İran-İsrail qarşıdurması: Yeni dünya müharibəsi realdırmı? - ARAŞDIRMA

İran-İsrail qarşıdurması: Yeni dünya müharibəsi realdırmı? - ARAŞDIRMAHƏMAS-la İsrail arasında gərginlik səngiməmiş bəşəriyyət növbəti müharibənin baş vermə təhlükəsini yaşadı. Söhbət tarixə "qəribə" və "müəmmalı müharibə" kimi düşən İranla İsrail arasında yaşananlardan gedir. Əslində bu iki dövlət arasında qarşılıqlı hərbi həmlələrin baş verəcəyi gözlənilən idi. Aprelin 1-də İranın Dəməşqdəki konsulluğu bombalandıqdan sonra Tehran bunun anonsunu vermişdi. Aprelin 13-də İranın İsrailə bir neçə saatlıq hücumu Orta Şərqdə növbəti ciddi gərginlik potensialına malik hadisə kimi dəyərləndirilir. İranın İsrailə öz ərazisindən birbaşa və kütləvi miqyasda ilk hücumu ciddi müzakirə edilir. Hazırda nisbi sakitlik hökm sürsə də, İsrail növbəti hücumlarla hədələyir. Bəs proseslərin gedişi necə olacaq? Yeni dünya müharibəsi realdırmı? Suallar çox, cavablar isə qeyri-müəyyəndir. Məsələ ondadır ki, müharibə bütövlükdə nə İsrailə, nə də İrana sərf edir. İranın hücumunu çoxları daxili auditoriyaya hesablanmış addım hesab edirlər.

"Kaspi" qəzetinin mövzu ilə bağlıq məqaləsini təqdim edirik:

Qərb mediasından fərqli münasibət

Qərb mediası baş verənlərə fərqli münasibət sərgiləyir. "İsrail ABŞ, Qərb və regional hərbi tərəfdaşların köməyi olmadan İranın əməliyyatını dayandıra bilməzdi", - bu iddia ilə "The Wall Street Journal" (WSJ) çıxış edib.

Nəşrin məlumatına görə, İsrail dövləti, əsasən, ABŞ və digər müttəfiqlərin verdiyi hava hücumundan müdafiə sistemləri, başqa silahlar sayəsində dronların, raketlərin əksəriyyətini zərərsizləşdirə bilib. WSJ-nin vurğulamasına görə, ABŞ, Britaniya və İordaniya döyüş təyyarələri dronların vurulmasında "böyük rol oynayıblar".

Bildirilib ki, İsrailin sərt cavabı regionda dağıdıcı nəticələrə gətirib çıxaracaq, əks hal isə onu və müttəfiqlərini "daha zəif" edəcək. Bundan əlavə, Təl-Əviv Yaxın Şərqdəki tərəfdaşlarının, o cümlədən onu kəşfiyyat məlumatları ilə təmin etmiş, habelə hava məkanını açmış İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin maraqlarını nəzərə almalıdır. WSJ daha əvvəl bildirib ki, İsrail tezliklə İranın onun hərbi obyektlərinə hücumuna cavab olaraq hərəkətə keçə bilər. Vaşinqton israr edir ki, İsrail dövləti gərginliyin daha da artmasına səbəb ola biləcək heç bir şey etməməlidir.

Beynəlxalq ictimaiyyətin reaksiyası

Diqqət çəkən bir faktı da qeyd edək. Dünyanın əksər ölkələri baş verənlərdə tərəf tutmadı. İstisnalar Avropa və ABŞ idi. Onlar İsraili dəstəkləyib, İranın hərəkətlərini pislədilər. Almaniya kansleri Olaf Şolts İranın hücumunu "məsuliyyətsiz addım" adlandırıb, Fransa Xarici İşlər Nazirliyi isə öz vətəndaşlarını İranı tərk etməyə çağırıb. Eyni zamanda, Qərb eskalasiyanın daha da artmasından qorxur.
Region ölkələrinə gəlincə, İsrailin Yəmən, Fələstin, Livan və İrandakı düşmənləri "qələbə"ni qeyd ediblər. İordaniya isə əksinə, İsraili dəstəkləyib. Əmman hesab edir ki, eskalasiya "İsrailin Qəzza zolağına təcavüzünün" sonlandırılması ilə dayandırılacaq. Səudiyyə Ərəbistanı narahatlığını bildirib və tərəfləri təmkinli olmağa çağırıb.

