Azərbaycanda bu şəxslər bütün avtobuslardan PULSUZ istifadə edə bilərlər - RƏSMİ

Azərbaycanda bu şəxslər bütün avtobuslardan PULSUZ istifadə edə bilərlər - RƏSMİBu gün dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da Ramazan bayramı qeyd olunur. Bayram günlərində bəzi ölkələrdə əhaliyə müəyyən güzəştlər nəzərdə tutulub. Məsələn, Türkiyədə Ramazan tətili zamanı körpülər və avtomobil yollarının pulsuz olması barədə qərar qəbul olunub.

Oxşar praktikanın Azərbaycanda da tətbiq olunma ehtimalı varmı? Bu məqsədlə Baku.ws Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edib. Qurumun Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildirilib ki, nəqliyyat vasitələrinin parklanması üçün ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 7:00-dək və həftənin bazar günləri ödəniş tələb olunmur:

"Bununla yanaşı, yaşayış ünvanının 100 metr məsafəsində fərdi parklanma talonu almış sürücülər yalnız talonda qeyd olunmuş məntəqələrdə nəqliyyat vasitələrini pulsuz saxlaya bilərlər. Qeyd olunanlardan başqa, parklanma yerlərindən pulsuz istifadə qanunvericilikdə nəzərdə tutulmayıb.

Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən beş yaşa qədər bir uşaq aparmaq hüququna malikdir.

Eyni zamanda, "Hərbi qulluqçuların statusu haqqında" Qanuna əsasən, müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksi istisna olmaqla) pulsuz istifadə edə bilərlər.

Bununla yanaşı, "Polis haqqında" Qanuna əsasən, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər.

Bayram günlərində nəqliyyat xidmətlərindən güzəştli istifadə ilə bağlı qanunvericilikdə digər hallar nəzərdə tutulmayıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2010   Tarix: 10 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Niyə yaşlı qadınlar gənc kişilərə üstünlük verirlər? - MARAQLI SORĞU NƏTİCƏLƏRİ

Son illərdə yaşlı qadınların gənc kişilərə marağının artması daha çox diqqət mərkəzinə düşür. xarici KİV-ə istinadən xəbər verir ki, 2024-cü il sorğusuna görə, gənc kişilərlə görüşən qadınların 57 faizi cinsi məmnunluq kateqoriyasında münasibətlərini "yaxşı"dan "əla"ya qədər qiymətləndirir

17 may
.

"Saqqal kişinin makiyajıdır" ifadəsi necə yaranıb? - ARAŞDIRMA + VİDEO

Bərbərlik qədim və hörmətli peşələrdəndir. Xarici görünüşə diqqət yetirmək bütün dövrlərdə insanlar üçün önəmli olduğundan bu peşəyə də həmişə hörmətlə yanaşılıb. Bu sənət ellinizmin əsəridir. Bərbərliyi ticarətə çevirənlər isə siciliyalılar olublar. Bərbərlər tarix boyu dəllək, dişçəkən, sınıqçı, qançıxara

17 may
.

Bu Amerika ölkəsində müsəlmanlar az qala hakimiyyətə gələcəkdi - TARİX

Bu dəfə qeyri-adi bir hadisədən – Karib dənizinin cənubunda yerləşən ada dövləti Trinidad və Tabaqoda radikal müsəlman dindarların hakimiyyətə gəlmək cəhdindən danışacağıq. Həmin hadisə 1990-cı il iyulun 27-də baş verib və 24 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə başa çatıb. Trinidad v

16 may
.

Bakıda sevgilisi ilə hotelə gedən qadın uşaqlarını da özü ilə aparıb - TƏFƏRRÜAT

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını hotelin binasından atan şəxsə hökm oxunub. -ın məlumatına görə, 1995-ci il təvəllüdlü Şükür Qəmbərov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlə

17 may
.

Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO

Avtomobili və sürücülük vəsiqəsi olmayan Ağdaş sakininin yaşadığı ünvana radara düşməsi ilə bağlı cərimə protokolu gəlib. -ın məlumatına görə, Ağdaş rayonu, Qolqəti kənd sakini 17 yaşlı Orxan Həsənov deyir ki, hazırda adında radara düşməsi ilə bağlı iki cərimə protokolu var. Orxan Həsənov bildirib ki

18 may
.

Tehran metrosunda dəhşət: "Repressiv qüvvələr gənci güllələdilər" - VİDEO

Tehran metrosunun ikinci xəttində yerləşən "Fədək" stansiyasında gənc güllələnib. Bu barədə "Azad İran" "Telegram" kanalı sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən xəbər yayıb. Videogörüntüdə güllələnən gənc stansiyanın döşəməsində qan içində qalıb. Məlumata görə

16 may
.

Azərbaycanda öldürücü hörümçəklər satışa çıxarıldı - VİDEO

Son günlər sosial şəbəkələrdə zəhərli tarantulların satışı həyata keçirilir. Bəzi insanlar tərəfindən hobbi olaraq saxlanılan bu hörümçəklərin sancması ciddi ölüm riski yaradır. Ancaq buna baxmayaraq, yenə də bu həşəratlar maraqla qarşılanır, onları alıb evdə saxlayanlar və satışını həyata keçirənlə

18 may
.

Qazax-Tavuş sərhədində ermənilərə "verilən" 25 hektar hansı ərazilərdir? - VİDEO

Rəsmi İrəvan Azərbaycan və Ermənistan arasında sərhədin Qazax-Tavuş istiqamətinin demarkasiyası ilə bağlı imzalanan protokolla bağlı şərhində 25 hektar torpağın ermənilərə qaytarıldığını və Kirants kəndinə birləşdirildiyini açıqlayıb. xəbər verir ki, Ermənistanın açıqladığı "25 hektar torpaq"

17 may
.

Faiq Ağayev kimdir? - 3 dəfə ölüb dirilən, oğlunu hamıdan gizlədən Xalq artisti

"Bioqrafiya" rubrikasında Xalq artisti, estrada müğənnisi Faiq Ağayev barədə məlumat verir. - Faiq Ağayev harada anadan olub, neçə yaşı var?. Faiq Balağa oğlu Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olub. - Faiq Ağayev harada təhsil alıb?. Ailəsi onun həkim olmasını istəyib. Bu sahədə təhsi

17 may