Paşinyan ancaq bu halda SEÇKİLƏRƏ GEDƏ BİLƏR - AÇIQLAMA

Paşinyan ancaq bu halda SEÇKİLƏRƏ GEDƏ BİLƏR - AÇIQLAMAXəbər verdiyimiz kimi, Ermənistan mətbuatında Nikol Paşinyanın istefa verəcəyini və sentyabrda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini yazıb. Daha sonra Ermənistan mətbuatında Nikol Paşinyanın istefası ilə bağlı çıxan yazıların 1 aprel – Gülüş günü ilə əlaqədar "zarafat" olduğu üzə çıxıb. Bəs Paşinyan hansı halda istefaya gedə bilər?

Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Sonxeber.az-a açıqlamasında bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi son aylarda aktual olan məsələlərdir. Bunun üçün Ermənistan mətbuatında müzakirə olunurdu, sonradan hakimiyyət bunu təkzib edib:

"Proseslər fonunda əgər Paşinyan öz siyasi gücünü yeniləmək üçün növbədənkənar parlament seçkilərinə gedə bilər. Burada daha çox iki məqsəd ola bilər. İlk olaraq hakimiyyətdə təhlükə yaranacağı təqdirdə Paşinyan mütləq səs çoxluğu ilə qazanmaq istəyə bilər. Bu təhlükə təkcə Rusiyadan deyil. Rusiyadan gələ biləcək təhlükə açıq təhlükədir. Bu halda növbədənkənar parlament seçkilərinə gedilmir. Mənə elə gəlir ki, Paşinyan Qərbdən təzyiqlər hiss edir. Çünki Qərb Nikol Paşinyanın qarşısına müəyyən hədəflər qoyub. Onların istəkləri var və icra edilməsində müəyyən israrlar edirlər. Əgər Paşinyan bu istəklərin həyata keçirilməsini gecikdirəcəyi təqdirdə Ermənistan hakimiyyətinin daxilində yeni bir fiqur çıxarda bilər. Qərb Paşinyan hakimiyyətini bir növ dəyişdirə bilər. Mövcud sistem qalır, amma ki, fiqur dəyişir. Paşinyan bu halda parlament seçkilərinə gedərək öz gücünü, "mən əsas hakiməm" mesajını Qərbə verə bilər".

Asif Nərimanlının sözlərinə görə, Paşinyanın Ermənistan hakimiyyətində müxalifəti yeniləmək planı var. Mövcud müxalifət dedikdə, burada parlamentdə olan müxalifətdən söhbət gedir:

"Parlament olan müxalifət sonuncu parlament seçkilərində Rusiyaya meyilli olanlar parlamentdə təmsil olundular. Onlar parlamentdə müəyyən narazılıq yaradırlar. Onlar üçün bir növ bu tribunadır. İstisna deyil ki, növbədənkənar parlament seçkilərinə Paşinyan gedərsə, həm də özünə yaxın parlamentə daxil etmək istəyəcək. Edmun Manukyan yaxud digər ona yaxın şəxslər var. Hətta zaman-zaman onun görüşləri baş tutur. Növbədənkənar parlament seçkilərinin əsas hədəflərindən biri bu ola bilər. Hazırkı müxalifəti parlamentdən göndərmək və onların yerinə daha yaxın, konstruktiv hesab etdiyi müxalifəti daxil etmək ola bilər. Paşinyan seçkilərə getmək üçün hələki bir təhlükə görmür. Xüsusən regionun bu qədər gərgin olduğu vaxtda Nikol Paşinyanın seçkilərə getməsi halı azdır. İndiki vaxtda növbədənkənar seçkilərə getmək ölkədə bir növ Paşinyanı Rusiya qarşısında açıq hədəf halına gətirə bilər. Rusiyanın Ermənistan siyasətində müəyyən bir proseslərə yönəltmək imkanlarını artıra bilər. Ən azından insanların küçəyə çıxmasından tutmuş digər məqamlara qədər çox hadisələr baş verə bilər. İndiki halda mitinqlərin keçirilməsini müəyyən qədər qarşısını ala bilirlərsə seçki vaxtı bunu edə bilməyəcəklər. Yaxın zamanda belə seçkilərə getməyəcəyini düşünürəm".

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verməsi haqda xəbərlər 1 apel zarafatıdır.

