DYP-dən əhaliyə bayram günləri ilə bağlı MÜRACİƏT

DYP-dən əhaliyə bayram günləri ilə bağlı MÜRACİƏTDaxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, bayram günləri ilə əlaqədar qeyri-iş günlərində avtonəqliyyat vasitələrində səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, sürücü və sərnişinlərdən bir sıra qaydalara ciddi əməl etmələri xahiş olunur.

İlk növbədə səfərə hazırlaşan sürücülər bayram günlərində xoşagəlməz hadisələrin yaşanmaması üçün nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamalı, sərnişinlər də bu qaydaya sözsüz əməl etməlidirlər. Dəyərli sürücülər, yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinin, uzaq məsafə qət edərkən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə etməklə qısamüddətli olsa da, istirahət edin!

Unutmayın ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi riayət etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək həm özünüzün, sərnişinlərinizin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacib şərtdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 213   Tarix: 09 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

II və III qruplar üzrə qəbul imtahanlarının vaxtı AÇIQLANDI

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 26-da II və II ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. Bu barədə -a DİM-dən xəbər verilib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay

16 may
.

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Tovuzun "Turan" klubunun klubunun keçmiş prezidenti, iş adamı Musa Süleymanov məhkəməyə verilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. Qurumun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Leyla Əliyevanı

16 may
.

Ramiz Mehdiyevin kürəkəni YENƏ GÜNDƏM OLDU

Sahibkarla sabiq deputatın məhkəməsi növbəti dəfə təxirə düşdü. "Müsavat"a istinadən xəbər verir ki, mayın 15-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə şabranlı sahibkar Mansur İbrahimovun iddiası üzrə məhkəmə prosesi davam etdirilməli idi. Lakin cavabdeh, Rami

16 may
.

Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO

Sabirabad Rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu iddia edilən təcili tibbi yardım maşını sosial şəbəkələrdə diqqət çəkib. xəbər verir ki, yayılan görüntülərdə xəstələrin istifadəyə yararsız hala gəlmiş avtomobildə müayinə olunması əks olunub. Təcili tibbi yardımın həkimi də şəraitdən gileylənərə

15 may
.

Baş verən yanğınların SƏBƏBİ NƏDİR?: Elektrik şəbəkələrindəki nasazlıqlara niyə BAXILMIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünən Bakıda "Ağ çiçəyim" gül mağazasında güclü yanğın baş verib. Hadisənin elektrik şəbəkəsindəki nasazlıq səbəbindən baş verdiyi bildirilir. Son zamanlar baş verən bu yanğınların çoxu elektrik şəbəkəsində baş verən nasazlıqlardan qaynaqlanır. Bəs obyektlərdə yanğın təhlükəsizli

16 may
.

Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - YENİLƏNİB + VİDEO

Sosial şəbəkədə qınaq obyektinə çevrilən sürücü ilə bağlı rəsmi açıqlama verilib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, görüntülərdə əks olunan qayda pozuntusunun məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin heyvanlarla rəhmsiz rəftar edilməsi maddəsinə əsasən tənzimlənir. "Həmi

15 may
.

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Sabah güclü külək olacaq. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Sarı xəbərdarlıq yayıb. Xəbərdarlıqda qeyd edilib ki, küləyin sürəti 13,9-20,7 m/san (7-8 bal) gücündə olacaq. Bu cür külək ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlak

16 may
.

Vardanyanın həbs müddəti uzadıldı - YENİLƏNİB

Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan barəsində seçilmiş həbsqətimkan tədbirinin müddəti uzadılıb. xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbsqətimkan tədbiri daha 5 ay uzadılıb. 11:12. Qarabağdakı keçmiş qondarma qurumun "dövlə

16 may
.

Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA

28 may Respublika Günü münasibətilə Azərbaycanda 3 gün ardıcıl iş olmayacağı gözlənilir. -a istinadən xəbər verir ki, mayın 28-i həftənin 2-ci gününə təsadüf edir. Adətən, belə situasiyalarda iş günləri ilə istirahət günlərinin yeri dəyişdirilir. Əmək Məcəlləsinə əsasən, həftəarası istirahət günlər

16 may