Sağlamlığını itirən şəxslərə verilən müavinətlər 350 manata çatdırılır? - AÇIQLAMA

Sağlamlığını itirən şəxslərə verilən müavinətlər 350 manata çatdırılır? - AÇIQLAMASosial müavinətlər qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə ödənilir. Təbii ki, kateqoriyalar üzrəsosial müavinətlər və onların məbləği müxtəlifdir. Bu gün ən çox verilən suallardan biri sağlamlıq üçün verilən sosial müavinətlərin artırılmasıdır. Qeyd edilən qruplar üzrə sosial müavinətin 350 manata qədər çatdırılması mümkündür?

Mövzu ilə bağlı Sonxeber.az- a danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, büdcə prosesinin hazırlanması zamanı təhlillər göstərirdi ki, 2024-cü ildə sosial müavinətlərin artırılması ilə bağlı qərar qəbul olunacaq və sərəncamlar təsdiq ediləcək6

"Amma ilin 3 ayı keçib. Artıq bu istiqamətdə hələlik bir addım atılmayıb. Məsələ ondadır ki, sosial müavinətlərin məbləği artırılmalıdır. Çünki, keçən il rəsmi inflyasiya 9 faiz ətrafında oldu. Bu da kifayət qədər böyük bir göstəricidir. Müvafiq müavinətlərin indeksləşdirilməsi vacibdir ki, sosial qruplar yoxsullaşmasın. Onların alıcılıq gücü hazırda əvvəlki illə müqayisədə 10 faizə yaxın azalıb. Amma istər sağlamlığa görə yaxud digər sosial müavinətlərin məbləğləri fərqlidir. Əlbəttə ki, nə vaxtsa ən aşağı sosial müavinətin həcmi belə 350 manata çatacaqdır. Bu davamlı bir prosesdir. Manatın alıcılıq gücü zəifləyir və inflyasiya riskləri yaranır. Sosial müdafiənin gücləndirilməsi çərçivəsində bəzən qərarlar qəbul olunur. Amma ən yuxarı sözügedən sosial qruplara daxil olan birinci qrup əlil olan şəxslərə münasibətdə 270 manat məbləğin 350 manata çatdırılması ehtimalını bu il, indiki şərtlər daxilində az görürəm. İndeksləşdirmə olsa, ən yaxşı halda 10 faiz ətrafında ola bilər. Belə olan təqdirdə müvafiq məbləğ ancaq 300 manata çatar. Digər aşağı məbləğlərin artımı isə indiki halda mümkün deyil. Onlar böyük ehtimalla uzunmüddətli dövr tələb edir".

Xatırladaq ki, sağlamlıq üzrə sosial müavinət məbləğləri hazırda belədir: Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 270 AZN, 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 220 AZN, 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə– 150 AZN-dir.

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 563   Tarix: 03 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021