Telefonda zarafat edən uşaqlıq dostunu bıçaqladı: Lökbatanda cinayət

Telefonda zarafat edən uşaqlıq dostunu bıçaqladı: Lökbatanda cinayətÖtən ilin avqust ayında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 43 saylı binanın qarşısında dostunu bıçaqlayan şəxs azadlığa buraxılıb.

Qaynarinfo-nun məlumatına görə, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən 2000-ci ildə Bakı şəhərində anadan olmuş Sənan Cəbiyevin (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə məlum olub ki, 6 avqust 2023-cü il tarixdə axşam saat təxminən 22:00 radələrində Sənan Cəbiyevə qonşusu, uşaqlıq dostu Ələmdar Əliyev (soyad şərti) mobil telefonuna zəng vuraraq onunla zarafat etməyə başlayıb. Ələmdar Əliyev zarafatla təqsirləndirilən şəxsin atasını söyüb və Sənan Cəbiyev ona sərt reaksiya verib.

Beləliklə, telefonda edilən zarafata görə, Sənan Cəbiyev elə həmin gün Ələmdar Əliyevlə görüşərək "kəpənək" tipli cib bıçağı ilə onu bir dəfə vurub. Nəticədə xəsarət alan Ələmdar Əliyev hadisədən bir gün sonra xəstəxanaya gedib.

Məhkəmənin qərarı ilə Sənan Cəbiyev Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş üç il müddətə azadlıqdan məhrumetmə növündə cəza iki il sınaq müddəti müəyyən edilərək şərti hesab edilib. O, məhkəmə zalından sərbəst buraxılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 344   Tarix: 10 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mədəkiçiltmə əməliyyatının FƏSADLARI: Arıqlamaq üçün cərrahi əməliyyat şərtdir? - VİDEO

Artıq çəki hər zaman aktual məsələlərdən biri olub. Arıqlamaq və ideal bədən quruluşuna sahib olmaq hər kəsin arzusudur. Müasir dövrdə arıqlamağın bir çox növləri var. Ən geniş yayılanı isə mədəkiçiltmə əməliyyatıdır. Terapevt Emin Məmmədovun sözlərinə görə, insanın bədən çəki indeksi 35 üzəridirsə birmənal

17 may
.

"Məzun günü" üçün restoranlarda yer tapılmır - VİDEO

"Məzun günü"nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. Artıq bəzi məkanlarda yer tapılmır, qiymətlərdə isə əvvəlki illərə nisbətən artım müşahidə olunur. Restoran administratorlarının sözlərinə görə, qiymətlərin yüksək olmasının əsas səbəbi ərzaq qidalarının, xüsusilə də, ət v

18 may
.

İki övladı ilə birlikdə 14 gündür itkin düşən qadın niyə evdən qaçıb? - VİDEO

"Mənim bütün döyülməklərim qısqanclıq üstündə olub". Bu sözləri 14 gündür itkin düşən Şəbnəm Alıyeva Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində səsləndirib. O evdən qaçma səbəblərindən danışıb:. "Telefon işlətməyə icazə vermirdi. Qohumlarımla və anamla görüşməyə qadağ

18 may
.

Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR

Polşanın Baş naziri Donald Tusk Slovakiyanın Baş naziri Robert Fikoya qarşı sui-qəsd cəhdindən sonra hədələr almağa başlayıb. xəbər verir ki, bu barədə Polşa hökumətinin başçısı "X" sosial şəbəkəsində danışıb. Polşalı siyasətçi təhdidlərdən birini göstərərək, belə mesajların çox olduğunu qey

17 may
.

ŞOK: "Paşinyan öldürüləcək! Putin son görüşdə deyib ki…" – VİDEO

"Nikol Paşinyan hakimiyyətdə qalsa da, getsə də, KQB (Rusiya Federal Təhlükəsizlik Xidməti – red.) onu öldürəcək". xəbər verir ki, bu iddia ilə Ermənistanın "Tseqakron" partiyasının rəhbəri Şant Arutyunyan çıxış edib. Ətraflı videoda:

17 may
.

Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO

Paltarı kimisi tikdirməyin, kimisi isə almağın tərəfdarıdır. Xüsusən də, bu məsələ abituriyent və tələbələr üçün daha aktualdır. Paltarı tikdirməyə üstünlük verənlər deyirlər ki, bu, əsasən almaqdan daha baha başa gəlir. Satıcıların sözlərinə görə, parça bazarı may ayında daha çox canlanır. Buna səbə

18 may
.

Bu Amerika ölkəsində müsəlmanlar az qala hakimiyyətə gələcəkdi - TARİX

Bu dəfə qeyri-adi bir hadisədən – Karib dənizinin cənubunda yerləşən ada dövləti Trinidad və Tabaqoda radikal müsəlman dindarların hakimiyyətə gəlmək cəhdindən danışacağıq. Həmin hadisə 1990-cı il iyulun 27-də baş verib və 24 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə başa çatıb. Trinidad v

16 may
.

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Süni uşaq qidalarının qiyməti əl yandırır. Paytaxt mağazalarında hətta 150 manata satılan süni uşaq qidaları da var. Vətəndaşların sözlərinə görə, əvvəlki illərlə müqayisədə qiymətlər xeyli artıb. Ölkəmizdə uşaq qidalarının qiyməti xarici ölkələrə nisbətən yüksəkdir. Azərbaycanda süni uşaq qidalarını

17 may
.

Bakıda ŞOK HADİSƏ: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - YENİLƏNİB + VİDEO

Bakıda bir neçə sakin başına gələnlərin şokunu yaşayır. Evlərini rəsmi müqavilə ilə əmlakçılara uzunmüddətli kirayə verdikləri halda bir neçə ay sonra mülklərinin onlardan xəbərsiz satıldığını öyrəniblər. Mülkləri naməlum şəraitdə əllərindən çıxan sakinlər araşdırma zamanı müəyyən ediblər ki, bu cü

17 may