"Azərbaycan Rusiya arasında əməkdaşlıq və dostluq əlaqələrin möhkəmlənməsi regiona davamlı təhlükəsizlik gətirir" - DEPUTAT

"Azərbaycan Rusiya arasında əməkdaşlıq və dostluq əlaqələrin möhkəmlənməsi regiona davamlı təhlükəsizlik gətirir" - DEPUTAT"22 aprel 2024-cü ildə Prezident İlham Əliyevin Rusiyanın dəvəti ilə Moskvaya səfər etməsi ölkələrimiz arası münasibətlərin inkişafında yeni bir səhifə açacaqdır".

Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.

Deputat qeyd edib ki, dövlət başçımızın işgüzar səfəri çərçivəsində ölkələr arası münasibətlərin inkişafı və möhkəmləndirilməsi, o cümlədən regional təhlükəsizliklə bağlı müxtəlif mövzularda ikitərəfli müzakirələr aparmışdır:

" 22 fevral 2022-ci ildə dövlət rəhbərlərimizin imzaladığı müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında bəyannamə ölkələrimiz arasında ardıcıl münasibətləri müəyyən edir. Ölkələrimiz arası münasibətlər qarşılıqlı hörmət və dosluqa söykənmişdir. Bu münasibətlərimizin çox böyük tarixi var. Müstəqllik illərimizdə ölkələrimiz arası əməkdaşlığın inkişafı və genişləndirilməsi ilə bağlı 263 sənəd imzalanmışdır. Ölkələrimizin Parlamentləri sıx əməkdaşlıq edir və ölkələrimiz arası münasibətlərin hərtəfli inkişafına töhfə verir.

Bu gün isə əməkdaşlıq imkanlarımız müxtəlif sahələr üzrə günü-gündən dərinləşir. Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə əməkdaşlıq edir. Bu baxımdan ilk övbədə iqtisadi əlaqələrin inkişaf dinamikasına baxsaq görərik ki, bu, artan və davamlı xarakter almışdır. Belə ki, 2023-cü ildə ölkələrimiz arası ticarət dövrüyyəsi 17,5%artaraq 4 milyard dolları keçibdir. O cümlədən ölkəmiz üzərindən Şimal-Cənub nəqliyat marşurutu ilə aparılan daşımaların həcmi də 17% artmışdır. Bu gün Rusiyanın mindən çox şirkəti Azərbaycanda qeydiyyatdan keçmiş və 8 milyard dollardan çox sərmayə yatırmışdır. O cümlədən Rusiyanın 22 şirkəti Qarabağda yenidənqurma və bərpa işlərində iştirak etməsi ilə bağlı müraciət edibdir. Azərbaycan da öz növbəsində Rusiyanın iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə yatırıbdır. Ruisya Azərbaycanın qeyri neft ixracında həlledici rol oynayır".

Deputat söyləyib ki, ölkələrarası əlaqələr humanitar və mədəni sahəsində də inkişaf edir:

"Bu gün Azərbaycanda fəaliyyət göstərən 324 rusidilli məktəbdə 154 min şagird təhsil alır. O cümlədən 801 mindən çox şagird rus dilini ikinci xarici dil kimi öyrənir. 28 ali təhsil müəsisəsində rus dilli qruplarda tələbələr təhlsillərini davam etdirə bilirlər. Hər il 270 yaxın gəncimiz Azərbaycan vətəndaşlarına ayrılmış kvotaya əsasən Rusiyanın universitetlərində təhsil almaq imkanına malikdirlər.

Ölkələrarası mədəni əlaəqlər də günü-gündən dərinləşir. Belə ki, 2023-cü ildə Rusiyanın müxtəlif şəhərlərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyiinə həsr olunmuş təntənəli tədbirlər keçirilibdir. Rusiyada dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini əziz tururaraq yad edilir və böyük ehtiram göstərlir. Rusiyanın tanınmış elm və mədəni xadimlərinin xatirəsinə Azərbaycanda tədbirlər təşkil olunur, mütəmadi olaraq qarşılıqlı şəkildə ölkələrimizdə mədəniyyət günləri keçirilir".

Deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyev Moskvaya işgüzar səfəri çərçivəsində BAM-ın tikintisinin 50 illiyinə həsr olunmuş təntənəli tədbirdə də iştirak etmişdir:

"BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin xüsusi əməyi və rolunu rusiyalılar unutmurlar. 50 il əvvəl BAM 2 milyondan çox gəncin səfərbər olunaraq ərsəyə gətirilmiş ümmumittifaq əhəmiyyətli layihə idi. Yolsuz Sibir meşələrindən dəmir yolu çəkmək ən çətin və mürəkkəb bir iş hesab olunurdu. Layihənin icrasının çətinliyini görən sovet rəhbərliyi bu sahəni Heydər Əliyevə tapşırılır. Onlar bilirdilər ki, ancaq Heydər Əliyevin təcrübəsi, rəhbərlik etmək bacarığı və qətiyyəti BAM-ı ərsəyə gətirə bilərdi. Təbii ki, belə də oldu. Heydər Əliyev BAM-ın tikintisinə bütün gücünü səfərbər edir və on günlərlə müəyyən çətinliklərlə üzləşərək tikinti sahələrinə gedir və kollektivlərlə görüşərək tapşırıqlarını veriridi. Məhz o vaxtı yolun tikintisində işləyənlərin Heydər Əliyevdən bir rəhbər kimi diqqət və məhəbbətin görməsi sayəsində daha da həvəslənmiş və BAM-ı vaxtından əvvəl yekunlaşdıra bilmişdilər. Bu gün BAM-ın tikintisində iştirak edənlər Heydər Əliyevin xatirəsini unutmurlar və yad edirlər. O cümlədən Anqoya qəsəbəsindəki dəmir yol vağzalına Heydər Əliyevin adını verilibdir.

Bu gün Azərbaycanın iştirakı ilə ərsəyə gələn Şimal-Cənub nəqliyyat dəhlizi Şimal dənizini Hind okeanı ilə birləşdirilməsinə imkan verəcəkdir. Bu beynəlxalq nəqliyyat dəhlizinin əmələ gəlməzi fars körfəzindən Şimal dənizinə qədər daşımaları təmin edəcək böyük bir marşurutu formalaşdırmaqla ölkələrimizin beynəlxalq daşımalarda iştirakını genişləndirməklə böyük bir regionda geosiyasi əhəmiyyətimizi artıracaqdır. Azərbaycan Rusiya arasında əməkdaşlıq və dostluq əlaqələrin möhkəmlənməsi həm də regiona davamlı təhlükəsizlik gətirir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 265   Tarix: 23 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021