"Ermənistanın oynadığı oyun özünü də çətin vəziyyətə salacaq" - Naqif Həmzəyev

"Ermənistanın oynadığı oyun özünü də çətin vəziyyətə salacaq" - Naqif Həmzəyev"Çox təəssüf ki, qərb xüsusilə də Fransa, ABŞ Cənubi Qafqazda mövqeyini gücləndirmək və Ermənistanı Rusiyanın himayəsindən çıxarmaq üçün onu silahlandırır, maliyyə yardımı ayrırırlar".

Bunu Sonxeber.az-a danışan deputat Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, qərbin verdiyi dəstək Ermənistanı cəsarətləndirir, daha da aqressiv olmasına gətirib çıxarır:

"Nəticədə də Ermənistan Azərbaycanla sülh danışıqlarında fərqli mövqe sərgiləyir. Eyni zamanda da şərti Azərbaycan-Ermənistan sərhədində davamlı şəkildə atəşkəsi pozur. Bu da məhz sülhün əldə olunmasına kölgə salır. Bütün bunlarla yanaşı Ermənistanda Avropa İttifaqının mülki monitorinq missiyası fəaliyyət göstərir. Avropa İttifaqı Ermənistandakı mülki monitorinq missiyası əslində əks kəşfiyyat həyata keçirən, Ermənistan ordusuna müəyyən məsləhətlər verən qrupdur. Bu gün atəşkəsin mütəmadi pozulması da mülki monitorinq missiyasının fəaliyyət müddətini uzatmaq, regionda, xüsusilə də Azərbaycanla şərti sərhəddə gərginliyin olduğunu sübut etmək, Fransadan, Avropadan, ABŞ-dan maliyyə yardımı məqsədi daşıyır".

Deputat söyləyib ki, bu gün regionda çox fərqli olaylar cəryan edir:

"Əgər əvvəl İran və Türkiyə arasında fikir ayrılıqları var idisə Fələstin-İsrail münaqişəsi fonunda bu iki ölkənin mövqeyi üst-üstə düşür. Bu baxımdan ABŞ yaxın gələcəkdə İrana qarşı hər hansı əməliyyat zərurəti ortaya çıxacağı təqdirdə Ermənistan ərazisindən istifadə edəcək. Uzun illərdir ki, ki, qərb ermənilər vasitəsilə İran ərazisində əks kəşfiyyat həyata keçirilir. Onlar yaranmış fürsəti dəyərləndirərək Ermənistana yardımlar edir Rusiyanın təsirini azaltmaq, əhali arasında bu ölkəyə qarşı münasibəti dəyişdirməyə çalışırlar. Eyni zamanda Ermənistanı Türkiyə və Azərbaycana qarşı hazırlayırlar. Gizlin məqsədlərdən biri də Türkiyə və Azərbaycanın regionda artan nüfuzunu zəyiflətməkdir. Həmçinin müəyyən məsələlərdə Azərbaycana təsir göstərmək üçün Ermənistandan istifadə etmək istəyirlər".

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan möhtəşəm zəfər əldə etdikdən sonra demək olar ki, qərbin ölkəmizə qarşı təsir alətləri əlindən çıxıb:

"Bu gün Ermənistanın Azərbaycanın diqtəsi ilə sülhü qəbul etməsi onu tamamilə qərbin təsirindən də çıxara bilər. Belə olan halda da Ermənistan yaranan boşluğu Türkiyə ilə dolduracaq. Qərb də ayırdığı maliyyə ilə bunun qarşısını almağa çalışır. Amma istənilən halda ordumuz bütün prosesləri yaxından izləyir və baş verəcək təxribatların qarşısını almaq gücünə malikdir. Ermənistan anlamalıdır ki, hər hansı bir toqquşma onun məhvini gətirib çıxarır. Xüsusilə də Paşinyan hökumətinin oynadığı oyun Rusiya tərəfindən yaxşı qarşılanmır. Ehtimal var ki, Rusiya B planını işə salsın və əlindəki təsir alətlərini hərəkətə gətirərək daxildə vətəndaş qarşıdurmasının, xaosu başlatsın. Bizdə prosesləri yaxından izləyirik. Ümid edək ki, qərb dairlərin səsləndirdiyi Ermənistana yardımın ayrılması və silahlandırması Azərbaycana qarşı deyil fikirləri özünü doğruldacaq. Əks təqdirdə də Ermənistanın Azərbaycan ordusunun səviyyəsinə çatması üçün yüz illər lazımdır.

Bu gün İran da Ermənistandakı prosesləri yaxından izləyir və yaxşı qarşılamayacaq. Hətta İran bunu qırmızı xəttin keçilməsi kimi dəyərləndirəcək. Düşünürəm ki, Ermənistanın oynadığı oyun özünü də çətin vəziyyətə salacaq. Azərbaycan isə istənilən baş proseslərin bizim xeyrimizə nəticələnməsi üçün lazım olan bütün addımları atacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 314   Tarix: 09 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda hakimlərin maaşına yenidən baxıla bilər

Azərbaycanda hakimlərin əməkhaqqına yenidən baxılması təklif olunur. "Report" xəbər verir ki, bu təkliflə Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəis müavini Ramiz Qasımzadə "Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin "Mübahisələrin həlli Indikator

17 may
.

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Tovuzun "Turan" klubunun klubunun keçmiş prezidenti, iş adamı Musa Süleymanov məhkəməyə verilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. Qurumun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Leyla Əliyevanı

16 may
.

Məktəblərdə bu dərs vəsaitləri LƏĞV OLUNA BİLƏR - AÇIQLAMA

Daha əvvəl bildirmişdik ki, Azərbaycanda kurikulum təhsil sistemində ciddi narazılıqlar var. O cümlədən dərs vəsaitlərinin çətinliyindən söz açmağa dəyməz. Ölkədə kurkulum təhsil sitemi yarandığlı vaxtdan müvafiq bir tendensiya formalaşıb. 1 fənn üzrə şagirddən qiymətləndirmə, test tapşırıqları və toplusu

17 may
.

Hacıqabulda vəzifəli şəxsin qəzada ölməsi barədə AÇIQLAMA - YENİLƏNİB + FOTO

"Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb". Bu barədə məlumat -ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib. Məlumatda qeyd olunub ki, 17.05.2024-cü il tarixində saat 02:35-d

17 may
.

10 mindən çox nikah, 5000-dən çox boşanma qeydə alınıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 10 081 nikah və 5 124 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən -a verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 4,0-

16 may
.

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq mayın 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar

17 may
.

Deputat Ülvi Quliyevin qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Dələduzluq, vəzifəli şəxsin səlahiyyətini mənimsəmə və digər cinayətlərdə ittiham olunan Azərbaycan Milli Elmlər Akademiyasının Həmkarlar İttifaqının sədr müavini 64 yaşlı Raya Nəcəfovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. xəbər verir ki, Raya Nəcəfovanın cinayət işinə Yasamal Rayon Məhkəməsind

17 may
.

Azərbaycanda bələdiyyə sədri HƏBS EDİLDİ

Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satmaqda şübhəli bilinən bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, istintaqla Qusar bələdiyyəsinin sədri Əlfəddin Qeysəddin oğlu İbrahimovun vəzifə səlahiyyətlərin

16 may
.

Bakıda 15 yaşlı qız özünü binadan atdı - VİDEO

Paytaxtın Nizami rayonunda yeniyetmə qız özünü binadan ataraq intihar edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -in sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 2009 təvəllüdlü G. Quliyeva (ad şərtidir) özünü binadan ataraq həyatına son qoyub. Hadisə baş verən ərazidən görüntülər

17 may