İlham Əliyev Putinlə görüşəcək: Qazaxın kəndləri və Kərkinin taleyi HƏLL OLUNUR? - ŞƏRH

İlham Əliyev Putinlə görüşəcək: Qazaxın kəndləri və Kərkinin taleyi HƏLL OLUNUR? - ŞƏRHXəbər verdiyimiz kimi, Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Eyni zamanda bu gün dövlət başçısı İlham Əliyev Rusiya lideri Vladimir Putinlə görüşəcək. Bəs bu görüşdə Qazaxın 3 kəndi və Kərkiin qaytarılması ilə bağlı müzakirələr aparıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turan Rzayev deyib ki, Qazaxın 3 kəndi və Kərki Azərbaycan və Ermənistan arasında münaqişəli məsələdir. Yəni müzakirəsi iki ölkə arasında rəsmi və qeyri-rəsmi danışıqlardan asılıdır:

"Bundan əvvəl Qazaxın qeyri-anklav olan kəndlərinin bizə qaytarılması sərhəd komissiyalarının görüşü ilə baş verdi. Bənzər formada görüşlər ilə bu məsələ həllini tapa bilər. Yerdə qalan kəndlərin qaytarılmasını hansı metodla olacağı hələ də müəyyən edilməyib. Amma bütün hallarda 4 kəndin qaytarılması iki ölkə arasında gedən danışıqlar prosesinə müsbət təsir göstərəcək. Prosesin bundan sonrakı mərhələsi üçün diplomatik "domino" effekti yaradacaq".

Politoloqun sözlərinə görə, dövlət başçısının Rusiya səfəri zamanı regional məsələlərin, xüsusilə Qazaxın və Kərkinin qaytarılması məsələsinin müzakirəsi mümkündür. Aydın məsələdir ki, Rusiya regional gücdür:

"Regionda gedən proseslərdə Azərbaycan tərəfi hər zaman rəsmi Moskvanın maraqlarını nəzərə alıb. Bizi qələbəyə gətirən və nəticədə diplomatik mənada güllə belə atılmadan kəndlərin qaytarılmasını əsaslandıran başlıca səbəb rəsmi Bakının və Rusiya arasında balans siyasətini yetirməsidir. Azərbaycan balans siyasətini Rusiya ilə davam etdirir. Biz bu məsələlər ilə bağlı Rusiyanı məlumatlandıracağıq. Regional ölkə olaraq göstərmiş olacağıq ki, Rusiyanıda nəzərə alırıq. Başlıca müzakirə mövzuları qeyd olunan məsələlər ola bilər. Bundan əlavə müzakirəyə ehtiyac olacaq məsələlər var. Hərbi və siyasi diplomatik sahədə müzakirələr mövcuddur".

Xatırladaq ki, Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın işğal altında olan yeddi kəndindən dördünün Azərbaycana qaytarılması haqqında razılıq əldə edilib.

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 520   Tarix: 22 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı həbsxanasında ÖLÜM

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Mirəli Bəşirov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

3 may
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

3 may
.

Britaniya Ukraynaya hər il 3 milyard funt-sterlinq hərbi dəstək ayıracaq - XİN rəhbəri

Böyük Britaniyanın xarici işlər naziri David Kemeron Britaniyanın Ukraynaya illik üç milyard funt-sterlinq hərbi yardım göstərəcəyini və bunun "lazım olduğu müddətcə" davam edəcəyini vəd edib. Qaynarinfo xəbər verir ki, o, bu barədə Kiyevə elan olunmamış səfəri zamanı "Reuters" agentliyin

3 may
.

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürəcək. Qaynarinfo xəbər verir ki, Avropa Gimnastikasının təşəbbüsü ilə ilk dəfə baş tutacaq yarışa 34 ölkə təmsilçiləri qatılacaq. Milli Gimnastika Arenasında yeni formatda təşkil olunacaq turnir üç gün davam edəcək. Avropa Kubokunda mükafatçıla

3 may
.

Kəlbəcərin 22%-i yaşıllıq olacaq - Baş Planın detalları

Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı" təsdiq edilib. xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş Planın detallarını açıqlayıb. Qeyd olunur ki, otuzillik erməni işğalı nəticəsində dağıdılan Kəlbəcər şəhərini

3 may
.

"Nağıoğlu" MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

"Nağıoğlu" şirkət Ağcəbədi rayonunda yerləşən 2 hektar sahəsi olan "Şahmalı" qum-çınqıl yatağından qanunsuz istifadə edir. Bu barədə Qaynarinfo-ya Tovuz rayonunda yaşayan sahibkar Arif Alıyev bildirib. Onun sözlərinə görə, ötən il aprelin 5-də İqtisadiyyat Nazirliyi yanında Əmla

3 may
.

Tərtərdə itkin düşən yeniyetmə qız narkotik istifadəçisi olub? - RƏSMİ CAVAB

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Məhərrəmli ilə bağlı iddialara aydınlıq gətirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib. O qeyd edib ki, aprel ayının 29-da Tərtər rayonunda 2009-cu il təvəllüdlü qızı

3 may
.

Bu halda torpaqlara "kupça" verilməyəcək - RƏSMİ

2024-cü ilin yanvar-mart ayları ərzində daşınmaz əmlak üzərində 88.013 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat daxil olub. Bildirilir ki, bu göstəricinin 13.540-ı (15,3%) ilkin, 74.473-ü isə (84,7%) isə təkrar qeydiyyatı

3 may
.

DİQQƏT! - Bu tarixlərdə "İçərişəhər"ə giriş məhdudlaşdırılacaq

İçərişəhərdə 4-5 mayda keçiriləcək Milli Xalça Festivali ilə əlaqədar İçərişəhərin Qoşa Qala girişi və ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Qeyd olunub ki, məhdudlaşdırm

3 may