Tarixin onuncu milyarder idmançısı oldu

Tarixin onuncu milyarder idmançısı oldu"Əl-Hilal"ın hücumçusu Neymar karyerasında bir milyard dollar qazanıb.

Lent.az bildirir ki, bu barədə "Transfer News Live" məlumat yayıb.

Mənbənin məlumatına görə, 32 yaşlı braziliyalı peşəkar karyerasına başlayandan 933,2 milyon avro (1,01 milyard dollar) qazanıb. Bu məbləğə maaşlar, sponsorluq müqavilələri və digər gəlir mənbələri daxildir.

Beləliklə, Neymar karyerasında 1 milyard dollar qazanmağı bacaran onuncu idmançı olub.

Milyarder idmançıların siyahısı

1. Maykl Cordan (ABŞ, basketbol) - 2,7 milyard dollar;

2. Tayqer Vuds (ABŞ, qolf) - 1,85 milyard dollar;

3. Kriştiano Ronaldo (Portuqaliya, futbol) - 1,57 milyard dollar;

4. Lebron Ceyms (ABŞ, basketbol) - 1,36 milyard dollar;

5. Lionel Messi (Argentina, futbol) - 1,36 milyard dollar;

6. Rocer Federer (İsveçrə, tennis) - 1,17 milyard dollar;

7. Floyd Meyvezer (ABŞ, boks) - 1,14 milyard dollar;

8. Devid Bekhem (Böyük Britaniya, futbol) - 1,13 milyard dollar;

9. Fil Mikelson (ABŞ, qolf) - 1,05 milyard dollar;

10. Neymar (Braziliya, futbol) - 1,01 milyard dollar.

Neymar ötən yay "Əl-Hilal"a keçib. Braziliyalı Səudiyyə Ərəbistanı klubunda 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Noyabr ayında Neymar ön çarpaz bağından və menisküsün cırılmasından əməliyyat olunub və bu da onu uzun müddət kənarda oturmağa məcbur edib.

Jurnalist Fabritsio Romanonun sözlərinə görə, bütün bonuslar və reklam müqavilələri nəzərə alınmaqla, Neymar Səudiyyə Ərəbistanında ildə təxminən 200 milyon avro qazanır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 653   Tarix: 05 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Harri Keyndən İngiltərə klubunun transfer təklifinə SƏRT CAVAB

Harri Keyn "Mançester Yunayted" klubunun təklifini qəbul etməyib. Məlumata görə, yeni mövsüm üçün hazırlıqlarını indidən başladan "Mançester Yunayted" Harri Keyn üçün təklif göndərib. İngiltərəli hücumçu isə: "Deyəsən dəli olublar. İngiltərə klubundan bura gəldim. "Mançeste

6 may
.

Makron Kilian Mbappenin atasına zəng edib

Fransanın Prezidenti Emmanuel Makron Kilian Mbappenin atasına futbolçunun komandada qalması üçün zəng edib. Məlumata görə, Makron Mbappenin atasına zəng edib və ulduz futbolçunun PSJ-də qalması üçün xahiş edib. Kilian Mbappenin atası isə futbolçunun "Real Madrid"ə transfer olmaq istədiyin

6 may
.

"Liverpul" çempionluq şansını itirdi

"Liverpul" 2023/24 mövsümündə İngiltərə Premyer Liqasını qazanmaq üçün riyazi şansını itirib. Bu, "Mançester Siti"nin mayın 11-də çempionatın növbəti tur matçında "Fulhem"i 4:0 hesabı ilə məğlub etməsindən sonra baş verib. Beləliklə, "şəhərlilər"in sona iki tu

12 may
.

"Real Madrid" tarixinin ən yaxşı 10 FUTBOLÇUSU

Futbolsevərlərin yaxından izlədiyi "FourFourTwo" "Real Madrid" tarixinin ən yaxşı futbolçularını açıqlayıb. xarici mediaya əsasən, jurnalın tərtib etdiyi siyahıdakı ilk 10 futbolçunu təqdim edir:. 1. Kriştiano Ronaldo. 2. Alfredo Di Stefano. 3. Zinəddin Zidan. 4. Serxio Ramos. 5

9 may
.

"Qalatasaray" çempion olarsa qazanacağı pulun məbləği açıqlandı

Türkiyə Super Liqasında çempionluğa doğru irəliləyən "Qalatasaray"ın çempion olacağı təqdirdə qazanacağı məbləğ müəyyənləşib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sarı-qırmızılı komanda liqanı lider kimi tamamlasa təxminən 250 milyon lirə (13 milyon 175 min AZN) qazanacaq. İndiyə qədə

8 may
.

"Barselona" Levandovskini "Liverpul"un ulduzu ilə əvəz edə bilər

"Barselona" polşalı hücumçu Robert Levandovskini "Liverpul"un ulduzu Darvin Nunyeslə əvəz edə bilər. Məlumata görə, "Barsa" Nunyesi qarşıdakı yay üçün transfer hədəflərindən birinə çevirib. Kataloniya klubu heyət xərclərini azaltmağı planlaşdırır və yüksək maaş alan Levandovskidə

5 may
.

MMA döyüşçüsü Mahaçqalada güllələndi

Pop-MMA təşkilatçısının döyüşçüsü Zəlimxan Yusupova Mahaçqala küçələrindən birində hücum olub. bu barədə Rusiya mediasına istinadən xəbər veirr. Onun 3 güllə yarası aldığı bildirilir. Məlumata görə, bir neçə gənc sərxoş idmançıya yaxınlaşıb və küçədə mübahisə yaranıb. Bildirilib ki, idmançıya hücum edənlə

16 may
.

Azərbaycan gimnastları Dünya Kubokunda dörd medal qazanıblar

Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Bolqarıstanın Burqas şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxış edib. xəbər verir ki, komanda sözügedən yarışı dörd medalla bitirib. Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlüyü və Zəhra Rəşidova, Anahita Bashiri və Nəzrin Zeyniyeva ibarət üçlü

12 may
.

Peres 55 milyon avroluq ulduzun transferindən imtina etdi: "Arda Güler ​​daha yaxşıdır"

Möhtəşəm mövsüm keçirən "Real Madrid" yeni mövsüm planlaması çərçivəsində transfer etməyi planlaşdırdığı 55 milyon avroluq super ulduzdan imtina edib. Söhbət Braziliyanın ən istedadlı gənc futbolçularından biri, "Palmeyras"ın sağ cinah müdafiəçisi Estevan Villiandan gedir. Bildirili

11 may