Xəstəliyi olan çağırışçını orduya göndərən qurumlar CƏZALANDIRILMALIDIR- TƏKLİF

Xəstəliyi olan çağırışçını orduya göndərən qurumlar CƏZALANDIRILMALIDIR- TƏKLİFXəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər İmran Rahim oğlu Əmrahov tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib. Ümumi nəzər yetirsək, son zamanlar orduda intihar halları daxil olmaqla bu kimi hadisələri tez-tez eşidirik. Ümumiyyətlə xəstəliyi olan əsgərlərin orduya aparılmasının qarşısının alınması ilə bağlı hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az- a danışan hərbi ekspert Səxavət Məmmədli deyib ki, ümumiyyətlə qeyri-döyüş şəraitində olan hərbçilərin ölümü bir çox məsələlərdən xəbər verir. Xüsusilə əsgərlərin hansısa bir xəstəlikdən ölməsi düzgün və ciddi şəkildə araşdırılmalıdır. Məsələ bununla bağlıdır ki, əsgərlər xüsusən çağırış dönəmində tibbi müayinədən keçir. Onların ürəyi yaxud bədən quruluşu, xəstəlikləri ilə bağlı hər bir şey yoxlanılır. Amma bəzi məqamlarda biz görürük ki, burada problemlər var:

"Məsələn psixoloji problem əsas vacib məqamlardandır. Məsələn əsgərlərin intiharı, ürək tutması kimi halları yola verilə bilməz. Bunlar ciddi şəkildə araşdırılmalıdır. Daha sonra bu kimi hallar ordunun özünə problem yaradır. Məsələn bir əsgər əgər psixoloji cəhətdən problemi varsa və intihar edirsə, proses məhkəməyə qədər gedir. Heç kim bunu isə psixologiyaya bağlamır. Elə olub ki, əsgər özünü güllələyib, amma bu əsgərə təzyiq göstərən olmamışdı. Amma hər nə olursa olsun burada cəzalandırılma oldu. Ortada fakt var və araşdırma aparılır. Zabitlər bu istiqamətdə daha çox cəzalandırılır. Prokurorluq orqanlarının ağlına ilk gələn o olur ki, komandir əsgəri incidir yaxud bölükdə əsgəri sıxırlar. Bunun psixoloji tərəfinə işə baxan yoxdur. Hesab edirəm ki, ilk olaraq bunu yoxlamaq lazımdır. Çağırış zamanı psixoloji problemlər araşdırma aparılmalıdır. Azərbaycanda çox qəribə bir dönəmə gəlib çıxmışıq. İntiharın yaşı belə aşağı düşür. Gənc uşaqlar 17-18 yaşında deyir ki, orduya getmək istəmir. Bəziləri isə xarakter cəhətdən zəif olurlar və dözüm gətirə bilmirlər. Bu baxımdan özlərinə qəsd etməyə çalışırlar. Əsas bu məsələyə baxılmalıdır".

Eskpertin sözlərinə görə, insanlar özünə ziyan vurmağı yaxud öldürməyi bir tərəfə həm də illərdir nizam-intizamlı bir zabiti həyatını məhv etmiş olur. Dövlət ən azından öz zabitini qorumaq üçün istər ürək xəstəsi, istərsə də psixoloji problemi olan çağırışçılara ciddi yanaşmalı və araşdırmalıdır. Ürək xəstəsi olan gəncləri yoxlamaq mütləq vacibdir:

