Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblər

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblərAzərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Qubadlı rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbi qulluqçuları birgə tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Mərasimdə general-mayor Azad Abdullayev, Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi, ədliyyə polkovniki Elmir Süleymanlı, Hərbi prokurorun böyük köməkçisi - Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Qubadlı rayon prokuroru, baş ədliyyə müşaviri Emil Kərimov, Qubadlı hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Mürsəlov və digər şəxslər çıxış ediblər. Onlar çıxışlarında müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddət ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış müstəsna uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşdırılmasından, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından, bu uğurların əldə olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışıblar.

Tədbirdə, həmçinin hərbi prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən DSX ilə səmərəli qarşılıqlı işgüzar münasibətlərindən bəhs edilib.

Bundan sonra, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin, ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunub, onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.

Sonda ağaclar əkilib.
Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblərHərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblərHərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblərHərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblərHərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblərHərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblərHərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblər


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 320   Tarix: 22 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Amin əsir düşdüyü yerdə... - Video

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub. "Qafqazinfo" xəbər verir ki, ikinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:. "Yerimi dəyişəndə güllə yarası aldım

3 may
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

3 may
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

3 may
.

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev aclıq aksiyasına başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə onunla mayın 2-də görüşdən sonra vəkil Fəxrəddin Mehdiyev "Amerikanın Səsi"nə bildirib. Qeyd edib ki, Hacıyev mayın 1-dən etibarən 13 saylı Cəzaçəkm

3 may
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

3 may
.

Gömrük idarəsində ƏMƏLİYYAT: Cinayət işi açıldı - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib. -in komitəyə istinadən verdiyi məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq strukturları tərəfindən Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməs

3 may
.

Kəlbəcərin 22%-i yaşıllıq olacaq - Baş Planın detalları

Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı" təsdiq edilib. xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş Planın detallarını açıqlayıb. Qeyd olunur ki, otuzillik erməni işğalı nəticəsində dağıdılan Kəlbəcər şəhərini

3 may
.

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürəcək. Qaynarinfo xəbər verir ki, Avropa Gimnastikasının təşəbbüsü ilə ilk dəfə baş tutacaq yarışa 34 ölkə təmsilçiləri qatılacaq. Milli Gimnastika Arenasında yeni formatda təşkil olunacaq turnir üç gün davam edəcək. Avropa Kubokunda mükafatçıla

3 may
.

Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər

Böyük qayıdışın növbəti ünvanı Laçın rayonunun Sus kəndi oldu. May ayının ikinci həftəsindən artıq Sus kəndi öz sakinlərinə qucaq açacaq. 59 fərdi yaşayış evi 20 ailəni qarşılamağa hazırdır. Məhz AzTV Xəbər komandası Laçın rayonunun Sus kəndindən eksklüziv kadrları təqdim edib. Keçiddə bu barədə dah

3 may