"AİLƏMİ BUNA GÖRƏ ÖLDÜRDÜM!" - Əhməd Əhmədovdan məhkəmədə sensasiyalı etiraf

"AİLƏMİ BUNA GÖRƏ ÖLDÜRDÜM!" - Əhməd Əhmədovdan məhkəmədə sensasiyalı etirafAilə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun ekspertiza rəyi hazır deyil.

Sonxeber.az xəbər verir ki, bu barədə TV Müsavata istintaqdakı mənbələr bildirib. 3 həftə boyunca davam edən ekspertiza hələlik onun psixi durumu ilə bağlı yekun rəyə gələ bilmərib. Ə.Əhmədov hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır.

Məlumata görə, Ə.Əhmədov məhkəmədə sensasion etiraflar edib. Belə ki, ilkin istintaqda danışmaqdan imtina edən və özünün gərgin psixoloji durumda olduğunu nümayiş etdirməyə çalışan Ə.Əhmədov məhkəmədə ailə üzvlərini məqsədli şəkildə qətlə yetirdiyini boynuna alıb. Buna səbəb kimi atasının ailəyə məxsus mənzili bacısına verməsini göstərib.

Ə.Əhmədov məhkəmədə bildirib ki, Rusiyada yaşayan ərindən boşanaraq Bakıya gələn bacısı öncə valideynlərinə məxsus evdə, onlarla birgə yaşayıb, sonra isə atası ailəyə aid olan evlərdən birini bacısına verib. Ə.Əhmədovla valideynləri arasında ilk mübahisə o zaman başlanıb. Ə.Əhmədov bildirib ki, ailənin böyük oğlu olaraq buna qarşıdır və qız övladın, yəni, bacısının bu evlər üzərində heç bir haqqı yoxdur. Valideynləri ona da ayrıca ev aldıqlarını, hətta hazırda yaşadıqları evin də gələcəkdə Ə.Əhmədova veriləcəyini desələr də bu, onu sakitləşdirməyib.

Ə.Əhmədov məsələni dəfələrlə bacısı ilə danışıb çözməyə çalışıb. Amma bacısı yaşca ondan böyük olduğunu və ərindən ayrıldığı üçün evsiz-eşiksiz qaldığını əsas gətirərək, ona bu məsələyə qarışmamasını söyləyib. Beləcə, bacı-qardaş arasında bir neçə dəfə ciddi münaqişə yaranıb. Valideynləri isə qızlarına əsla Əhmədlə bir araya gəlməməsini, onunla bu söhbətləri telefon xaricində etməməsini tapşırıblar. Amma qətldən bir gün öncə Ə.Əhmədov son sözünü atasına söyləyib və "mən bu işi burda qoymayacam" deyib.

Ə.Əhmədovun məhkəmədəki bu etirafı isə onun ailəsini qətlə yetirməsinin məqsədli bir plan olduğunu üzə çıxarıb. Məhkəmədə Ə.Əhmədovun planlı şəkildə, intiqam məqsədilə ailə üzvlərini qətlə yetirdiyini etiraf etməsi istintaqın gedişinə də təsir göstərəcək kimi görünür. Belə ki, Ə.Əhmədov ifadəsində əsla "özümdə deyildim", "necə oldu bilmirəm" kimi fikirlər səsləndirməyib.
Ailə üzvlərini mərhələli şəkildə, bir-bir, ardıcıllıqla öldürməyi necə planlaşdırmışdısa, o cür də qətlə yetirdiyini etiraf edən Ə.Əhmədovla bağlı ekspertizanın rəyi də birmənalı deyil. Ekspertlərin ilkin qənaətinə görə, burada psixoloji pozğunluq, affekt halında cinayət törətmək kimi bir hal yoxdur. Təqsirləndirilən şəxsin şüurlu etirafı isə onunla bağlı sualları arxa plana qoyub. Belə ki, burada söhbət xüsusi amansızlıqla, məqsədli şəkildə serial qətldən gedir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3738   Tarix: 03 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib. xəbər verir ki, bu barədə XİN-in "X"dəki səhifəsində paylaşım edilib. "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchi

20 may
.

XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır

İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və digər rəsmi şəxsləri daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən narahat edir. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"dəki paylaşımında deyilir

19 may
.

Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı

Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlanıb. İqtisadiyyat.az xəbər verir ki, bunlar "ATTAS PR" Firması, "ATTAS" MMC, "ALYANS-3A" MMC və "ATTAS KONSALTİNQ" MMC-dir. Onların ilk üçü Nəsimi rayonu, Azadlıq prospekti, ev 84, mənzil 40 ünvanında, sonuncu is

20 may
.

Sıxlığın aradan qaldırılması məqsədilə Bakının bu hissəsində dəyişiklik edildi

Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində sıxlıq azalıb və hərəkətin intensivliyi artıb. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, həmin yolda əvvəllər sol zolaqda olan nəqliyyat vasitələr

20 may
.

Türkiyə XİN: İranda helikopter qəzası xəbərlərini üzüntü ilə izləyirik

Türkiyənin Xarici İşlər Nazirliyi İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin sərt eniş etməsi xəbəri ilə bağlı açıqlama yayıb. "Report" xəbər verir ki, bu barədə nazirliyin "X"dəki hesabında paylaşım olunub. Qeyd edilir ki, Türkiyə İranda helikopter qəzası ilə bağlı xəbərlər

19 may
.

İraq İran Prezidentinin helikopterinin axtarışına kömək edəcək

İraqın Baş naziri Məhəmməd əl-Sudani ölkənin Daxili İşlər Nazirliyinə İran Prezidenti İbrahim Rəisinin helikopterinin axtarışına kömək etməyi tapşırıb. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Agentlik qeyd edib ki, hazırda İranın bütün təhlükəsizlik qüvvələr

19 may
.

Korrupsiya əməliyyatları DAVAM ETDİRİLİR: Dövlətə dəyən ziyan necə HESABLANACAQ? - AÇIQLAMA

Azərbaycanda son zamanlar korrupsiya ilə əlaqədar keçirilən sayı artıb. Məsələn, Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Daha əvvəl isə Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub. Digər tərəfdən isə "Gənc

20 may
.

Məktəblərdə fənlərin sayı azaldıla bilər? - AÇIQLAMA

Bu gün bir çox şagirdlər və valideynlər məktəbdə tədris olunanların fənlərin çətinliyindən şikayət edirlər. Məktəblərdə fənlərlə birlikdə, qiymətləndirmə və iş dəftərləri onsuzda aldırılır. Amma fənnin dərs vəsaitində əks olunan tapşırıqlar kifayət qədər şagirdləri yorur. Bununla yanaşı məktəblərdə tərdri

20 may
.

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Ötən gün faciəli şəkildə ölən şəxs tələbə olub. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, Göyçayda cərəyanın vuraraq öldürdüyü 24 yaşlı İsmayıl İsmayılov Mingəçevir Dövlət Universitetində təhsil alırmış. Məlumat üçün bildirək ki, hadisə rayonun Potu kəndində qeydə alınıb

20 may