Azərbaycanda 4 bazar bağlandı
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanda fəaliyyət göstərən 83 ərzaq bazarını yoxlayıb və onlardan 4-ü fəaliyyətini dayandırıb.
Sonxeber.az axar.az-a istinadən bildirir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda ərzaq bazarlarında vəziyyət heç də ürəkaçan deyil:
"Bir neçəsinə qarşı müvafiq sanksiyalar tətbiq edilib. Həmin ərzaq bazarlarının qarşısında qısa müddət ərzində həyata keçirilməli olan tədbirlər proqramı hazırlanıb və təqdim olunub.
Fürsətdən istifadə edib istər heyvan satışı bazarlarında, istərsə də ərzaq bazarlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə xəbərdarlıq etmək istəyirik ki, onların fəaliyyət sahələri əhalinin bilavasitə sağlamlığına təsir edir. Bu sahədə qanunvericiliyin tələblərinə uyğun şəkildə işlərini qurmalıdırlar. Əks halda qanunda nəzərdə tutulmuş qaydada lazım olan tədbirlərin hamısı həyata keçiriləcək. Yəni onlara qarşı inzibati tədbirlər və ya məhdudlaşma tədbirləri həyata keçiriləcək", - Q.Təhməzli deyib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2626 Tarix: 05 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşSalam Sarvan yenidən əməliyyat olundu
Səhhətində ciddi problemlər yaranan tanınmış şair Salam Sarvanın 10 saatlıq əməliyyatı uğurla başa çatıb. " "a istinadən xəbər verir ki, bu barədə şairin yaxınları məlumat verib. "Əməliyyat uğurla keçdi. Hələlik reanimasiyadadır. Həkimlər bir neçə gün burada qalmasını məsləhət görüblər"
16 mayDeputat Ülvi Quliyevin qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb
Dələduzluq, vəzifəli şəxsin səlahiyyətini mənimsəmə və digər cinayətlərdə ittiham olunan Azərbaycan Milli Elmlər Akademiyasının Həmkarlar İttifaqının sədr müavini 64 yaşlı Raya Nəcəfovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. xəbər verir ki, Raya Nəcəfovanın cinayət işinə Yasamal Rayon Məhkəməsind
17 mayBakıdakı separatçılar ailələri ilə əlaqə saxladı
"May ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər". Bu barədə "Qafqazinfo"ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib
16 mayAzərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi vəzifəsindən azad edilib. xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb. Bildirilib ki, baş həkim Elgün Səmədov öz ərizəsi ilə işdən ayrılıb. Qeyd edək ki, E.Səmədov bu vəzifəyə ötən ilin noyabr ayında təyi
16 mayMəhkum yoldaşının boğazını kəsib - Kitabçasına baxdığına görə...
Cəzaçəkmə müəssisəsində iki məhkum arasındakı dava birinin ağır xəsarət alması ilə sonlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə ötən il Qaradağ rayonu ərazisində yerləşən "zon"ların birində baş verib. İstintaq materiallarına əsasən, əlbəyaxa dava uzun illərdir həbsdə olan Azə
16 mayŞahdağ Milli Parkında nəcib marallardan birinin balası dünyaya gəlib - FOTO
Şahdağ Milli Parkına reintroduksiya edilmiş nəcib maralların sayında artım qeydə alınıb. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən nadir v
16 may