Qanun dəyişdi: Kimlər varlanacaq?

Qanun dəyişdi: Kimlər varlanacaq?Azərbaycanda "Tütün və tütün məmulatı haqqında" Qanuna dəyişiklik olunur. Milli Məclisə təqdim olunan layihəyə əsasən tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq edilir. Qanun layihəsində qeyd olunur ki, bu istehsal və idxal sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qeydiyyata alınacaq və reyestrinin aparılması həyata keçiriləcək.

Layihədə nəzərdə tutulan tütün məmulatlarının istehsalı müəssisəsinin qeydiyyatı üçün 34 milyon manatlıq investisiya qoyuluşu tələbi ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Bir çox mütəxəssislər bunun yeni istehsal müəssisəsinin yaradılmasının qarşısını almaq, mövcud əsas istehsalçılar üçün inhisarçı şərait yaratmaq məqsədi daşıdığını bildirirlər.

Təklifin əsaslandırmasında isə qeyd edilir ki, bu mexanizm cəmiyyətin maraqlarının, o cümlədən əhalinin sağlamlığının təmin olunmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlib. Belə ki, ölkə ərazisində istehsal olunan bir sıra tütün məmulatlarının sanitar-gigiyena normalarına uyğun gəlməməsi və bazarda mənşəyi məlum olmayan, aşağı keyfiyyətli malların satışının əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilməsi ilə yanaşı vergidən yayınma hallarının da geniş vüsət almasına səbəb olur.

Tütün məmulatlarının istehsalı spesifik avadanlıq əsasında həyata keçirildiyindən və bu avadanlıqlara əsaslanan istehsal xəttinin qurulması böyük investisiya qoyuluşu tələb edir. Qeyd olunan avadanlıqlar əsasında 1 istehsal xəttinin quraşdırılması üçün 10 milyon ABŞ dolları məbləğində vəsait tələb olunur. Müəssisənin normal fəaliyyəti üçün bu avadanlıqlardan ibarət 2 istehsal xəttinin olması vacibdir. Göstərilən məbləğ yalnız texnoloji avadanlıqların qiymətini özündə əhatə etməklə yanaşı müəssisənin formalaşdırılması ilə əlaqədar digər xərcləri əhatə etmir.

Qeyd edilənləri nəzərə alaraq, siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat minimum investisiya məbləğinin müəyyən edilməsinə zərurət vardır. Beynəlxalq standartların tələblərinə uyğun məhsul istehsalına təminat verən şəraitin formalaşdırılması məqsədi daşıyır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də tütün məmulatının istehsalı üçün investisiyanın məbləği ilə bağlı qoyulmuş şərtə aydınlıq gətirib. Qurumun rəis müavini Samirə Musayeva Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deyib ki, tütün məmulatlarının istehsalı üçün tələb olunan avadanlıqların bazar qiyməti nəzərə alınıb: "Yerli tütün məmulatlarının istehsalı yerli bazarın tələblərinə cavab verməli, idxal isə tənzimlənməlidir. Ona görə də ölkə ərazisində bir il fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması tələbi qoyulub. Yerli tütünçülüyün inkişafı bu layihə ilə hədəflənir".

Bundan başqa, vergi rəsmisi qeyd edib ki, tütün məmulatlarının tərkibində 2024-cü ildən başlayaraq 2030-cu ilədək yerli xammalın həcminin artırılması hədəflənir: "Tütün xammalının yeni növlərinin becərilməsi və həcminin artması üçün 2024-cü ildə istehsal olunan tütün məmulatlarının tərkibində 96 qram yerli xammal, 2027-2029-cu ildə 100 qram, 2030-cu və daha sonrakı illərdə 120 qram yerli xammal olması tələbi qoyulur. Bu da yerli bazarın qorunması ilə bağlı məqsədlərə xidmət etmiş olacaq".

Sənədə əsasən, sahibkarlıq subyektlərinin tütün məmulatının idxalı və istehsalını həyata keçirməsi üçün qeydiyyatı və qeydiyyatının yenidən rəsmiləşdirilməsi ilə bağlı icraat "Lisenziyalar və icazələr haqqında" Qanuna uyğun olaraq həyata keçiriləcək.

Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin subyektlərin müraciəti əsasında qeydiyyata alınır.