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 374   Tarix: 01 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tavuşda aksiyalar DAVAM EDİR: Erməni terrorçuları Qarabağda təxribat törədə bilər? - ŞƏRH

Ermənistanın Tavuş vilayətinin aksiyalara qoşulan hərbi qulluqçular və sakinlər saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar. Tavuş bölgəsində etirazçılar Azərbaycan sərhədindən təqribən 10 kilometr aralıda nəqliyyat vasitələrini yol kənarında saxlayaraq, dolama dağ aşırımı boyunca çadırlar qurub

2 may
.

Rusiya - Ukrayna müharibəsi bu halda BİTƏ BİLƏR - ŞƏRH

Uzun müddətdir Rusya-Ukrayna müharibəsi davam edir. Bu ilin fevralından artıq sözügedən müharibənin iki ili tamam olub. Gedən proseslər onu deməyə əsas verir ki, hər iki tərəf arasında sülh müqaviləsinin imzalanması üçün bir zəmin görünmür. Kiyev administrasiyası beynəlxalq səviyyədə tanınmış sərhədləri

3 may
.

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu il 20 fevralda Moskva aeroportunda həbs edilən azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı haqqında danışıb. -a istinadən xəbər verir ki, Vardapetyan bu gün parlament çıxışında "azərbaycanlı blogerin saxlanılması"na toxunub. "Rusiyadakı işlərdə

4 may
.

Övladının gözü qarşısında bıçaqlanan Vətən müharibəsi iştirakçısının GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + VİDEO

Bu gün Abşeron rayonunun Masazır qəsəbəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub. Belə ki, "Bağçalı" yaşayış massivində 33 yaşlı Orxan İmanov həmyaşıdı, Qobu qəsəbə sakini Orxan Hüseynli tərəfindən bıçaqlanıb. Məlumata görə, hadisəni törədən şəxs İkinci Qarabağ müharibəs

3 may
.

Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO

Ermənistanın Tavuş rayonunun Kirants (Günən - red.) kəndi istiqamətində sərhəd xəttinin haradan keçəcəyinə dair xəritə yayılıb. Məlumata görə, Ermənistan Parlamentinin deputatı Qarnik Danielyan xəritədə Kirantsdakı sərhədin razılaşdırılmış koordinatlara uyğun olaraq dəqiq harada olacağını göstərib. Qey

3 may
.

"Aparıcılar zəng edib deyirlər ki, başını açmaq istəsən..." - Xuramandan ETİRAF

"Hamı özündən belə şey çıxarır ki, Xuraman başını açır, əvvəlki tərzinə qayıdır. İndi mən beləyəm, qəbullanın. Aparıcılar zəng edib deyirlər ki, "Belə fikrin varsa, bizim verilişdə et". Bu, oyun deyil! Sizin üçün uşaq deyiləm, ağlım başımdadır". xəbər verir ki, bu sözləri müğənn

2 may
.

İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər

Aprel ayında Hörmüz boğazında saxlanılan "MCS Aries" gəmisinin ekipajı sərbəst buraxılıb. xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Hüseyn Əmir Abdullahian Estoniyadan olan həmkarı Marqus Tsahkna ilə söhbətində bildirib. "Saxlanılan gəmi məhkəmə tərəfində

3 may
.

62 yaşlı nənə 25 yaşlı oğlandan uşaq dünyaya gətirmək istəyir: Ağzında bircə diş də yoxdur

37 yaş fərqi olan cütlük uşaq sahibi olmaq qərarına gəlib. xəbər verir ki, bu barədə "The Sun" yazıb. 62 yaşlı Şeril Makqreqor və onun sevgilisi, 25 yaşlı Kuran Makkeyn "TikTok" platformasında yerləşdirməyə başladıqları qeyri-adi münasibətləri haqqında videolar sayəsində populyarlı

3 may
.

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO

ABŞ-nin Los-Anceles şəhərində mağazanın dayanacağında adamyeyən görüntülənib. 29 yaşlı evsiz Kolin Çex ərzaq mağazasının dayanacağında tanımadığı şəxsə hücum edib. O, kişinin başını asfalta çırpmağa başlayıb, sonra isə əyilib onun üzünü yeməyə başlayıb. Hadisənin şahidləri polisə müraciət ediblər. Poli

3 may