"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq

"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq2022-2023-cü tədris ilində Azərbaycanda ali və orta ixtisas məktəblərindən turizm təhsili üzrə 1548 nəfər məzun olub.

Sonxeber.az APA-ya istinadən bildirir ki, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O, qeyd edib ki, məzunların 718-i subbakalavr, 715 nəfəri bakalavr, 115 nəfəri isə magistr pilləsi üzrə turizm təhsillərini müvəffəqiyyətlə başa vurub:

"Həmçinin peşə təhsili müəssisələri tərəfindən təqdim edilən ixtisaslarda 340 nəfər məzun adını qazanıb. 30 illik işğaldan sonra azad edilmiş torpaqlarımızda bu yaxınlarda Prezidentin "Qarabağ Universiteti" yaratması ilə bağlı sərəncamı imzalanıb. Bu universitetdə turizmlə də bağlı ixtisaslar olacaq. Turizm təhsilinin əsas məqsədi turizmin bütün növləri üçün lazımi bilik və bacarığa malik insan kapitalını təmin etməkdir.
Turizm sektorunda iş yerlərinin ildən-ilə çoxalması və karyera imkanları gənclərin bu sahəyə marağının artmasına səbəb olur", - deyə F.Nağıyev əlavə edib.

Agentlik sədri deyib ki, Azərbaycana gələn turistlərin əksəriyyəti ölkənin tarixinə, mədəniyyətinə, irsinə, təbiətinə, mətbəxinə, qonaqpərvərliyinə heyran olur, eyni zamanda ölkədən yüksək məmnuniyyətlə ayrılır:

"Turizmin inkişafına təsir edən ən mühüm amillərdən biri də keyfiyyətli kadr potensialının olmasıdır. Turizm, istehlakçılara birbaşa xidmət göstərdiyi üçün insan resurslarının inkişafında maraqlıdır. Dövlət Turizm Agentliyinin tabeliyində 3 turizm təhsili müəssisəsi fəaliyyət göstərir: ali təhsil verən bir universitet, bir orta ixtisas təhsil müəssisəsi və bir turizm peşə məktəbi. Ümumiyyətlə, ölkəmizdə 17 ali təhsil müəssisəsində turizm ixtisası üzrə təhsil verilir. Əsas məqsədimiz Azərbaycanı turizm destinasiyası kimi tanıtmaq, turizm sahəsinin inkişafına nail olmaqdır", - deyə F.Nağıyev vurğulayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 440   Tarix: 22 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Amin əsir düşdüyü yerdə... - Video

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub. "Qafqazinfo" xəbər verir ki, ikinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:. "Yerimi dəyişəndə güllə yarası aldım

3 may
.

Toya hazırlaşanlar narazıdır, şadlıq saraylarında qiymətlər od tutub yanır: SƏBƏB NƏDİR? - AÇIQLAMA

Yaz və yay mövsümündə toy edənlərin sayı artır. Amma bir çox vətəndaş şadlıq saylarındakı qiymət artımından narazıdır. Xüsusi ilə paytaxt Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. Qiymətlərdə artımın olması nə ilə əlaqəlidir? . Məsələ ilə bağlı DAİR Otellər və Restoranlar Assosiasiyası İdar

3 may
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

3 may
.

Rütbəsindən asılı olmayaraq bütün polis və hərbçilərin maaşı 2 dəfə ARTIRILSIN - TƏKLİF

Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərin maaşları təkcə rütbəyə görə deyil, həm də staj, təzminat, sinif, vəzifə və sosial-ailə vəziyyəti kimi müxtəlif amillərdən asılı olaraq dəyişir. Hərbi xidmət müəyyən bir yaşdan sonra həqiqətən çətin vəzifədir. Verilən vəzifələr və döyüş tapşırıqlarını

3 may
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

3 may
.

Laçında püşkatmada vətəndaşa düşən ev başqasına verilib? - AÇIQLAMA

Laçında püşkatmada vətəndaşa düşən ev başqasına verilməsi ilə bağlı iddialar sosial şəbəkədə paylaşılıb. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. -ın sorğusunu cavablandıran Komitə rəsmisi İbrahim Mirzəyev bildirib ki, birinci mərhələ üzrə püşkatmada

3 may
.

"Survivor"da qalmaqal: "Evliliyini qorumaq üçün..." - VİDEO

"Survivor All star 2024" yarışmasında daha bir qalmaqal yaşanıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, iştirakçılardan biri Nagehan digər iştirakçı Yunus Emre haqqında sərt sözlər söyləyib. O bildirib ki, Yunus Emre yarışa gələndə onu başqa bir iştirakçı Aleynadan qorumasını istəyib:. "Yunu

3 may
.

Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? (VİDEO)

Yeni qaydaların qəbulundan sonra taksi xidməti göstərən sahibkarların qaz balonu ilə işləyən avtomobillərə üstünlük verdikləri deyilir. Səbəb kimi isə mavi yanacağın daha sərfəli olması göstərilir. Bəs belə nəqliyyat vasitələri taksi sürücülərinin özləri üçün də əlverişlidirmi?. Çünki, fikirlərini öyrəndiyimi

3 may
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

3 may