Türkiyə XİN-dən Ermənistan, ABŞ və Aİ üçtərəfli görüşü iə bağlı AÇIQLAMA

Türkiyə XİN-dən Ermənistan, ABŞ və Aİ üçtərəfli görüşü iə bağlı AÇIQLAMA"Brüsseldə aprelin 5-i keçirilməsi planlaşdırılan Aİ-Ermənistan-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq".

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra işğal olunmuş torpaqlarını azad etməsi və 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı ilə bütün ölkə üzərində suverenliyinin bərpası nəticəsində regionda daimi sülh və sabitliyin bərqərar olması üçün tarixi fürsət yaranıb.

Bu tarixi fürsətin uğuruna çox yaxın olduğumuz bir dönəmdə üçüncü tərəflərin, xüsusən də qeyri-regional faktorların prosesə zərər vurmamaq üçün ədalətli və qərəzsiz, ehtiyatla yanaşması daha da vacibdir.

Bu kontekstdə 5 aprel 2024-cü ildə keçirilməsi planlaşdırılan Ermənistan, Aİ və ABŞ arasında üçtərəfli görüşün münaqişənin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına xələl gətirəcəyini açıq şəkildə ifadə etmək bizim borcumuzdur.

Azərbaycanı istisna edən bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, onun geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq.

Üçüncü ölkələri proses kontekstində atacaqları addımlarda regionun parametrlərini nəzərə almağa və tərəflərə bərabər məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik.

İnanırıq ki, Cənubi Qafqaz regionda bərqərar olacaq daimi sülh və sabitlik əsasında yüksələcək və layiq olduğu rifaha nail olacaq.

Türkiyə həmişə olduğu kimi bu məsələdə üzərinə düşəni etməyə davam edəcək və Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə olunması üçün tarixi fürsətdən istifadəni təşviq etməyə davam edəcək", - XİN-dən bildirilib./Oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 688   Tarix: 04 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE + FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Xıdır oğlu Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub. yeni təyin olunan rəisin dosyesini təqdim edir:. Müşfiq Məmmədov Hərbi Akademiyanın məzunudur. Əslən Laçın rayonundan olan M.Məmmədo

13 may
.

Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub - VİDEO

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı general-mayor Kirill Kulakov Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub. "Report" xəbər verir ki, medal Xocalı rayonunda yerləşən Rusiya sülhməramlılarının yola salınma mərasimi zamanı təqdim olunub. Həmçinin, bir qrup ru

15 may
.

Prezidentlə xanımının Şuşa sakinləri ilə görüşünün - Videosu

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. "Qafqazinfo" həmin görüşün videosunu təqdim edir:

10 may
.

Sabah Şuşaya növbəti köç olacaq

Sabah Şuşaya növbəti köç olacaq. xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış şuşalılar doğma şəhərinə yola salınacaqlar. Qeyd edək ki, ötən həftə ilk mərhələdə Şuşa şəhərinə 20 ailə - 88 nəfə

13 may
.

Azərbaycanda saxlanılan erməni separatçıların həbs müddəti uzadılıb

Qarabağda qondarma separatçı rejimin "prezidentləri" olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddət

15 may
.

Azərbaycan Prezidenti Slovakiyanın baş nazirinə edilən sui-qəsd cəhdini şiddətlə qınayıb - FOTO

"Slovakiyanın baş naziri Robert Fikoya edilən sui-qəsd cəhdindən dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram". xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin "X" səhifəsindəki paylaşımında yer alıb. Dövlət başçısı slovakiyalı nazirə tezliklə sağalmağı diləyi

15 may
.

İlham Əliyev: "Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik"

"Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi". AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı danışıb. "Minsk qrupunu

10 may
.

"COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək"

"Bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində nəzərdə tutulmuş dünya dini liderlərinin zirvə görüşü, əminəm ki, qlobal iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərini

15 may
.

Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN

Prezident İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. Bununla bağlı məlumat yayıb. Fərmanla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində "Tibb Müəssisələrinin Akkreditasiyas

15 may