"Yaşı 35-dən yuxarı və kirayə qalan müəllimlər EVLƏ TƏMİN EDİLSİN" - AÇIQLAMA

"Yaşı 35-dən yuxarı və kirayə qalan müəllimlər EVLƏ TƏMİN EDİLSİN" - AÇIQLAMABu gün müəllimlərimizin ən böyük problemlərindən biri mənzil problemidir. Hansı müəllimlər güzəştli mənzillərdən yararlana bilər? Güzəştli mənzillərə daha hansı əlavələr edilə bilər?
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev Sonxeber.az-a açıqlama verib.

Sosioloq bildirib ki, müəllimlərin mənzillə təminatı hər zaman müzakirə məsələsi olub:

"Müəllimlərin mənzillə təminatı ilə bağlı məsələ bir neçə müddətdir müzakirə olunur. Bu proses hər zaman müzakirə məsələsi olub. Müəllimlərin mənzillə təminatı ilə bağlı dövlət tərəfindən müəyyən addımlar atılıb. Mənzil-İnşaat dövlət agentli tərəfindən bəzi kriterialara cavab verən müəllimlərə güzəştli mənzillər fondundan evlə təmin olunur. Burada iki yanaşma mövcuddur. İlk olaraq yaşa görə yanaşma nəzərdə tutulut. Hansı ki, bu güzəştlər yaşı 35 çox olmayan gənc müəllimlərə şamil edilir. 3 il dövlət təhsil müəssisələrində çalışan gənc müəllimlər güzəştli mənzil fondundan faydalana bilir. Eyni zamanda yaş kateqoriyasından asılı olmayaraq 15 il müddətinə orta və ümumitəhsil mərkəzlərində işləyən müəllimlərə güzəştli kreditlər şamil olunur. Bununla yanaşı elmlər doktoru, namizədi və elmi dərəcəsi olan şəxslər də güzəştli mənzil fondundan yararlana bilər. Yəni mənzil təminatı ilə bağlı müəyyən güzəştlər mövcuddur".

Ü. Şəfiyev güzəştli mənzillərin ehtiyacı olan, fəqlənən müəllimlərə daha çox şamil edilməsinin vacibliyini vurğulayıb:

"Biz nəzərə almalıyıq kii, Azərbaycanda müəllimlərin sayı çoxdur. Hazırda Azərbaycada 150 mindən çox müəllim fəaliyyət göstərir. Şübhəsiz ki, bu müəllimlərin hamısını evlə təmin etmək çox ciddi məsələdir. Bu məsələ külli miqdarda maliyyə tələb edir. Güzəştli mənzillər ehtiyacı olan, fəqlənən müəllimlərə daha çox şamil edilə bilər. Regionlardakı müəllimlərə pay toptorpaqları ayrıla, güzəştli ipoteka və kreditlər verilə bilər. Bu həm də regionda yaşayan müəllimlərin paytaxta axınının qarşısını almış olar. Paytaxtda isə mənzilə ehtiyacı olan müəllimlərin statistikası aparılmalıdır. Bu müəllimlərin dəqiq sayı öyrənilməlidir. Güzəşt sərtlərini genişləndirmək olar. Bununla da daha geniş müəllim kütləsini cəlb etmək mümkündür. Amma yenə də bu güzəştləri bütün müəllimllərə şamil etmək mümkün deyil".

Sosioloq dünya ölkələrində tətbiq edilən metodlara da toxunub:

"Elə bir binalar tikilə bilər ki, burada kiraya qalan müəllim bir müddətdən sonra, həmin mənzilin sahibi olsun. Bu proses hazırda bəzi ölkələrdə tətbiq olunur. Ya da müəllimlərə elə məvacib tətbiq edilə bilər ki, onlar bu məbləğlə ev ala bilsinlər. Məllimlər üçün nəzərdə tutulan mənzil-inşaat layihələri yaradıla bilər. Müəllim pensiyaya çıxdıqdan sonra, maaşının 80 faizə qədərini təqaüd kimi almalıdır. Bu proses bir çox qabaqcıl ölkələrdə tətbiq edilir. Bizim ölkəmizdə bəzi dövlət qurumlarında pensiya zamanı maaşın 80 faizi verilir. Yaxşı olar ki, bu proses müəllimlərə də şamil edilsin".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 953   Tarix: 03 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sıxlığın aradan qaldırılması məqsədilə Bakının bu hissəsində dəyişiklik edildi

Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində sıxlıq azalıb və hərəkətin intensivliyi artıb. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, həmin yolda əvvəllər sol zolaqda olan nəqliyyat vasitələr

20 may
.

Aİ İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi xəbərini izləyir

Avropa İttifaqı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanı daşıyan helikopterin sərt eniş etməsi barədə xəbərləri diqqətlə izləyir. "Report"xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" sosia

19 may
.

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Ötən gün faciəli şəkildə ölən şəxs tələbə olub. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, Göyçayda cərəyanın vuraraq öldürdüyü 24 yaşlı İsmayıl İsmayılov Mingəçevir Dövlət Universitetində təhsil alırmış. Məlumat üçün bildirək ki, hadisə rayonun Potu kəndində qeydə alınıb

20 may
.

Bu xəstəxanalara direktorlar təyin olundu

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna və Milli Hematologiya və Transfuziologiya Mərkəzinə direktor təyinatları olub. Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, nazir Teymur Musayevin müvafiq əmrinə əsasən Rüstəm Rəşidoviç Talışinskiy Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunu

21 may
.

Sosial mediada yayılan DƏLƏDUZLUQ: "Kartda olan 16 rəqəm xaricində qarşı tərəfə heç bir məlumat verilməməlidir" - Ekspertdən ÇAĞIRIŞ

Son günlərdə Bakı və bölgələrdə onlayn dələduzluq hallarının sayı artıb. Ötən həftə ayrı-ayrı vətəndaşların işə düzəltmək, maşınını satmaq adı ilə minlərlə manatı ələ keçirilib. İşə düzəlmək və maşınını satmaq istəyən vətəndaşlar bank kartlarının 16 rəqəmini tanımadığı adamlara verərək pullarını itiriblər

20 may
.

İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?

İbrahim Rəisinin ölüm xəbəri təsdiqlənərsə, onun yerinə kimin keçəcəyi məlum olub. Bu halda İranın birinci vitse-prezidenti, 70 yaşlı Məhəmməd Moxber yaxın iki ay ərzində İranın prezidenti olacaq. İran Konstitusiyasına əsasən, rəhbərin razılığı ilə birinci vitse-prezident prezidentin və parlamentin sədrində

19 may
.

ƏHALİNİN NƏZƏRİNƏ! Mayın 20-də gecə və səhər...

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a bildirilib ki, mayın 20-də gecə və səhər bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-100 metrədək məhdudlaşacağı ehtimalı va

19 may
.

Rəisinin olduğu helikopteri axtaran xilasedicilər itkin düşdü

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin axtarışına çıxan Qızıl Aypara Cəmiyyəti qruplarının 3 xilasedici üzvü itkin düşüb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumat üçüb bildirək ki, İran Prezidenti İbrahim Rəisi və XİN başçısı Hüseyn Əmir Abdullahianın olduğu helikopte

19 may
.

İran vitse-prezidenti hadisə yerinə yollandı

İranın vitse-prezidenti Möhsün Mənsuri Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı əraziyə yollanıb. xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Bahadori Cəhromi məlumat verib. "İcra işləri üzrə vitse-prezident hökumətin bəzi üzvləri ilə birlikdə Təbrizə yollanıb"

19 may