Həkimdən XƏBƏRDARLIQ - Bu tarixədək ehtiyyatlı olun!

Həkimdən XƏBƏRDARLIQ - Bu tarixədək ehtiyyatlı olun!Ötən gündən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə edilir.

Mütəxəssislərin fikrincə geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər.

Bəs görəsən bu narahatlıqları aradan qaldırmağa nə kömək edər? Qarşıdakı günlərdə özümüzü Günəşin zərərli dalğalarından necə qoruyaq, Bu, daha çox kimlər üçün ciddi təhlükədir?

Kardio-reanimatoloq Zöhrab Soltanov BAKU.WS-in bu və ya digər suallarını cavablandırıb.

O, bildirib ki, adətən sağlam insanlar geomaqnit qasırğasının təsirlərini hiss etmir, bu, daha çox elektronik cihazlara və müəyyən xəstəliyi olan insanlara təsir edir:

"Burada xüsusən meteohəssas insanlar, xroniki xəstəlikdən əziyyət çəkənlər, yaşlılar özlərini pis hiss edirlər. Maqnit qasırğasına görə bir qisim insanda baş ağrısı, gicəllənməsi, yüksək qan təzyiqinin əmələ gəlməsi, oynaq ağrıları, yuxusuzluq kimi hallar baş verə bilir. Heç bir xəstəliyi olmayan insanların da təzyiqi qalxa, baş ağrıları ola bilər".

Həkimin sözlərinə görə, maqnit qasırğası ilə bağlı əvvəldən xəbərdar olduqda xəstəliyə uyğun dərmanlar qəbul edilməlidir. Məsələn şəkər xəstəsi buna uyğun dərman vasitəni qəbul edib qasırğanın fəsadlarını azalda bilər:

"Həmçinin qasırğa olan günlərdə yaxşı olar ki, insanlar çox miqdarda maye qəbul etsinlər, bitki tərkibli çaylara üstünlük versinlər. Spirtli, rəngli-qazlı və enerji içkilərindən mütləq şəkildə uzaq dursunlar. Siqaretdən imtina etsinlər. Yuxu rejiminə diqqət olunsun. Bütün günü yataraq keçirmək də olmaz. Bu zaman daimi yorğunluq hiss edilər. Həm xəstə, həm də sağlam insanlar immun sistemini gücləndirməyə çalışsınlar. Bol vitaminli meyvələr qəbul etmək lazımdır".

Kardio-reanimatoloq maqnit qasırğası zamanı komputer, telefon və bu kimi elektronik cihazlardan çox istifadə etməməyi məsləhət görür:

"Başqa bir amil də var ki, geomaqnit qasırğası daha çox telefonla məşğul olan, televizor və komputerlə vaxt keçirən adamlara mənfi təsir göstərir. Maksimum çalışmaq lazımdır ki, həmin vaxtlarda bu tip cihazlardan uzaq durulsun. Ofis işçilərinə gəlincə isə arada müəyyən fasilə vermək, təmiz hava qəbul etmək kömək ola bilər. Maqnit qasırğası günün bütün saatlarında olmur ona görə də sırf həmin vaxtlarda ehtiyyatlı davranmaq lazımdır".

Qeyd edək ki, geomaqnit qasırğası aprelin 2-si saat 18:00-dan etibarən başlayacaq və aprelin 5-i 15:00-a qədər davam edəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 600   Tarix: 03 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Rəisinin olduğu helikopteri axtaran xilasedicilər itkin düşdü

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin axtarışına çıxan Qızıl Aypara Cəmiyyəti qruplarının 3 xilasedici üzvü itkin düşüb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumat üçüb bildirək ki, İran Prezidenti İbrahim Rəisi və XİN başçısı Hüseyn Əmir Abdullahianın olduğu helikopte

19 may
.

İran vitse-prezidenti hadisə yerinə yollandı

İranın vitse-prezidenti Möhsün Mənsuri Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı əraziyə yollanıb. xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Bahadori Cəhromi məlumat verib. "İcra işləri üzrə vitse-prezident hökumətin bəzi üzvləri ilə birlikdə Təbrizə yollanıb"

19 may
.

SEPAH: Rəisinin helikopterinin dəqiq yeri müəyyən edilib

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı dəqiq yer müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Əsgər Abbas Qalizadə bildirib. "Bir neçə dəqiqə əvvəl hadis

19 may
.

"Çudo Peçka"nın dövlətə 150 min manatdan çox borcu var

"Çudo Peçka" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) 156 955,85 manat borcu var. bu barədə DVX-nin rəsmi internet saytına istinadən xəbər verir. Qeyd edək ki, "Çudo Peçka" MMC Çingiz Cəlilov tərəfindən yaradılıb, 18 yanvar 2002-ci il tarixində dövlət qeydiyyatın

20 may
.

Zaur Nudirəliyevin həyat yoldaşı Nərimanov bələdiyyəsində işlə təmin edilib

"Nərimanov bələdiyyəsində şəhid və qazi ailələri daim diqqət mərkəzində saxlanılır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib. Sədrin sözlərinə görə, bu günlərdə Nərimanov RİH başçısı Elgin Həbibullayevin tövsiyəsi ilə Vətən Müharibəs

20 may
.

Rəisinin helikopterini axtaranların sayı artırıldı

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı ərazidə axtarış aparan xilasedicilərin sayı gecənin düşməsi ilə əlaqədar 65-ə çatdırılıb. -a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin məlumatında deyilir

19 may
.

Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri ordunun bütün qüvvələrinin, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və polisin prezident İbrahim Rəisinin olduğu helikopterin axtarışına cəlb edilməsi barədə göstəriş verib. Bu barədə İRİB məlumat yayıb. Qeyd edək ki, İran Prezidenti İbrahi

19 may
.

18 yaşadək nikah istisnaları ləğv edilə bilər

18 yaşadək nikaha daxil olma ilə bağlı tətbiq edilən istisnanın ləğv edilməsi təklif edilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında qeyd edilib. Bundan əlavə, erkən nikah hallarının qarşısının alınması üçü

20 may
.

Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib

"Hər kəs xalqın xidmətçilərinin sağlığı üçün dua etməlidir. Əgər İran xalqı narahat olmazsa, o zaman ölkənin işində heç bir problem olmayacaq". Bunu İranın ali dini rəhbəri ayətulla Seyid Əli Xamenei İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin mayın 19-da qəza enişi etməsi xəbərində

19 may