Ekoloji yürüş-festival 2024

Ekoloji yürüş-festival 2024Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) növbəti dəfə ekoloji avtomobillərin yürüş-festivalını təqdim edir. Hər ilin may ayında keçirilən ənənəvi festival Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunur. Bu ilki tədbirin bəzi özəllikləri barədə AADA İdarə Heyətinin sədri Natiq Zərbəli aşağıdakıları söylədi:

AADA sıralarında 50-dən çox dünya şöhrətli avtomobil markalarını ölkəmizdə təmsil edən rəsmi idxalçıları və yerli avtomobil istehsalçılarını birəşdirən ictimai birlikdir. Təşkilatımızın missiyası Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil biznesinin bərqərar olması, ölkənin avtomobil parkının cavanlaşması, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasına yardım etməkdir. Assosiasiyamız daim monitorinqlər aparır, avtomobil sektorunda mövcud durumu araşdırır, problemləri təhlil edir, onların həlli üçün təkliflərlə çıxış edir, rəsmi qurumlar və ictimai təşkilatlarla müzakirələr aparır. Bununla yanaşı AADA ölkənin sosial həyatında aktiv mövqe tutur, müxtəlif layihələr gerçəkləşdirir, müasir avtomobillərin təşviqi üçün tədbirlər həyata keçirir. Məsələn, 2002-ci ildən təşkil olunan "Caspian Motor-Show", "Caucasus Motor-Show" avtomobil sərgiləri, müxtəlif konfranslar, avtomobil yürüşləri və s.

Adətən avtomobil yürüşləri tarixi şəxsiyyətlərə, tarixi hadisələrə, sosial və ekoloji layihələrə həsr olunur. May ayında baş tutacaq yürüş-festivalın məqsədi Ulu Öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, Heydər Əliyev irsinin təşviqi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyəsinə, ətraf mühitin qorunmasına ictimayyətin diqqətinin cəlb edilməsidir. Bununla yanaşı məlumdur ki, 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir və Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməyə hazırlaşır. Bu baxımdan ekoloji avtomobillərin yürüş-festivalı simvolik məna daşıyır.

Ənənəvi olaraq bu tədbirin keçirilməsində bizə təşkilatı dəstəyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası göstərir. Ekoloji avtomobil karvanının Heydər Əliyev Mərkəzindən start alması nəzərdə tutulur. Yürüşün finişi və ekoloji avto-sərgi Avrasiyanın mərkəzində ən böyük intermodal logistika mərkəzində gerçəkləşəcək. AADA-nın rəsmi tərəfdaşı Abşeron Logistika Mərkəzi həm də regionun ilk "yaşıl" logistika mərkəzidir. Məhz bu mərkəzdə festivalın qonaqlarını maraqlı tanıtım turu, ən yeni avtomobillərin təqdimatları, əyləncəli proqram gözləyir. Hər il olduğu kimi tədbirin proqramına məktəblilər arasında AADA-nın təşkil etdiyi "Gələcəyin avtomobili" rəsm müsabiqəsinin nəticələrinin elan olunma mərasimi də daxildir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" proqramında təmiz ətraf mühitə nail olmaq və "yaşıl artım" ölkəsinə çevrilmək kimi hədəflər təyin edilmişdir. Bu proqram çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün AADA bir sıra tədbirlər həyata keçirir. Bakı küçələrində effektli yürüş edəcək avtomobil karvanı yalnız elektrik və "plug-in hybrid" texnologiyalı, yəni yalnız cərəyan mənbəyinə qoşulan avtomobillərdən ibarət olacaq.

AADA-nın mütamadi olaraq həyata keçirdiyi bu sayaq layihələrin daha bir məqsədi rəsmi avtomobil dilerlərini əhaliyə tanıtmaqdır. Müasir zamanda mürəkkəb texnologiyalardan ibarət olan avtomobilləri rəsmi salonlardan zəmanətlə əldə etməyin vacibliyi danılmazdır. Yalnız bu halda avtomobil sahibi ehtiyyat hissələri və peşakar texniki xidmət məsələlərində problemlərlə üzləşməyəcək.
Ekoloji yürüş-festival 2024


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 223   Tarix: 22 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİQQƏT! - Bu tarixlərdə "İçərişəhər"ə giriş məhdudlaşdırılacaq

İçərişəhərdə 4-5 mayda keçiriləcək Milli Xalça Festivali ilə əlaqədar İçərişəhərin Qoşa Qala girişi və ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Qeyd olunub ki, məhdudlaşdırm

3 may
.

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürəcək. Qaynarinfo xəbər verir ki, Avropa Gimnastikasının təşəbbüsü ilə ilk dəfə baş tutacaq yarışa 34 ölkə təmsilçiləri qatılacaq. Milli Gimnastika Arenasında yeni formatda təşkil olunacaq turnir üç gün davam edəcək. Avropa Kubokunda mükafatçıla

3 may
.

Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini "ifşa edib"

29.04.2024-cü ildə Fransa xüsusi xidmət orqanı DGSE-nin məlum mətbuat uzantısı "İntelligence Online" Ermənistanda hərbi sənayesinin qurulması işinə cəlb edilən Britaniya şirkətlərini, nüfuzlu britaniyalıların işin koordinasiyasına görə aldığı məbləğləri qəsdən açıqlayan yazı ilə çıxış edib

3 may
.

Bu şəxslər işə düzələrkən dövlətdən 4712 AZN ala bilər - RƏSMİ

Azərbaycanda yeni tətbiq edilən birdəfəlik ödənişlərdən biri də xüsusi kateqoriya şəxslərə işə düzələn zaman ödənilən vəsaitdir. xəbər verir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər ilk dəfə işə düzələn zaman birdəfəlik 4712 manat müavinət ala bilər. Valideynlərini itirmi

3 may
.

"Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb" - Əhməd İsmayılov

"Praktik əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması eyni zamanda cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb". "Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "İctimai proseslər media müstəvisində" mövzusund

3 may
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

3 may
.

Tərtərdə itkin düşən yeniyetmə qız narkotik istifadəçisi olub? - RƏSMİ CAVAB

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Məhərrəmli ilə bağlı iddialara aydınlıq gətirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib. O qeyd edib ki, aprel ayının 29-da Tərtər rayonunda 2009-cu il təvəllüdlü qızı

3 may
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

3 may
.

Azərbaycanda vəzifəli şəxs vəfat edib

"Suraxanı" gəmi-muzeyinin ilk kapitanı vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Qasım Alacov bu gün vəfat edib. Qasım Alacov 18 iyul 1959-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. O, 1980-ci ildən üzən heyətin sıraların

3 may