olmalıdır. Elə mövzular var ki, onu müəllimin özü, elə mövzular da var ki, kitab daha yaxşı izah edə bilir. Bizə tövsiyə olunan kitablar və sillabus verilir, müəllim istifadəsinə özü qərar verir".

AGMA sədrinin sözlərinə görə, təhsildə məzmun o qədər çox dəyişməyib, amma uşaqların öyrənmə strategiyası dəyişib:

"Ona görə də bizim öyrətmə tərzimiz dəyişib. Əgər əvvəllər kimya dərsində uşaqlar hansısa reaksiyaları əzbərləyirdilərsə, indi buna ehtiyac yoxdur. Hər şey internetdə var və uşaq istədiyi vaxt o məlumatı rahatlıqla tapa bilər. Uşağın onun istifadəsi və faydası haqqında məlumatlı olması daha yaxşıdır".

R.Əsədzadə hesab edir ki, tədrisin keyfiyyətini artırmaq üçün hər fənnin özünün müəllim assosiasiyası olmalıdır:

"Bizim təşkilat bununla bağlı təklif irəli sürüb. Yəni məzmunun hazırlanmasında və müzakirəsində müəllimlər iştirak etsinlər. Nazirin də demək istədiyi budur. Adətən kitablar Bakıdakı ən yaxşı müəllimlər və ya ekspertlər tərəfindən yazılır. Burada rayondakı uşağın psixologiya və yanaşması nəzərə alınmır. Ona görə də bəzən müəllimlər proqramı tədris etməkdə çətinlik çəkirlər. Amma müəllim assosiasiyaları formalaşsa və təhsilverən həqiqətən də orada akademik müzakirələr aparsa, belə olmaz.

Sosial, məntiqi, intellektual və emosional inkişaf üçün

AGMA sədri təklif edir ki, məsələn, ədəbiyyat fənninin məzmununda natiqlik və ünsiyyət ön plana çıxarılmalıdır: "Uşaqlar altı il ədəbiyyat keçirlər, amma sonra özlərini təqdim edə bilmirlər. Ədəbiyyat təkcə mütaliə deyil, bu fənnin keçilməsi ünsiyyətimizdə də özünü göstərməlidir. Bu gün müəllimlər ədəbiyyatı qoyur kənara, bütün imtahan prosesinə daxil olduğu üçün yalnız Azərbaycan dilinə fokuslanırlar. Bu da natiqlik və ünsiyyət prosesinin inkişaf etməməsinə gətirib çıxarır".

R.Əsədzadənin fikrincə, bu gün uşaqlara statistika və bizneslə bağlı keçilən dərslər onların gözünü açır. Eyni zamanda, məktəblərdə tədris olunan ingilis dilinin də məzmunu dəyişməlidir: "İngilis dili müəllimlərimizin əksəriyyəti dilin qrammatikasını ingilisdən yaxşı bilir, amma ingilis dilində danışa bilmirlər. Danışa bilməyən müəllim uşağa ingilis dili öyrədə bilməz".

R.Əsədzadə məzmun dəyişikliyində uşaqların sosial fəaliyyətlərinin düzgün təşkilinin vacibliyini də qeyd edir: "Dərnəklər kiminsə dərs saatı az olduğu üçün açılmamalıdır. Ora peşəkar mütəxəssislər cəlb edilməlidirlər".

Yaş qrupları üzrə təlimlər keçirilsin

İnformatika müəllimi Rüxsarə Əlizadə hesab edir ki, yeni məzmunun yaradılmasında yaşlı müəllimlər ustad dərsləri və təlimlər keçməklə iştirak edə bilərlər: "Yaşlı müəllimlərin yeni məzmuna yiyələnmələri üçün onlara ustad dərsləri və treninqlər keçirilməlidir. Yeniliyə açıq müəllimlərimiz çoxdur. Onlar özləri də həmişə öyrənmək istəyirlər. Müəllimlər yaş qrupuna görə - 40-50, 50-60, 60-65 arası kateqoriyalar üzrə təlimlərə cəlb olunsalar, etiraz eləməzlər və bu, işin xeyrinə olar".

Təhsil eksperti Nadir İsrafilovun fikrincə, nazir yeni modelli təhsilə keçidlə əlaqədar yaşlıların yeniliklərə hazır olmaları üçün gələcəkdə bir qədər də məsuliyyətli olmaları mesajını verib: "Yəni yaşlı müəllimlər öz üzərlərində daha ciddi işləməlidirlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 384   Tarix: 30 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021