Balasanyan siyasi proseslərə qarışarsa Nikol Paşinyan onu Azərbaycana təhvil verəcək? - AÇIQLAMA

Balasanyan siyasi proseslərə qarışarsa Nikol Paşinyan onu Azərbaycana təhvil verəcək? - AÇIQLAMAKeçmiş qondarma rejimin "təhlükəsizlik şurasının katibi" olmuş Vitali Balasanyan Ermənistanda bəzi qohumları ilə birlikdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəvət olunub. Bununla bağlı mətbuatda məlumatlar yayılıb. Hüquq-mühafizə orqanları onun Ermənistanda siyasi proseslərə qarışıb-qarışmayacağı ilə maraqlanıblar. Əgər Vitali Balasanyan siyasi proseslərə qarışarsa Nikol Paşinyan onu Azərbaycana təhvil verə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turan Rzayevin sözlərinə görə, Vitali Balasanyanın Azərbaycana təhvil verilməsi real deyil:

"Ermənistan siyasi rəhbərliyi bu addımı atmayacaq. Prinsip etibarilə bu şəxsin Azərbaycan nəzdində bir çəkisi yaxud əhəmiyyəti olduğunu düşünmürəm. Vitali Balasanyan potensial olaraq bir Ruben Vardanyan yaxud Arayik Arutyunyan deyil. Ondan daha mühüm şəxslər var. Bütün hallarda Ermənistan prezidenti yaxud baş naziri fərqi yoxdur, hakimiyyətdə Paşinyan yerinə başqası olsaydı belə Balasanyan ilə bağlı bu addımı atmayacaqdı. Çünki bu addım hakimiyyətdə olan şəxsin prestijinə zərbə vurur. Düşünün bir ölkənin başçısı öz vətəndaşını başqa bir ölkəyə təhvil verir. Bu tam olaraq real deyil. Bunu heç bir halda nə iqtidar nə də müxalifət qəbul etməz. Ermənistanda buna görə ciddi bir probem yarana bilər. Nəinki bu formada, ümumiyyətlə Vitali Balasanyanın bu və ya başqa bir şəkildə Azərbaycana təhvil veriləcəyini düşünmürəm. Bizə lazım olan şəxslər onsuzda həbsdədir və onların dindirilmə prosesi gedir. Onlara dair foto və süjetlər onsuzda gedib. Lazım olsaydı Balasanyanı bənzər formada Bakıya gətirə bilərdik və onu dost-düşmənə nümayiş etdirərdik".

Qeyd edək ki, Balasanyan dindirildikdən sonra baş nazir Nikol Paşinyanla əlaqə saxlayıb və bildirib ki, İrəvanda müxalifətin planlaşdırdığı hakimiyyət dəyişikliyi prosesində iştirak etmək, siyasi proseslərə qarışmaq niyyətində deyil. Balasanyan Paşinyandan onu rahat buraxmağı xahiş edib.

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 469   Tarix: 05 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA

28 may Respublika Günü münasibətilə Azərbaycanda 3 gün ardıcıl iş olmayacağı gözlənilir. -a istinadən xəbər verir ki, mayın 28-i həftənin 2-ci gününə təsadüf edir. Adətən, belə situasiyalarda iş günləri ilə istirahət günlərinin yeri dəyişdirilir. Əmək Məcəlləsinə əsasən, həftəarası istirahət günlər

16 may
.

"Ağ çiçəyim" yanğından sonra... - Video

Xəbər verdiyimiz kimi, ötən gün Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "Ağ çiçəyim" gül mağazasında yanğın baş verib. "Qafqazinfo"nun məlumatına görə, gül mağazasında başlayan yanğın əraziyə bitişik obyektlərə keçməsinə imkan verilmədən söndürülüb. Bu gün isə mağazanın yanğında

16 may
.

Naxçıvan Nümayəndəliyi sabiq nazir və deputatın şirkətləri ilə müqavilə imzaladı

Naxçıvan Muxtar Respublikasının Bakı Şəhərində Daimi Nümayəndəliyi tender müsabiqəsi keçirmədən 2 şirkət – "İmprotex Motors" MM (VÖEN – 140064731) və "Cahan Motors" MMC (VÖEN – 0200259091) ilə satınalama müqavilələri imzalayıb. xəbər verir ki, müqavilələr bir mənbədən satınalama metod

16 may
.

Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT

Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi vəzifəsindən azad edilib. xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb. Bildirilib ki, baş həkim Elgün Səmədov öz ərizəsi ilə işdən ayrılıb. Qeyd edək ki, E.Səmədov bu vəzifəyə ötən ilin noyabr ayında təyi

16 may
.

Azərbaycanda bələdiyyə sədri HƏBS EDİLDİ

Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satmaqda şübhəli bilinən bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, istintaqla Qusar bələdiyyəsinin sədri Əlfəddin Qeysəddin oğlu İbrahimovun vəzifə səlahiyyətlərin

16 may
.

Azərbaycanda maşın bağçaya çırpılıb, vəzifəli şəxs həyatını itirib - YENİLƏNİB + FOTO

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata əsasən, dünyasını dəyişən 1986-cı il təvəllüdlü Ramil Əsgərov Hacıqabul Rayon Post-Patrul (PPX) Xidmətinin rəisi olub. 08:54. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

17 may
.

"Dəmir Yolları" şübhəli satınalmaları davam etdirir – Təfərrüat

Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemologiya Mərkəzi tender müsabiqəsi keçirmədən 4 şirkətlə satınalama müqaviləsi imzalayıb. xəbər verir ki, müqavilələr bir mənbədən satınalama metodu əsasında imzalanıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin satınalm

16 may
.

5 nəfərin xəsarət aldığı dəhşətli qəzadan GÖRÜNTÜLƏR - VİDEO

Ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə dünən axşam saat 18 radələrində, Lökbatan-Heybət avtomobil yolunda qeydə alınıb. Qəza zamanı KamAZ markalı yük avtomobili "Toyot

17 may
.

TƏBİB Rza Zərrabın qohumlarının şirkətindən 85 min manata "Hyundai" alır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən "Rəqəmsal Tibbi Həllər" MMC "Auto Azərbaycan" MMC (VÖEN – 150040601) ilə satınalama müqaviləsi imzalayıb. xəbər verir ki, TƏBİB "Auto Azərbaycan"dan 84 min 900 manat dəyərində xidməti mini

16 may