"30 illik işğal dövrü və ondan sonra baş verənlər molla rejiminin əsil simasını tam çılpaqlığı ilə göstərdi" - DEPUTAT
"İran hava yollarına məxsus təyyarələrlə Ermənistana silah daşınmasında təəccüblü heç nə yoxdur".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, 30 illik işğal dövrü və ondan sonra baş verən proseslər molla rejiminin əsil simasını tam çılpaqlığı ilə göstərdi:
"Baxmayaraq ki, Azərbaycan dövləti mövcud geosiyasi gerçəklikləri nəzərə alaraq, heç bir zaman bu ölkənin ərazi bütövlüyünü pozacaq, siyasi, iqtisadi maraqlarına zidd hərəkət etməmiş, üçüncü qüvvələrə də imkan verməmişdir. Belə demək mümkünsə, hər bir kaprizinə dözmüşdür. Lakin, geri zəkalı, hər şeydən əvvəl öz xalqına qarşı törətdiklərinə görə insanlıq adına ləkə olan rejim pataloji düşmənçiliyini davam etdirir. Bütün mümkün variantlardan istifadə etməklə işğalçı Ermənistana dəstək verir. Hətta, Ermənistan İranın əleyhinə addımlar atdığı halda belə. Bu gün Brüsseldə ABŞ-Aİ-Ermənistan görüşi keçirilir. Əslində bu görüşün baş tutması, qəbul olunacaq qərarlar Azərbaycanla yanaşı, İranın da maraqlarına ziddir. Ermənistan İranın üzdə ən qatı düşmənlərini ölkəsinə yığır. Heç şübhəsiz, gələcəkdə kollektiv Qərbin hərbi strukturlarının Ermənistanda cəmləşməsi, İranın milli təhlükəsizliyinə təhdid yaradır".
Deputat vurğulayıb ki, biz gələcəkdə də, İranın belə davranışlarlnın şahidi olacağıq:
"Yeni riyakarlıqlarla, sürprizlərlə qarşılaşağıq. Təəccüb doğuran odur ki, bir çox soydaşımız özündən uydurulmuş dini təsirlər altında hələ də mollaların təəssübünü çəkir, ayı xidməti göstərirlər. Müstəqil Azərbaycan dövlətinə, güneyli soydaşlarımıza qarşı ən ağır cinayətlər törətmiş şəxsləri ideallaşdırırlar. İran-Azərbaycan münasibətlərində ən təhlükəli an elə budur. Hər bir azərbaycanlı bu haqda dərindən düşünməli, dostunu, düşmənini tanımalıdır".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 351 Tarix: 05 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Ağ çiçəyim" yanğından sonra... - Video
Xəbər verdiyimiz kimi, ötən gün Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "Ağ çiçəyim" gül mağazasında yanğın baş verib. "Qafqazinfo"nun məlumatına görə, gül mağazasında başlayan yanğın əraziyə bitişik obyektlərə keçməsinə imkan verilmədən söndürülüb. Bu gün isə mağazanın yanğında
16 mayPaytaxtda qadın döyüldü - Əri və oğlu saxlanıldı
Bakıda qadını zorla maşına mindirib aparan şəxslər məsuliyyətə cəlb edilib. DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 15-də axşam saatlarında Nizami rayonu ərazisində qadının zorla "VAZ-21011" markalı maşına mindirilərək aparılması müəyyən olunub. Nizami RPİ 23-cü Polis Bölməs
17 mayBu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİ
Bu ilin sonunadək Qubadlı rayonunun 2 kəndinə ilk köç nəzərdə tutulub. Bu barədə "Report"un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib. Onun sözlərinə görə
16 mayGələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
28 may Respublika Günü münasibətilə Azərbaycanda 3 gün ardıcıl iş olmayacağı gözlənilir. -a istinadən xəbər verir ki, mayın 28-i həftənin 2-ci gününə təsadüf edir. Adətən, belə situasiyalarda iş günləri ilə istirahət günlərinin yeri dəyişdirilir. Əmək Məcəlləsinə əsasən, həftəarası istirahət günlər
16 mayDeputat Ülvi Quliyevin qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb
Dələduzluq, vəzifəli şəxsin səlahiyyətini mənimsəmə və digər cinayətlərdə ittiham olunan Azərbaycan Milli Elmlər Akademiyasının Həmkarlar İttifaqının sədr müavini 64 yaşlı Raya Nəcəfovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. xəbər verir ki, Raya Nəcəfovanın cinayət işinə Yasamal Rayon Məhkəməsind
17 maySabah da yağış yağacaq?
Mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qər
17 mayFransanın Cənubi Qafqazda Rolu: Strateji Addımlar və Nəticələr
Fransa və İran arasında baş verən son hadisələr geosiyasi mənzərəni yenidən formalaşdıra biləcək əhəmiyyətli strateji addımlarla manşetlərə çevrilir. NATO 2027-ci ilə qədər İrana yaxınlaşdıqca, bunun region və xüsusən də Ermənistan üçün təsirləri dərin olacaqdır. NATO-nun davamlı strateji planlamasın
17 may