Ramin Bayramlının milyonluq şirkəti Cavanşir Feyziyevə verilib

Ramin Bayramlının milyonluq şirkəti Cavanşir Feyziyevə verilibTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının "SPEKTR MED" şirkəti ondan alınıb.

"Bakupost.az" xəbər verir ki, şirkət əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilib, daha sonra isə "Avromed" şirkətinə verilib.

Ramin Bayramlı TƏBİB-ə sədr təyin edildikdən sonra "SPEKTR MED" (VÖEN-i 2001534811) MMC-ni alaraq, dövlət satınalmalarını həmin şirkət vəsitəsilə həyata keçirib.

COVID-19-la mübarizə işinin təşkili üçün tibb müəssisələrində yeni laboratoriyaların qurulması da R.Bayramlının "SPEKTR Med" şirkəti vasitəsilə həyata keçirilib.

Bu əməliyyatlarda R.Bayramlının milyonlarla vəsait əldə etdiyi bildirilir.

"Avromed" şirkətinin isə deputat Cavanşir Feyziyevə məxsus olduğu bildirilir.

Bu arada, 2024-cü ilin martında Böyük Britaniya hökumətinin azərbaycanlı deputat Cavanşir Feyziyevlə həyat yoldaşının şübhəli yollarla əldə etdiyi 50 milyon dollarlıq daşınmaz əmlakının dondurulması haqqında verdiyi qərar qüvvəsində qalıb.

Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Hesabatı Layihəsi (OCCRP) məlumat verib.

Böyük Britaniya hökuməti azərbaycanlı deputat Cavanşir Feyziyev və onun həyat yoldaşının "qanunsuz yollarla əldə edilən gəlirlərlə" Londonda şübhəli yollarla satın aldıqları 22 mülkünü dondurub.

Müvafiq mülkiyyət sənədləri ilə tanış olan OCCRP Feyziyev ailəsinə məxsus mülklərə 2023-cü ilin iyun ayında Britaniyanın Milli Cinayət Agentliyinin (National Crime Agency - NCA) müraciəti əsasında həbs qoyulduğunu aşkarlayıb.

NCA Feyziyev və həyat yoldaşının dondurulmuş mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu, əməliyyatların daha əvvəl çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərin vasitəsilə həyata keçirildiyini iddia edir.

Feyziyev ailəsinin vəkili həbs qərarının ləğv edilməsi üçün vəsatət təqdim edib.

Bunu "Amerikanın Səsi"nə Cavanşir Feyziyevin köməkçisi təsdiq edib.

Fevral 22-də baş tutan məhkəmə dinləməsində Feyziyev ailəsinin vəkili Milli Cinayət Agentliyinin zəruri prosedurlara əməl etmədiyini və mülklərin qanunsuz yolla əldə edildiyini mübahisələndirmək üçün əsaslı dəlillərin olmadığını iddia edib.

Məhkəmə martın 8-də vəsatəti rədd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 592   Tarix: 04 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...

Xəbər verdiyimiz kimi, Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha yeddi şəhid dəfn olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bunlardan biri də Məmmədov Şahid Sabir oğludur. 1993-cü ildən itkin düşmüş hesab olunan Şahid, Məmmədovlar ailəsini

30 oktyabr
.

"Qərb dairələri tərəfindən Ermənistanı sülh yolundan daşındırmaq üçün müxtəlif planlar qurulur" - DEPUTAT

"Dünən, oktyabrın 30-u səhər saatlarında Laçın rayonunun Fətəlipəyə kəndi ilə sərhədə, Gorus rayonu Kornidzor kəndi ərazisində yerləşən yolun üzərinə, Gorus rayonu Kornidzor kəndi istiqamətindən Aİ-yə məxsus 2 ədəd "Toyota" markalı minik avtomobili və Ermənistana məxsus 1 ədəd "Niva"

31 oktyabr
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

'Uygun Adım Aşk', 'Acar Kafadarlar', 'Alev Alev' kimi seriallarda rol alan məşhur aktrisa Pelin Yoru dünyasını dəyişib. türk mediasına istinadən xəbər verir ki, 42 yaşlı aktrisanın ölüm səbəbi hələlik məlum deyil. Mərhumun cənazəsi Kilyos qəbiristanlığında torpağa tapşırılıb

31 oktyabr
.

Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ

Sabah Sumqayıt şəhərinin bir sıra yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, Sumqayıt Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə 110/10 kV-luq "Sumqayıt-2"

30 oktyabr
.

"Mətanət A" şirkətində bədbəxt hadisə - "Azerlime"nin müdiri cəzalandırıldı

Qazax rayonunda yerləşən "Mətanət A" şirkətinə məxsus "Azerlime" əhəng istehsalı müəssisəsində bədbəxt hadisə baş verib. Qaynarinfo-nun məlumatına görə, müəssisədə çilingər kimi çalışan Raminin qolu iş zamanı "Band Conveyr" aparatının arasında qalaraq xəsarət alıb. Xəsarə

31 oktyabr
.

Lenovo notebook – hər gün üçün etibarlı və səmərəli həll

Lenovo notebook təkcə iş və təhsil üçün deyil, gündəlik həyatın ayrılmaz bir hissəsinə çevrilib. Lenovo-nun etibarlı, yüksək performanslı və müasir dizaynlı noutbukları milyonlarla istifadəçinin seçimidir. Bu məqalədə Lenovo cihazlarının əsas üstünlüklərindən bəhs edəcək və onların istənilən vəzifən

31 oktyabr
.

Bakıda məşhur hospital hüquq-mühafizə orqanları tərəfindən TƏFTİŞ EDİLİR

Bakı şəhərində yerləşən "General Hospital" klinikasında yoxlamalar aparılıb. "Unikal"ın məlumatına görə, klinikada bəzi nöqsanlar aşkarlanıb. Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Adıçəkilən klinikada aparılan yoxlamalarla bağlı Səhiyyə Nazirliyini

31 oktyabr
.

Daha bir binada yanğın - Video - Yenilənib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetm

31 oktyabr
.

Məhkum yeniyetmələrin sayının artma səbəbi nədir? - AÇIQLAMA

Ötən illə müqayisədə bu il məhkum olunmuş azyaşlıların sayı artıb. Son günlər yeniyetmələrin cinayətə bu qədər meyil etməsinə başlıca səbəb nədir? . Mövzu ilə bağlı -a sosioloq Lalə Mehralı danışıb. O, açıqlamasında bildirib ki, yeniyetmələrin törətdiyi hadisələr anidən baş vermir: . "Hadisələ

30 oktyabr