Ömrü qısaldan QATQILAR – "Zavod" çörəyini niyə bir gündən artıq saxlamaq olmur?

Ömrü qısaldan QATQILAR – "Zavod" çörəyini niyə bir gündən artıq saxlamaq olmur?Azərbaycanda çörək əsas qida hesab olunur. Şəhər sakinləri əsasən ənənəvi zavod çörəyi istehlak edirlər. Hər gün alıb yeyilən çörəyin son istehsal tarixi bitməsə də, üzərində yazıldığı şəraitə uyğun saxlanılsa da strateji məhsulu bir gündən sonra yemək mümkün olmur. Çünki çörək tez bayatlaşır və içərisi yapışqan olur. Evdə sobada, təndirdə bişirilən çörəyi isə günlərlə saxlamaq və yemək mümkündür. Həmin çörəklərdə bayatlaşma, quruma, kiflənmə beş-altı gündən sonra başlayır.

Bu da zavod çörəklərinin hazırlanmasında müxtəlif qatqılardan istifadə olunduğunu göstərir.

Maraqlıdır, çörəyin ömrünü azaldan qatqılar nələrdir və onların insan səhhətinə təsiri necədir?

"Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov Bizim.Media-ya açıqlamasında bildirib ki, çörəyin hazırlanmasında kimyəvi qatqıdan istifadə etmirlər:

"Bizim çörəkləri bir ay rahat saxlamaq olar, yapışqanlığın olması mümkün deyil, çünki acıtma texnologiyası ilə bişirilir. Çörək tam bişir və çörəklərimizdə ümumiyyətlə problem olmur. Nur çörəkləri təbii vasitələrlə hazırlanır və bunu gözlə də görmək mümkündür".

Mövzu ilə bağlı qida üzrə mütəxəssis Məhsəti Hüseynova isə zavod çörəklərinin tərkibinə kimyəvi maddələr qatıldığını üçün az saxlamaq lazım olduğunu deyib:

"Sənaye üsulu hazırlanan çörəklərdə çörəyin tərkibi un, maya, bitki yağı, duz, şəkər, sudan ibarət olduğu halda, həm kimyəvi mayalardan, həm də kimyəvi qatqı maddələrdən istifadə olunur. Buna görə də bəzən çörəklərin rəf ömrü uzun olsa da içində yapışqanlıq sezilir. Daha çox nəmişliyə, rütubətə məruz qaldıqda kifləndiyi görülür. Buna görə də çörəkləri mütləq üzərində yazılan istehsal və son istehsal tarixinə, həmçinin, xarici görünüşünə, məsamələrinə, iyinə, rənginə baxaraq istifadə etsinlər. Bəzən çörəyin son istifadə müddəti bitsə də, bəzi istehlakçılar onu qəbul edir ki, bu tamamilə yolverilməzdir. Çünki çörək üzərindən xarab olmuş kimi görünməsə də insan orqanizminə zərər verəcək.

Kiflənmənin ilkin mərhələsi başlayıbsa, dadında dəyişiklik yoxdursa belə qəbul etmək olmaz. Evdə hazırlanan çörək uzun müddət qalsa da kiflənmir. Ona görə ki, tərkibi un və təbii mayadan ibarət olur. Heç bir əlavə konservant istifadə olunmadığı üçün orqanizm daha asan həzm edir və bir neçə gün qaldıqda da keyfiyyətini itirmir".

Mütəxəssis hesab edir ki, ağ çörəklər orqanizm üçün daha zərərlidir:

"Ağ undan bişirilən çörəklər, bura zavod çörəkləri də aiddir, onların tərkibində qara çörəkdən daha çox kalori, karbohidrat var və eyni zamanda, tərkibində qlüten daha çoxdur. Belə olan halda həmin çörək daha gec həzm olunur və mədədə şişkinliyə, köpə səbəb olur. Xüsusilə də tərkibində qlütenin çox olması qlüten həssaslığı olan insanlarda daha ağır nəticələrə gətirib çıxarır. Yaxşı olar ki, ağ çörəkdən mümkün qədər az istifadə etsinlər.

Ağ çörəyin həzmi gec olduğu üçün bağırsaqların da funksiyasını pozur, bağırsaq divarlarında iltihaba səbəb olur. Davamlı olaraq bu çörəklərdən istifadə edən insanlarda qəbizlik, həzm sisteminin pozulması baş verir. Bəzən də kalori miqdarına görə məhz qara çörəyə üz tutan insanlar var ki, bunlar da keyfiyyətli, mənşəyi bəlli olan yerdən çörək almalıdır.

