Şəhid kəşfiyyatçının anası: "Onlar olmasaydı, Vətənimiz əldən gedərdi"
"Şəhidlərimiz olmasaydı, Vətənimiz əldən gedərdi".
Bunu "Report"un Xocavənd rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında "Xocavənd əməliyyatı"nda şəhid olan Anar Rzayevin anası Siyafət Rzayeva deyib.
O, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti, şəhidlərin və qazilərin canı, qanı bahasına 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanıldığını bildirib:
"Məhz həmin qələbənin sayəsində övladlarımızın şəhidliyə ucaldığı yerləri ziyarət edirik. Şəhidlərin hamısı bizim övladlarımızdır. Biz övladlarımızı heç bir şəhiddən seçməmişik. Şəhidlərimiz olmasaydı, bəlkə də, Vətənimiz əldən gedərdi".
S.Rzayeva qeyd edib ki, müharibə vaxtı oğlu universitetdə oxuyurdu: "Mənə dedi ki, ana və bacılarımız erməni əlindədir, bizim burada qalmağımızın mənası yoxdur. Allah onların hər birinə rəhmət eləsin".
"Xocavənd əməliyyatı"nda şəhid olan Nizami Ələkbərovun bacısı Mətanət Əsədova isə deyib ki, qardaşının qismətində şəhidlik zirvəsinə ucalmaq varmış: "O deyirdi ki, torpaqlarımız düşmənin tapdağı altındadır, onu azad etməliyik. Qardaşım dostları ilə birlikdə qəhrəmanlıq göstərərək şəhid olub".
Şəhid Dinar Mustafayevin bacısı Şəfəq Mustafayeva artıq dördüncü dəfədir qardaşının şəhid olduğu yeri ziyarət edir: "Biz qardaşımın şəhid olması xəbərini iki ay sonra öyrəndik. Bu müddət ərzində ondan xəbər tuta bilmirdik. Qardaşım dünyanın acı və şirinliyini dadmamış, 20 yaşında şəhid olub. Bu gün bizə təsəlli qardaşımın şəhid olduğu yeri ziyarət etməkdir. Dövlətimiz tərəfindən ona mənzil də verilib. Bütün bunlar bizə təsəllidir".
Qeyd edək ki, Xocavənd əməliyyatı 7 aprel 1997-ci ildə keçirilib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 441 Tarix: 12 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşUzunmüddətli linza istifadəsinin dəhşətli nəticələri ola bilər! - VİDEO
Görmə qüsurlarının aradan qaldırılması ilə bağlı ən yaxşı üsullarından biri linzalardır. Linzalardan yalnış istifadə görmə qabiliyyətinə mənfi təsir edir. Hətta bu görmə qabiliyyətinin itirilməsi ilə nəticələnə bilir. Bəs hansı hallarda linzalardan istifadə doğru hesab edilir?. xəbər verir ki, məsəl
17 mayPaxıllıq hissi insanı ekstremizmə sövq edir - Alimlər
Cenevrə Universitetinin isveçrəli psixoloqları paxıllıq hissi ilə insanın radikal və ekstremist qruplarda iştiraka meyli arasında əlaqəni araşdırıb. Qaynarinfo xəbər verir ki, tədqiqat "Evolutionary Psychological Science" (EPS) elmi jurnalında dərc olunub. Radikallaşmanın ənənəvi nəzəriyyələr
16 mayAzərbaycanda məktəb binası boşaldılır: Fəaliyyəti dayandırılacaq?
Gəncədəki 2 nömrəli musiqi məktəbində tədris dayandırılıb. APA-nın yerli bürosunun məlumatına görə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Telman Hacıyev adına 2 nömrəli musiqi məktəbinin 16 sinif otağının yerləşdiyi ərazi 2007-ci ildə özəlləşdirilib. Uzun müddət davam edən məhkəm
17 mayBakıda itkin düşənlər tapıldı
Bakıda itkin düşən gənclər tapılıb. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə, mayın 13-də Nəsimi rayonu ərazisində 20 yaşlı, mayın 15-də isə gecə saatlarında Səbail rayonu ərazisində isə 27 yaşlı şəxslər itkin düşüb. Polis əməkdaşların daxil olan müraciətlər əsasında gördükləri tədbirlər nəticəsind
17 mayFaciəvi şəkildə ölən Tofiq tələbə imiş
Xəbər verdiyimiz kimi, mayın 15-dən 16-na keçən gecə Goradil qəsəbəsində ağır yol qəzası baş verib. 199-cu il təvəllüdlü Piruz İsa oğlu Məmmədovun idarə etdiyi "Mersedes Benz C 320" markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb. Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-c
17 may5 nəfərin xəsarət aldığı dəhşətli qəzadan GÖRÜNTÜLƏR - VİDEO
Ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə dünən axşam saat 18 radələrində, Lökbatan-Heybət avtomobil yolunda qeydə alınıb. Qəza zamanı KamAZ markalı yük avtomobili "Toyot
17 mayDünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
"Kaspersky" şirkətinin göstəricilərinə görə, dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır. report-a istinadən xəbər verir ki, bunu "Paşa Bank" ASC-nin nümayəndəsi Araz Həsənzadə Bakıda keçirilən Fintex Sammitində deyib. Onun sözlərinə görə, "WhatsApp+"
16 may