Tütün məmulatının istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün 34 milyon manatlıq investisiya qoyuluşundan əlavə, vergi borcunun olmaması, tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri və sınaq avadanlıqlarının "Texniki tənzimləmə haqqında" Qanuna uyğun olaraq uyğunluğun qiymətləndirilməsinə dair sənədlərin olması; keyfiyyət və təhlükəsizlik sınaqlarının aparılması üçün müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası ilə (istehsalçının müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası olmadığı təqdirdə) müqavilənin olması, həmçinin tütün məmulatının istehsalında yerli tütün xammalından (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair müəyyən olunan tələblərə riayət etməsi tələbi də qoyulur.

Tütün məmulatının idxalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçünsə azı 1 il olmaqla tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi kimi maraqlı tələb də qoyulur. Bu isə idxalçıların çevrəsinin kəskin məhdudlaşdırılması, idxalın da yerli inhisarçı istehsalçıların əlində cəmləşməsi və onların bazarda qiymətləri diqtə etməsinə şərait yaradacaq bir tələbdir.

Rəsmi mənbələr ölkədə 7 tütün məmulatı istehsalçısının olduğunu deyir. Bunlardan son məhsul - siqaret istehsalı iki böyük müəssisənin əlində cəmləşib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda 6,3 min ton yaş tütün, 1850 ton sənaye emalından keçmiş tütün, 16 milyard 10,2 milyon ədəd siqaret və siqarlar istehsal olunub.

Ötən il Azərbaycandan 5 milyon 459,65 min dollarlıq 2498,12 ton tütün xammalı, orta damarcığı çıxarılmayan tütün, 1 milyon 187,56 min dollarlıq 363,36 ton orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütün, 14 milyon 285,12 min dollarlıq 1 milyard 134,5 milyon ədəd tərkibində tütün olan siqaretlər ixrac olunub. Bu məhsulların idxalı isə müvafiq olaraq 429,3 min dollar dəyərində 157,25 ton, 4 milyon 383,49 min dollar dəyərində 740,59 ton, 7 milyon 98 min dollar dəyərində 365,21 milyon ədəd təşkil edib.

Bundan əlavə, ölkəyə 87 milyon 296,69 min dollar dəyərində 4973,14 ton emal olunmuş, tərkibində tütün əvəzediciləri olan və ya olmayan çəkməli digər tütün, 7 milyon 360,71 min dollar dəyərində 1214,77 ton homogenləşdirilmiş və ya "bərpa" edilmiş tütün, 5 milyon 664,69 min dollar dəyərində 1 172 775 ədəd birdəfəlik elektron siqaret və qəlyanlar üçün tərkibində nikotin olan məhsullar idxal olub. Sonuncudan 215,23 min dollar dəyərində 19010 ədəd ixrac da qeydə alınıb.

Beləliklə, rəsmi statistikadan aydın görünür ki, ölkədə istehsal və idxal olunan siqaret sayı birlikdə 16 milyard 376 milyon ədəd təşkil edib. Yerli istehsaldan ixrac olunan, həmçinin 2024-cü ilə keçən 590 milyon siqaret sayını çıxdıqda, ötən il ölkə üzrə siqaret istehlakının təxminən 14,6 milyard ədəd təşkil etdiyini söyləyə bilərik.

Azərbaycan 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatının Tütündən istifadəyə Nəzarət üzrə Çərçivə Konvensiyasına qoşulub. Bu konvensiya tütündən istifadənin azaldılması üçün tədbirlər proqramı təklif edir. 2017-ci il dekabrın 1-də ölkədə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun qəbul edilib. Bu qanunla tütündən istifadə bir çox ictimai yerlərdə qadağan edilib və qanunun pozulmasına görə məsuliyyət müəyyən edilib. Azərbaycanın tütündən istifadə sahəsində həyata keçirdiyi tədbirlər bir çox beynəlxalq çağırışlara və tələblərə cavab verir. Lakin onların real effektinin olduğunu söyləmək mümkün deyil. Belə ki, Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının büdcə müayinəsindən aydın olur ki, 2022-ci ildə yaşı15-dən yuxarı olan əhalinin 15 faizi tütün məmulatlarından istifadə edib. Bu zaman 15 yaşdan yuxarı kişilərin 30,8 faizi, qadınların isə 0,3 faizi tütün məmulatlarından istifadə edib. Siqaretdən ən çox istifadə edənlər 44-65 yaş arası kişilərdir. Onların 44,5 faizi bu zərərli vərdişə alüdədir.