Ankaraya gəldikdə, onun yaşananlara xüsusi baxışı var. Türkiyənin açıqlamasında İran və İsrailin qarşılıqlı hücumlarının regional müharibəyə çevrilmə ehtimalının nə qədər yüksək olduğu göstərilib. Maraqlıdır ki, İran İsrailə zərbə endirmək niyyəti barədə Türkiyəni əvvəlcədən məlumatlandırıb. Əməliyyatın sonunda Tehran Ankaranı yeni hücumlara başlamayacağına əmin edib. Suriyada hərbi hava qüvvələri ilə mövcud olan Rusiya da tərəf tutmayıb. Bununla belə, Xarici İşlər Nazirliyi İsrail səfiri Simone Halperini Rusiyanın "İranın ölkəyə kütləvi raket hücumunu pisləyəcəyi" gözləntilərinə görə tənqid edib. Rusiya XİN sözçüsü Mariya Zaxarova xatırladıb ki, İsrail "Kiyev rejiminin Rusiya bölgələrinə hücumunu" bir dəfə də olsun qınamayıb.

"Kim haqlıdır?"

Yeri gəlmişkən, iki ölkə arasında gərginlikdə tərəflərdən kimin daha çox məsuliyyət daşıması da müzakirə mövzusudur. Məsələ ondadır ki, İsrailin Dəməşqdəki İran konsulluğu ərazisinə hücumundan sonra Tehranın hansısa formada cavab verəcəyi bəlli idi. Çünki bu hücum beynəlxalq hüquq normalarına, o cümlədən, Vyana Konvensiyasına zidd addım kimi dəyərləndirilir. Diplomatik nümayəndəliyin ərazisi dövlətin suveren ərazisi sayılır və toxunulmazlıq statusuna malikdir. İsrail isə öz addımını onunla əsaslandırır ki, İran konsulluğun ərazisindən qeyri-diplomatik məqsədlər üçün istifadə edilib.

Tərəflərin siyasi hücumları davam edir

Son məlumatlara görə, İsrail hökuməti İranın hücumuna qarşı atacağı addımlarla bağlı yekun qərar qəbul etməyib. Ölkənin xarici işlər naziri İsrael Kats bildirib ki, nə qədər gec deyil, İran dayandırılmalıdır. O, İranın hücumuna hərbi cavabla yanaşı, diplomatik cavab zərbəsi də hazırlandığını bildirib. Nazir 32 ölkəyə məktub göndərdiyini, onlarla xarici işlər naziri və dünya liderləri ilə danışdığını, raket hücumuna görə İrana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini vurğulayıb. O, danışıqlarda İranı zəiflətmək üçün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı elan edilməsini istəyib. Bu çıxışlardan da göründüyü kimi, tərəflər arasında hərbi gərginlik zəifləsə də, siyasi və diplomatik müstəvidə qarşıdurma yeni mərhələyə adlayıb. Tərəflər hələlik hədə formasında da olsa, qarşılıqlı hücumları davam etdirəcəklərini gizlətmirlər. Bu açıqlamalar isə bir növ "səhnə"də divardan asılan tüfəngi xatırladır. Dünən İsrailin İrana endirdiyi cavab zərbələrinin miqyası və qeydə alınan göstəricilər də dediklərimizi bir daha isbatlayır.

Proseslərin gedişi onu deməyə əsas verir ki, əbədi düşmənlər yaxın perspektivdə irimiqyaslı müharibəyə başlamağa cürət etməyəcəklər. Əgər başlasalar, bu, növbəti dünya müharibəsi deməkdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 304   Tarix: 21 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qadın 13 yaşından oğlana təcavüz etdi

İngiltərədə 13 yaşından oğlanı bir neçə dəfə zorlayan Yorkşirli qadının məhkəməsi keçirilib. xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb. 21 yaşlı Emili Hediqan məktəbli ilə cinsi əlaqədə olmaqda, baş verənləri videoya çəkməkdə, sonra isə həmin videoları başqa şəhərdə müəyyən bi

2 may
.

