Nazirlikdə daha bir müəmmalı tender – Milyonlarla vəsait hara gedir?

Nazirlikdə daha bir müəmmalı tender – Milyonlarla vəsait hara gedir?Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Excellent Trade" QSC (VÖEN – 2906487651) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə "Excellent Trade" QSC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə hökümətlərarası iclasların keçirilməsini təşkil edəcək və qarşılığında 28 min 652 manat 70 qəpik alacaq.

Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

"Dövlət satınalmaları haqqında" Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, hökümətlərarası iclasların keçirilməsi məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.

Qeyd edək ki, nazirliyin satınalma müqaviləsi imzaladığı "Excellent Trade" QSC 17 noyabr 2021-ci il tarixində Sumqayıt şəhəri, Məh. 5, ev 11/18, m. 7 ünvanında dövlət qeydiyyatına alınıb. MMC kimi qeydiyyata alınan "Excellent Trade"in nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Həsənov Vüsal Şahbaz oğlu olub. Daha sonra "Excellent Trade" təşkilatı hüquqi formasını dəyişərək QSC-yə çevrilib. Nizamnamə kapitalı 2010 manata artırılıb, qanuni təmsilçisi isə Ələskərov Kamal Ələskər oğlu olub.

Onu da bildirək ki, "Excellent Trade" QSC qeydiyyatdan keçdikdən qısa müddət sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tender müsabiqələrində qalib olmağa başlayıb.

Rəsmi internet saytı belə olmayan QSC nazirliyin keçirdiyi milyonlarla manat dəyərindəki tenderlərdə qalib olub.

Bu günə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və nazirliyə bağlı olan qurumların keçirdiyi tenderlərdə "Excellent Trade" QSC-nin qalib olduğu müsabiqələrin siyahısı belədir:
Nazirlikdə daha bir müəmmalı tender – Milyonlarla vəsait hara gedir?


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 698   Tarix: 03 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR: Vətəndaşlar təzminat ALA BİLƏR? - AÇIQLAMA

Bu gün bəzi bələdiyyələrin vətəndaşları aldadaraq qanunsuz torpaqların satılması halları mövcuddur. Həmin bələdiyyə sədrləri öz balansında olan torpaqlara əl atırlar. Bununla kifayətlənmir və "Ehtiyat Fondu"nda olan torpaqları belə vətəndaşlara satırlar. Beləliklə vətəndaş aldadılır və qanunsu

20 may
.

Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO

Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış videoicmalı yayıb. icmalı təqdim edir

19 may
.

Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib. xəbər verir ki, bu barədə XİN-in "X"dəki səhifəsində paylaşım edilib. "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchi

20 may
.

Zaur Nudirəliyevin həyat yoldaşı Nərimanov bələdiyyəsində işlə təmin edilib

"Nərimanov bələdiyyəsində şəhid və qazi ailələri daim diqqət mərkəzində saxlanılır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib. Sədrin sözlərinə görə, bu günlərdə Nərimanov RİH başçısı Elgin Həbibullayevin tövsiyəsi ilə Vətən Müharibəs

20 may
.

Sement istehsalçıları "Xalis Sıfır Sürətləndirici" təşəbbüsü ilə COP29-a hazırlaşır (FOTO)

Bu yaxınlarda ölkənin sement sənayesinin aparıcı şirkətləri "Norm" ASC, Holcim Azərbaycan ASC, Arkoz Sement və Reges Sement bir araya gələrək Azərbaycan Sement İstehsalçıları Assosiasiyasını (ASİA) təsis ediblər. 6-7 may tarixlərində assosiasiyanın "Xalis Sıfır Sürətləndirici" (Ne

20 may
.

İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin tapılması üçün peyk sistemi işə salındı

İran Prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin tapılması üçün "Kopernik" peys sistemi işə salınıb. Bu barədə Avropa İttifaqının böhranların idarə olunması üzrə komissarı Yaneş Lenarcic özünün "X" hesabında məlumat verib. Onun sözlərinə görə, İrandan daxil olan sorğ

19 may
.

Əhaliyə hava ilə bağlı VACİB XƏBƏR - Bu tarixədək...

Qeyri-sabit hava şəraitinin bölgələrdə mayın 24-dək davam edəcək. xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Xidmət rəisi fasilələrlə yağıntılı, bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağını, dolu düşəcəyini, şimşək çaxacağını, yüksək dağlı

20 may
.

Bakıda 2600 manatlıq antik samovar oğurlandı - FOTO

Bakının Səbail rayonu Şıx qəsəbəsindəki evlərdən birindən pəncərədən girmək yolu ilə 2600 manat dəyərində antik samovar, təmir alətləri və bəzək əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. DİN-ə istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarını

20 may
.

ƏHALİNİN NƏZƏRİNƏ! Mayın 20-də gecə və səhər...

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a bildirilib ki, mayın 20-də gecə və səhər bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-100 metrədək məhdudlaşacağı ehtimalı va

19 may