Ermənistanın bitməyən terroru: "Sülh müqavilənin əsas şərtlərindən biri mina xəritələrinin verilməsi olmalıdır" - Ekspert

Ermənistanın bitməyən terroru: "Sülh müqavilənin əsas şərtlərindən biri mina xəritələrinin verilməsi olmalıdır" - EkspertMina terroru erməni terrorizminin əsas göstəricilərindən biridir. Ermənistanın basdırdığı minalar Azərbaycanda günahsız dinc insanların həyatına təhlükə yaratmaqda davam edir. Ötən gün Tərtər rayonunun Çaylı kəndində minaya düşərək xəsarət alan Arzuman Tağızadə və iki ayağı amputasiya edilən Elmir Bağırovun vəziyyəti ağırdır. Sözügedən ərazidə minaya düşərək xəsarət alan Polad İsmayılov isə Tərtər Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur. Vəziyyəti qənaətbəxşdir. Azərbaycanda Ermənistanın mina terroru qurbanlarının sayı 350-yə çatıb. Mina terroru davam edənə qədər iki ölkə arasında sülh imzalana bilərmi?

Məsələ ilə bağlı hərbi ekspert Tərlan Eyvazov Sonxeber.az-a açıqlama verib.

Hərbi ekspert Sülh müqavilənin əsas şərtlərindən birinin Ermənistanın ərazimizdə yerləşdirdiyi minaların xəritəsini verməsi olduğunu vurğulayıb:

" Bu gün Ermənistan qoşunları, qeyri-qanunu dəstələri bizim ərazimizdə yoxdur. Amma onların "əl işləri" olan minalar ərazilərimizdə qalmaqda davam edir. Ermənistan ərazimizdə minlərlə mina basdırıblar. Prezidentin dediyinə görə, bu minaların sayı milyondan çoxdur. ANAMA hər gün bu minaları təmizləməklə məşğuldur. Nəinki, kənar şəxslər, ev heyvanları, hətta mina təmizləyən şəxslər belə bu terrorunun qurbanı olur.

Hər bir müharibin sonu sülh müqaviləsi ilə danışıq masasının arxasında bitir. Bu müharinənin sonu olmalıdır. Mütləq şəkildə iki ölkə arasında sərhədlər müəyyənləşib Ermənistanla sülh müqaviləsi imzalanmalıdır. Müqavilənin əsas şərtlərindən biri Ermənistanın ərazimizdə yerləşdirdiyi minaların xəritəsini verməsi olmalıdır. Biz minaların dəqiq yerlərini müəyyən etdikdən sonra ərazilərin təmizlənməsi prosesi daha tez yekunlaşacaq. Ermənistanda mina xərtilərinin olmaması inandırıcı deyil. Çünki, Azərbaycan tərəfi mina təmizlə işləri apardıqdan sonra, həmin ərazidə nə qədər mina qaldığını Ermənistan mediası yazır. Əgər iki ölkə müharibəni davam etdirsə, gələcək nəsillər də bu müharibənin içində olacaq. Müharibə isə təbii ki, hər bir dövləti inkişafdan saxlayır. İnsanların ölməsinə səbəb olur"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 781   Tarix: 03 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah Cəlilabadın bir sıra yaşayış yerlərində QAZ OLMAYACAQ

Sabah Cəlilabad rayonun bir neçə yaşayış massivində qaz təchizatı dayandırılacaq. -a istinadən xəbər verir ki, bununla bağlı məlumat Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsində paylaşılıb. Belə ki, 16 may 2024-cü il tarixində saat 10:00 radələrindən görüləcək işlər başa çatanadək Maşlıq, Muğa

15 may
.

Baş verən yanğınların SƏBƏBİ NƏDİR?: Elektrik şəbəkələrindəki nasazlıqlara niyə BAXILMIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünən Bakıda "Ağ çiçəyim" gül mağazasında güclü yanğın baş verib. Hadisənin elektrik şəbəkəsindəki nasazlıq səbəbindən baş verdiyi bildirilir. Son zamanlar baş verən bu yanğınların çoxu elektrik şəbəkəsində baş verən nasazlıqlardan qaynaqlanır. Bəs obyektlərdə yanğın təhlükəsizli

16 may
.

Azərbaycanda havalar nə vaxt isinəcək?

Mayın 16-sı saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, düşən yağıntının miqdarı Zaqatalada 41 mm

16 may
.

Azərbaycanda hüquq məsləhətçisi vəfat edib

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti tərkibində "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun əməkdaşı Samir Nizami oğlu Hüseynov 46 yaşında qəfildən vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, o, institutd

16 may
.

"Dəmir Yolları" şübhəli satınalmaları davam etdirir – Təfərrüat

Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemologiya Mərkəzi tender müsabiqəsi keçirmədən 4 şirkətlə satınalama müqaviləsi imzalayıb. xəbər verir ki, müqavilələr bir mənbədən satınalama metodu əsasında imzalanıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin satınalm

16 may
.

TƏBİB Rza Zərrabın qohumlarının şirkətindən 85 min manata "Hyundai" alır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən "Rəqəmsal Tibbi Həllər" MMC "Auto Azərbaycan" MMC (VÖEN – 150040601) ilə satınalama müqaviləsi imzalayıb. xəbər verir ki, TƏBİB "Auto Azərbaycan"dan 84 min 900 manat dəyərində xidməti mini

16 may
.

Vardanyanın həbs müddəti uzadıldı - YENİLƏNİB

Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan barəsində seçilmiş həbsqətimkan tədbirinin müddəti uzadılıb. xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbsqətimkan tədbiri daha 5 ay uzadılıb. 11:12. Qarabağdakı keçmiş qondarma qurumun "dövlə

16 may
.

Azərbaycanda qaz bahalaşır? - AÇIQLAMA

Son olaraq 2021ci ildə Tarif (Qiymət) Şurasının qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpik hesabların. Hazırkı vəziyyətdə yaxın zamanlarda qazın qiymətin artım ola bilərmi? . Məsələ ilə bağlı iqtisadçı Emin Qəribli -a açıqlama verib. O bildib ki

16 may
.

Bu gün vəfat edən hərbçimizin FOTOSU

Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynov vəfat edib. Sənan Hüseynovun fotosunu əldə edib. Həmin fotonu təqdim edirik:

16 may