Həkimlər beş yaşlı qızın mədəsindən maqnit çıxartdılar

Beş yaşlı qızın mədəsindən maqnit çıxarılıb. xəbər verir ki, hadisə Rusiyanın Saratov vilayətində baş verib. Klinik Xəstəxanaya yerləşdirilən 5 yaşlı qızı həkimlər son anda xilas edilib. Onlar əvvəl halı pisləşən azyaşlının mədəsində yad cisim olduğunu aşkarlayıblar. Sonra isə əməliyyatla onu mədə boşluğunda

1 may
.

6 yaşlı uşaq anasını ölümdən qurtardı

Rusiyanın Moskva şəhərində məktəbəqədər uşaq komaya düşən anası üçün təcili yardım çağırmağı bacarıb. yerli mediaya istinadla bildirir ki, anasının özünü pis hiss etdiyini görən balaca oğlan özünü itirməyib. Uşaq təcili yardım çağırıb, həkimlərə ünvanını söyləyib və qapının kilidini aça bilib. Zəng

1 may
.

"Titanik" gəmisinin qalıqlarından tapılan qızıl saat rekord qiymətə satıldı

1912-ci ildə okenada batmış "Titanik" gəmisinin ən varlı sərnişininə məxsus cib saatı İngiltərədə keçirilən hərracda rekord qıraraq 1,46 milyon dollara satılıb. -ın xarici mediaya istinadən xəbərinə görə, "John Jacob Astor IV-in Waltham" hərracında satılan cib saatının alıcısı amerikal

2 may
.

Leonardo Di Kaprioya həsr olunan film çəkiləcək

Altay diyarının Soltonski rayonunda aktyor Leonardo Di Kaprionun macəralarından bəhs edən film çəkiləcək. Kristina Holdeyevanın mokyumentari (psevdosənədli) janrında çəkəcəyi "Leo, bizdə Sibir şəraitidir" filmi sənətçinin mükafat almağa getməsi, yolda azması, sevgisini tapması və Lenin rolun

2 may
.

Qocalar evinə bıçaqlı hücum: 2 ölü, 1 yaralı

Türkiyənin Antalya şəhərində yerləşən qocalar evində bir şəxs 3 nəfərə bıçaqla hücum edib. xarici mediaya istinadən xəbər verir ki, cinayətkar düşmənçilik etdiyi iddia edilən 3 nəfərə bıçaqla hücum edib. Hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Cinayətkar hadisədən sonra yanğın nərdivanında

3 may
.

Zəhərlə yazılan 4 ölümcül kitab aşkarlandı

Fransa Milli Kitabxanasında 19-cu əsrə aid üzlükləri yüksək dozalı zəhərlə işlənmiş dörd kitab aşkar edilib. Bu kitablar rəflərdən çıxarılıb və zəhərin yoxlanılması üçün karantinə alınıb. -ın xarici mediaya istinadən xəbərinə görə, İngiltərədə istehsal olunan qədim kitabların üz qabığı o dövrdə kitablar

1 may
.

Xəstəxanada dava: müayinə üçün gedən həkim həmkarına hücum etdi

Türkiyədə Giresun Təhsil və Araşdırma Xəstəxanasına müayinə üçün gələn həkim ona baxılmadığını əsas gətirərək başqa həkimlə mübahisə edib. xarici mediaya istinadən xəbəır verir ki, mübahisə davaya çevrilib. Həkimlər bir-birindən şikayətləniblər. Hadisə aprelin 30-da şəhər mərkəzində yerləşən Giresu

3 may
.

Kreslo yolda maşınları ötüb keçdi - VİDEO

Rusiyada gənc oğlan qeyri-adi elektrikli skuter hazılayıb. xəbər verir ki, bu barədə görüntülər yerli teleqram kanallarında paylaşılıb. Məlumata görə, 22 yaşlı oğlan evdə kresloya əlavələr edərək ondan elektrikli skuter düzəldib. Oğlan qeyri-adi kəşfi ilə Sankt-Peterburqun Leninski prospektində dolanıb

2 may