Pensiya sistemindəki boşluqlar: Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? - ARAŞDIRMA

Pensiya sistemindəki boşluqlar: Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? - ARAŞDIRMAStatistik məlumatlara əsasən, ölkəmizdə il ərzində vəfat edən kişilərin təxminən yarısı pensiya yaşına çatmayanlardır. Bu statistika yenidən pensiya yaşına çatmadan vəfat edənlərin pensiya kapitalının taleyi məsələsini gündəmə gətirir.

Azərbaycanda il ərzində 60 min 810 nəfər vəfat edib. Statistik məlumatlara əsasən, vəfat edənlərin 33 min 157 nəfəri kişilərdir. Vəfat edən kişilərin 47,8 faizi və ya 15 min 872 nəfəri 65 yaşına çatmadan dünyasını dəyişiblər. Başqa sözlə, ümumilikdə kişilərin təxminən 48 faizi pensiya yaşına çatmadan vəfat ediblər.

Xatırladaq ki, 2020-ci ilin iyul ayından etibarən Azərbaycanda kişilər 65 yaşından sonra pensiyaya çıxırlar. Statistikadan da göründüyü kimi, kişilərin böyük əksəriyyəti pensiya yaşına çatmadan dünyalarını dəyişirlər.

Nəzərə alaq ki, bəzi hallar istisna olmaqla, Azərbaycan qanunvericiliyinə əsasən, pensiya yaşına çatmadan ölənlərin hesabına yığılan pensiya kapitalı varislərə qaytarılmır. Eyni zamanda, ölkəmizdə həm işləyənlərin, həm də yüksək məbləğdə pensiya kapitalı yığanların böyük əksəriyyəti kişilərdir. Ona görə də problem çox ciddidir.

Bəs, görəsən, yaranmış vəziyyətdən çıxış yolu nədən ibarətdir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Pensiya sisteminin bir çox boşluqları var

Sosioloq Elçin Bayramlının fikrincə, ölkədə kişilərin təxminən yarısının pensiya yaşına çatmadan vəfat etməsi ciddi siqnaldır: "Əhalinin, xüsusən də kişilərin yarıya yaxını pensiya ala bilmir. Faktiki olaraq dövlət uzun illərdir insanlardan sosial sığorta haqqı tutur, amma insanların yarısı o pulu ala bilmir. Halbuki o vəsait həmin şəxsin qanuni puludur".

"Ölüm hallarının statistikası təhlil edilməlidir"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov hesab edir ki, ilk növbədə pensiya yaşına çatmayan insanların ölüm hallarının statistikası təhlil edilməlidir: "Təəssüflər olsun ki, bu kimi məsələlərdə daha çox pensiya yaşının azaldılması ilə bağlı təkliflər irəli sürülür. Amma iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, səhiyyə infrastrukturunun inkişafı məsələlərinə toxunulmur. Əslində aparıcı ölkələrin statistikasına nəzər salsaq görərik ki, həmin ölkələrdə 70-75 yaşında insanların əksəriyyəti əmək qabiliyyətli olurlar. Onlar üçün işləmək daha sərfəlidir, hüquqları olsa belə, pensiyaya çıxmaq istəmirlər. Bizdə isə iqtisadiyyatın strukturu hələ o səviyyəyə çatmayıb ki, pensiyaçıların sosial hüququ daha da genişləndirilsin".

Professor vurğulayıb ki, Azərbaycanda tətbiq olunan sistem yığım pensiyasıdır. Yəni vətəndaş nə qədər vəsait toplayırsa, həmin məbləğə uyğun pensiya alır: "Təbii ki, əməkhaqqı yüksək olarsa, bu kimi məsələlər avtomatik həllini tapacaq. Əgər iqtisadiyyatın strukturu dəyişərsə, hətta pensiya yaşına çatan vətəndaşlarımızın çoxu işləməyə üstünlük verəcək. Səhiyyə sahəsi də inkişaf etdirilməlidir. Ölüm hallarının əksəriyyəti məhz insanların çoxunun keyfiyyətli səhiyyə xidmətindən yararlanmağa imkanının çatmaması ilə bağlıdır".

Pensiya kapitalı varislərə qaytarıla bilər, amma…

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, pensiya yaşına çatmadan ölənlərin hesabına yığılan kapitalın varislərə qaytarılması indiki halda mümkün deyil: "Ümumiyyətlə, pensiya yaşı müəyyən edilərkən Dövlət Sosial Müdafiə Fondunun imkanları nəzərə alınır. Eyni zamanda, vətəndaşların əmək fəaliyyəti dövründə ödədikləri sosial sığorta haqları, onların pensiya kapitalı, iş stajları və sair də nəzərdən keçirilir. Vətəndaş çalışdığı dövrdə sosial sığorta haqqı ödəməklə özünə pensiya kapitalı yığır. Bu da elə təşkil olunmalıdır ki, vətəndaşın vaxtilə ödədiyi sığorta haqları onun pensiya məbləğinə kifayət etsin, hansısa çatışmazlıq olanda DSMF-nin büdcəsindən əlavə dotasiya ayırmaq mümkün olsun. Təbii ki, pensiya yaşına çatmadan vəfat edənlərin kapitalının varislərə qaytarılmasını hər kəs arzulayar. Lakin reallıq başqadır. Amma bu, gələcəkdə mümkün ola bilər".

Vəfat edən şəxsin pensiya kapitalı necə istifadə olunur?

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili bununla bağlı sorğumuza cavab olaraq bildirib ki, vətəndaşın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalından qanunvericiliyə uyğun olaraq yalnız pensiya məqsədləri üçün istifadə oluna bilər: "Yəni vətəndaşın xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarında istifadə sosial sığorta hadisəsi baş verdikdə, məsələn, pensiya yaşına çatdıqda əlilliyi müəyyən edildikdə, ailə başçısını itirdikdə və digər hallarda həyata keçirilir. Qanunvericiliyə görə, vətəndaş pensiya yaşına çatmamışdırsa və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilməmişdirsə fərdi şəxsi hesabında toplanmış pensiya kapitalından istifadə edə bilmir. Həmin şəxs vəfat etdiyi, yaxud həlak olduğu halda toplanmış pensiya kapitalı onun öhdəsində olan ailə üzvlərinə - 18 yaşınadək (əyani təhsil alan 23 yaşınadək) övladlarına, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, pensiya yaşına çatmış, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata və anasına, ərinə və ya arvadına, 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən şəxslərə (valideynlərindən biri, əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilir.

Göründüyü kimi, şəxsin topladığı pensiya kapitalı o, dünyasını dəyişdiyi halda ailə üzvlərinin sosial təminatı üçün istifadə olunur. Pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar qeyd edilən bu pensiyalara da şamil olunur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 838   Tarix: 21 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021