Çörək miqdarından çox yeyilərsə, köhnəlmiş çörək qəbul olunarsa, yaxud da üzərində etiket məlumatları tam dolğun olmazsa bu zaman bir çox xəstəliklərə səbəb olar.

Birinci növbədə artıq qəbul olunan karbohidratlar enerjiyə çevrilə bilmədiyi üçün piylənməyə, köklüyə səbəb olur. Daha sonra mədə-bağırsaq sisteminin funksiyasının pozulmasına nədən olur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 762   Tarix: 03 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Zəngəzur eşqiylə döyünən qəlblər...

Böyük Qələbə ilə nəticələnən Vətən müharibəmiz 30 ilə yaxındır düşmən işğalında olan Qarabağımızı özünün əsl sahiblərinə geri qaytarmaqla yanaşı, bütövlükdə, Azərbaycan xalqının qəlbində təptəzə ümid, yepyeni inam cücərtdi. Bu ümidlə dörd ildir ki, xalqımız gələcəyi daha parlaq, daha işıqlı, daha aydı

15 may
.

SDU-nun tələbəsi vəfat etdi

Abşeronda 3 gün öncə qəzaya düşən Sumqayıt Dövlət Universitetinin tələbəsi dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, 23 yaşlı tələbə xəstəxanada ölüb. Xatırladaq ki, mayın 12-də Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı 2001-ci il təvəllüdlü Məmməd Vüsal oğl

14 may
.

"Unibank" borcu olanları təhqir edir

"Unibank"ın əməkdaşları banka kredit borcu və ya gecikməsi olan şəxslərlə hədə-qorxu dilində danışır. Bu problemlə bank müştərisi olan İlkin İsmayılov üzləşib. xəbər verir ki, banka olan borcunu bir neçə aydın döəyə bilməyən və bu barədə də bankı məlumatlandıran İ.İsmayılova bankın Fərid adl

15 may
.

Bakı metrosu TƏHLÜKƏ SAÇDI - YENİLƏNİB + VİDEO

Bakıda metronun stansiyalarından birində yaşanan təhlükəli anla bağlı rəsmi açıqlama verilib. Məsələ ilə bağlı -a açıqlama verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, vaqonlararası keçid qapılarına, eləcə də kənar əşyala

15 may
.

Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO

Məlum olduğu kimi, İrəvanda aksiyalar davam etməkdədir. Ölkə.Az xəbər verir ki, Ermənistan polisi ictimai asayişi pozanları saxlayır. Bu dəfə onlar arasında Bakıda keçirilən I Avropa Oyunlarında iştirak etmiş Sose Balasanyan da olub. O, Azərbaycanın paytaxtında uğursuz nəticəsi ilə yadda qalıb. Görünür

15 may
.

Sürücülərin DİQQƏTİNƏ! - Sabahdan bu yolda təmir başlayır

Sabah saat 09:00-dan etibarən Bakı şəhəri, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir işlərinə başlanılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Məlumat verilib. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətind

15 may
.

İnsanlarda travma yaradan psixoloqlar: Onların fəaliyyətini tənzimləyən qanun yaradılmalıdır" - Açıqlama

Bu gün Beynəlxalq ailə günündə Sosial Tədqiqatlar Mərkəzində "Azərbaycan ailəsi əyişən və dəyişməyən dəyərlər" mövzusunda konfrans təşkil olunub. Konfransda STM-in 2023-cü il ərzində həyata keçirdiyi sorğular əsasında tərtib olunan "Müasir Azərbaycan ailəsi" analitik hesabatının birinc

15 may
.

Afaq Bəşirqızından nəvəsi ilə bağlı paylaşım

Xalq artisti Afaq Bəşirqızı nəvəsi Bəşirlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa birlikdə çəkilən fotolarını yayımlayaraq, onu ad günü münasibətiylə təbrik edib. "Əziz balam, sevimlim, ilkim, mənə nənə ləzzətini daddıranım, ad günün mübarək" deyə, A.Bəşirqızı paylaşımında yazıb

15 may
.

Azərbaycanda tələbə qız vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının tələbəsi Könül Ramin qızı Ağayeva vəfat edib. xəbər verir ki, bu barədə ADPU məlumat yayıb. Qeyd olunub ki, o, universitetin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası"nın 4-cü tədris ilinin tələbəsi olub

15 may