Qardaş hamilə bacısını başından güllələdi - DƏHŞƏTLİ CİNAYƏT
Türkiyədə ağlasığmaz hadisə baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Şanlıurfadan qaçaraq Mersinə gələrək evlənən, 2 ay yarım hamilə olan gənc qadını qardaşı küçənin ortasında başından güllələyərək öldürüb.
Əldə edilən məlumata görə, hamilə qadın sevgilisi ilə Mersinə gələrək rəsmi nikah bağlayıb və onunla yaşamağa başlayıb. Qadın müayinə üçün getdiyi xəstəxanadan çıxan zaman qardaşı tərəfindən pusquya düşüb və başından güllələnib.
Sözgügedən qadın hadisə yerində dünyasını dəyişib və qardaşı isə olduğu ərazini tərk edib. Ətrafdakıların xəbər verməsindən sonra hadisə yerinə sağlamlıq və polis qrupları göndərilib.
Qətlə şahid olan və şoka düşən gənc qadının baldızı və hadisədən xəbər tutaraq əraziyə gələn əri Həsən Qırmızı huşunu itiriblər. Bölgədə araşdırma aparıldıqdan sonra gənc qadının meyiti xəstəxana morquna göndərilib.
Polis qətldə şübhəli bilinən qardaşı ələ keçirmək üçün genişmiqyaslı araşdırmalara başlayıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 569 Tarix: 09 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda qaz bahalaşır? - AÇIQLAMA
Son olaraq 2021ci ildə Tarif (Qiymət) Şurasının qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpik hesabların. Hazırkı vəziyyətdə yaxın zamanlarda qazın qiymətin artım ola bilərmi? . Məsələ ilə bağlı iqtisadçı Emin Qəribli -a açıqlama verib. O bildib ki
16 maySabah da yağış yağacaq?
Mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qər
17 mayAzərbaycanda hakimlərin maaşına yenidən baxıla bilər
Azərbaycanda hakimlərin əməkhaqqına yenidən baxılması təklif olunur. "Report" xəbər verir ki, bu təkliflə Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəis müavini Ramiz Qasımzadə "Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin "Mübahisələrin həlli Indikator
17 mayBakıdakı separatçılar ailələri ilə əlaqə saxladı
"May ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər". Bu barədə "Qafqazinfo"ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib
16 mayPaxıllıq hissi insanı ekstremizmə sövq edir - Alimlər
Cenevrə Universitetinin isveçrəli psixoloqları paxıllıq hissi ilə insanın radikal və ekstremist qruplarda iştiraka meyli arasında əlaqəni araşdırıb. Qaynarinfo xəbər verir ki, tədqiqat "Evolutionary Psychological Science" (EPS) elmi jurnalında dərc olunub. Radikallaşmanın ənənəvi nəzəriyyələr
16 mayDünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
"Kaspersky" şirkətinin göstəricilərinə görə, dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır. report-a istinadən xəbər verir ki, bunu "Paşa Bank" ASC-nin nümayəndəsi Araz Həsənzadə Bakıda keçirilən Fintex Sammitində deyib. Onun sözlərinə görə, "WhatsApp+"
16 may