"İlkin müayinə zamanı araşdırılmalıdır ki, nə vaxtsa bu adamın ürəyində problem olub yoxsa yox. Bəzən olur ki, həqiqətən deyirlər ki, bu adamın ürəyində problem var. Bununla bağlı hansısa xəstəxanada yaxud tibb merkezində sənədlər alınıb və xəstəliyi olduğu qeyd edilir. Amma bir çox hallarda buna baxmırlar. Dəfələrlə olub ki, ürək xəstəsi olan çağırışçıni orduya gətirmişdilər. Komissiyada belə bir hal olmuşdu ki, çağrışçıya əsgərliyə yararlı olduğunu deyiblər. Amma az qala təlimlərdə bu əsgər ölə bilərdi və ürəyi dayanmışdı. Təchizat ilə birlikdə təlimləri götürə bilmirdi. Bu halların sayı çoxdur. Mənə çox ox qəribə gəlir. Azərbaycanda elə çağırışçıları yoxlamaq üçün hərbiyə çağırış üçün ağ biletlər ilə bağlı yoxlanış. İndi daha da bu yoxlanışa ciddi yanaşırlar. Təzədən çağırışçı hərbi xidmətə getmədən əvvəl yenidən müayinədən keçir. Hətta problemi çıxanı əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tərkibində o çağırışçını təzədən müayinə edirlər. Yəni bu qədər müayinədən sonra bu əsgər ürək tutmasından olur. Deməli burada ya inanmırlar, ya da düşünürlər ki, xəstəliyi azdır və xidmət edə bilər. Yəni bu məsələnin üzərinə dövlət ciddi şəkildə düşməlidir. Bütün ordularda qeyri-döyüş şəraitində ölüm halları var. Amma bütün dövlətlər çalışırlar ki, bunun faizini aşağı salsınlar. Təhlükəsizlik qaydalarının pozulması və əsgər tərəfindən edilən ehtiyatsızlıq başa düşüləndir və bu həmişə olacaq. Amma xəstəlik və psixologiya ilə bağlı ölümlər təkcə ordunu məsuliyyət altına almır. Bu zaman həmin çağırışçını göndərən qurumlarda məsuliyyətə cəlb edilməlidir. Niyə xəstəliyi olan əsgər vaxtında dəqiq şəkildə yoxlanılmayıb. Qurumların sayı çoxdu və yenə də problemlər var".

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1759   Tarix: 09 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazirliyin sabiq xanım əməkdaşı yüksək vəzifəyə təyin olundu

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsindən azad edilən Aynur Sabitova fəaliyyətini Azərbaycan Dillər Universitetində davam etdirir. xəbər verir ki, o, universitetin Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri vəzifəsini icra edir. Qeyd edək ki, A.Sabitova 2018-c

16 may
.

Qaxda 32 yaşlı kişi intihar etdi

Qaxda 32 yaşlı kişi intihar edib. "Qafqazinfo"nun məlumatına görə, Qax şəhər sakini, 1992-ci il təvəllüdlü Rzayev Ağanir Aydın oğlu özünü həyətdəki yardımçı tikilidən asıb. A.Rzayevin hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır

16 may
.

Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı

"May ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər". Bu barədə "Qafqazinfo"ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib

16 may
.

10 mindən çox nikah, 5000-dən çox boşanma qeydə alınıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 10 081 nikah və 5 124 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən -a verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 4,0-

16 may
.

Zəngəzur eşqiylə döyünən qəlblər...

Böyük Qələbə ilə nəticələnən Vətən müharibəmiz 30 ilə yaxındır düşmən işğalında olan Qarabağımızı özünün əsl sahiblərinə geri qaytarmaqla yanaşı, bütövlükdə, Azərbaycan xalqının qəlbində təptəzə ümid, yepyeni inam cücərtdi. Bu ümidlə dörd ildir ki, xalqımız gələcəyi daha parlaq, daha işıqlı, daha aydı

15 may
.

Direktor müavininin qatil olduğu TƏHSİL OCAĞI: Qan tökülən məktəbdən GÖRÜNTÜLƏR - YENİLƏNİB + VİDEO

Ötən gün Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə mühafizəçi kimi çalışan Natiq Mehdinin qətlə yetirilməsi ilə bağlı məlumat yayılıb. Onun qətlində elə bu məktəbdə çalışan Elsevər İslamov şübhəli bilinir. Qətlin hansı zəmində baş verdiyi isə naməlumdur. APA TV-nin çəkiliş qrupu hadisənin baş verdiy

15 may
.

Azərbaycanda maşın uşaq bağçasına çırpılıb, ölən və yaralanan var

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb. "Toyota-Prado" markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb. Nəticədə avtomobildə olan Şirvan sakini 1986-ı il təvəllüdlü Əsgəro

17 may
.

"Ağ çiçəyim"dən geriyə qalanlar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Ötən gecə Bakıda bir neçə saat ərzində külə dönən məşhur gül mağazası "Ağ çiçəyim"in yanğından sonrakı görüntüləri yayılıb. Görüntülərdən də aydın olur ki, mağazadan demək olar ki, geriyə heç nə qalmayıb. Qeyd edək ki, baş verən hadisə zamanı xəsarət alan olmayıb. Sözügedən mənzərəni təqdi

16 may
.

TƏBİB-dən Sabirabadda yararsız halda olan təcili yardım maşını ilə bağlı AÇIQLAMA - VİDEO

Ötən gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu iddia edilən təcili tibbi yardım maşınının yararsız halda olması və içərisində pasiyentə tibbi xidmət göstərildiyinə dair yayılan görüntülər sosial şəbəkələrdə diqqət çəkib. TƏBİB -ın sorğusuna cavab olaraq yaranmış məsələyə aydınlıq gətirib

16 may