Rəsmi statistikaya əsasən, 2021-ci ildə Azərbaycanda siqaret istehlakı 15,2 milyard ədəd təşkil edib. 2022-ci ildə Azərbaycanda 13.3 milyard ədəd siqaret istehsal olunub. İdxal-ixrac həcmini, həmçinin 2023-cü ilə keçən 600 milyon ədəd qalığı nəzərə aldıqda ölkədə illik istehlakın 12,3 milyard ədəd təşkil etdiyi görünür. Bu isə o deməkdir ki, 2023-cü ildə siqaret istehlakı 2022-ci illə müqayisədə 2 milyard ədəddən çox artıb. Əlbəttə, burada qeydiyyatdan yayındırılmaqla reallaşan idxalın da payı var. Çünki bütün ölkə boyu qeydiyyatsız siqaret satışında ciddi azalma müşahidə olunmur.

Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Suleymanovun verdiyi məlumata görə, ötənilki istehsal həcmi ölkə üzrə ümümi istehlakı demək olar ki, tam təmin edib: "İstehlak edilmiş siqaretlərin 98 faizini Azərbaycanda fəaliyyət göstərən 7 müəssisə istehsal edib. Cəmi 2 faiz siqaret ölkəyə idxal edilib".

Vergi rəsmisi həmçinin qeyd edib ki, bu il Azərbaycandan təkcə Gürcüstana 3 milyard ədəd siqaret ixrac edilməsi planlaşdırılır.

"Yeni Müsavat"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1093   Tarix: 10 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO

Vətən müharibəsi şəhidi İzzət Həmidovun şəhid olduğu yer ziyarət olunub. Şəhidin anası, qardaşı və döyüş yoldaşı Füzulinin Qaraxanbəyli kəndinə gedərək İzzətin son nəfəsini verdiyi yerdə onunla bağlı xatirələrini bölüşüblər. Baku TV-yə danışan şəhid anası Vəfa İzzətli övladının şəhid olduğunu hiss etdiyin

17 may
.

Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşən gənclər tapılıb. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə, mayın 13-də Nəsimi rayonu ərazisində 20 yaşlı, mayın 15-də isə gecə saatlarında Səbail rayonu ərazisində isə 27 yaşlı şəxslər itkin düşüb. Polis əməkdaşların daxil olan müraciətlər əsasında gördükləri tədbirlər nəticəsind

17 may
.

Nəsimi rayonunda "Pilot-16" MMC sakinləri zorla evlərindən çıxarmaq istəyir?

"Pilot-16" MMC tikinti işləri aparmaq üçün sakinlərlə heç bir danışığa getmədən onları yaşadıqları evlərdən çıxarmağa çalışır". Bu barədə -a Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinin sakini Samir Şahbazov şikayət ünvanlayıb. O iddia edir ki, şirkətin rəhbəri Aslan Quliyev sakinlərl

17 may
.

Müştərisinin qayınanasının şəklini sosial şəbəkədə yayan "Ekstrasens Hikmət"ə həbs cəzası verildi

Özünü falçı kimi təqdim edərək vətəndaşın xeyli pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Mətləb Nemətullayevə hökm oxunub. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Quba rayon Qamqam kənd sakini olan falçı Cinayət Məcəlləsinin 178.2.

17 may
.

Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub. "Unikal"ın əldə etdiyi məlumata görə, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmmə

17 may
.

PFL prezidenti xəstəxanada, vitse-prezident isə ev şəraitində müalicələrini davam etdirirlər

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov xəstəxanada, vitse-prezident Aslan Şahgəldiyev isə ev şəraitində müalicələrini davam etdirirlər. Bu barədə "Report"a qurumun media və marketinq direktoru Sənan Abdullayev məlumat verib. Onun sözlərinə görə, hər iki funksionerin müalicələr

16 may
.

Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır

"Kaspersky" şirkətinin göstəricilərinə görə, dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır. report-a istinadən xəbər verir ki, bunu "Paşa Bank" ASC-nin nümayəndəsi Araz Həsənzadə Bakıda keçirilən Fintex Sammitində deyib. Onun sözlərinə görə, "WhatsApp+"

16 may
.

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Məşhur tikinti şirkətinin 5 milyon manata yaxın vergi borcu yaranıb. Qaynarinfo-nun məlumatına görə, "MVVL Verus Praedium" Mənzil Tikinti Kooperativinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 4926139.88 manat vergi borcu var. Şirkəti

17 may
.

Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT

Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi vəzifəsindən azad edilib. xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb. Bildirilib ki, baş həkim Elgün Səmədov öz ərizəsi ilə işdən ayrılıb. Qeyd edək ki, E.Səmədov bu vəzifəyə ötən ilin noyabr ayında təyi

16 may