Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?

Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?Yaratdığı məişət qalmaqallarına görə, cəmiyyətdə müntəzəm olaraq tənqid hədəfinə çevrilən bəzi sosial yönümlü verilişlərin mövsüm sonunda, yəmni iyun ayının axırında birdəfəlik efirdən yığışdırılacağına dair iddialar yayılıb.

Sosial şəbəkələrdə yayılmış məlumata görə, ATV-də Zaur Bəxşəliyevin "Bizimləsən", ARB-də Xoşqədəm Hidayətqızının "Səni axtarıram", Elgiz Əkbərin "Elgizlə izlə", Xəzər TV-də Lalə Azərtaşın "Təsir dairəsi", Zaur Kamalın "Həmin Zaur" verilişlərinin bağlanması ilə bağlı artıq yekun qərar verilib və sentyabr ayından efirdə daha səviyyəli verilişlərin yayımlanması gözlənilir.

Lent.az bu məlumatın nə dərəcədə doğru olub –olmadığını öyrənməyə çalışdı.

ARB-dən sorğumuza cavab olaraq bildirildi ki, efir toru barədə öncədən məlumat verməyi etik hesab eləmirlər:
"Hansı verilişlərin efirə gedəcəyi hələ bilinmir. Çünki 2025-ci ilin efir şəbəkəsi üzümüzə gələn iyun ayında müzakirə olunacaq. Hansı verilişlərin təqdim olunacağı barədə öncədən məlumat vermək olmur".

Xəzər TV-dən Lalə Azərtaşın "Təsir dairəsi" verilişinin yığışdırılması barədə məlumat təsdiqlənsə də, "Həmin Zaur" verilişİnin taleyi barədə məlumat verilmədi.

ATV kanalından isə ümumiyyətlə, bu barədə heç bir məlumat verə bilməyəcəklərini bildirdilər.

"Bəzi verilişlərin efir müddəti azaldılıb, amma onlara qadağa qoyulmayıb" deyə qeyd edildi.

Qeyd edək ki, bu iddiaların səslənməsinin səbəbi özəl telekanalların rəhbərlərinin bir müddət əvvəl Prezident Administrasiyasına çağırılaraq, sosial yönümlü proqramların məzmunu ilə bağlı ciddi xəbərdarlıq almalarıdır.
Görünən odur ki, özəl telekanallar hələlik "qızıl yumurtlayan toyuqlarını", yəni cəmiyyətini mənəviyyatını korroziyaya uğratsa belə, böyük pullar qazandıran proqramlarını kəsmək fikrində deyillər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 845   Tarix: 24 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda çirkab suları evlərə dolur - VİDEO

Sumqayıtın "Yaşıl dərə" yaşayış massivinin sakinləri ərazidəki bir neçə problemdən şikayətçidirlər. Onlar bildiriblər ki, burada tullantılar üçün zibil qutuları yoxdur. Həmçinin ərazidə kanalizasiya sistemi də düzgün işləmədiyindən çirkab suları natəmiz vəziyyət yaradır. Sözügedən probleml

3 may
.

Azərbaycanın profilaktik peyvəndlər təqviminə əlavə edilən yeni vaksin məcburidir? - YENİLƏNİB + VİDEO

Bəzi valideynlər hətta məcburi olan peyvəndlərin övladlarına vurulmasından imtina edirlər. Nəzərə alsaq ki, profilaktik peyvəndlər təqvimi yenilənib və Heksavaksin bu sıraya əlavə olunub. Bu peyvəndin uşaqları hansı infeksiyalardan qoruduğunu bilmək çox önəmlidir, çünki beynəlxalq təcrübədə, peyvəndlənməni

3 may
.

Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO

Mənim tələbələrimin hamısı yuxarıdan tapşırılır. xəbər verir ki, bu sözləri Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində deyib:. "Deyirlər ki, bir uşaq var, sənin sinifinə keçmək istəyir. Bu, təbii haldır. Sinifdə yer olanda köməklik edirəm. Amma üzərində işləməyən və istedad

3 may
.

İtkin düşən 73 nəfərdən biri: Şahlar Ağayevin yaxınları danışdılar - VİDEO

Şahlar Hüseynağa oğlu Ağayev Birinci Qarabağ müharibəsində itkin düşənlərdən taleyi müəyyənləşmiş 73 nəfərdən biridir. Bacısı Rəhilə Cəfərova bildirib ki, 32 ildə onun yeri hər zaman görünüb:. "Valideynlərimin ruhu şaddır ki, qardaşımın məzarı tapılıb, bu gün biz onu ziyarət edə bilərik". Qey

3 may
.

İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi - VİDEO

İşğal vaxtı ermənilərin daha bir azərbaycanlının başına gətirdiyi işgəncəli acı taleyi məlum olub. Belə ki, 1993-cü ildə Xankəndidə doğulan sonuncu azərbaycanlı körpəyə qarşı erməni tibb bacısı inanılmaz qəddarlıq edib. Hacıyevlər ailəsi əslən Kəlbəcərdəndir. Ailənin gəlini Gülcamal Quliyeva Kəlbəcəri

6 may
.

İlham Əliyevin ölkə liderlərinə ünvanladığı məktublar BMT-dəki daimi nümayəndələrə çatdırılıb - FOTO

Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkə liderlərinə ünvanladığı COP29-a dəvət məktubları dünya təşkilatındakı həmkarlarına çatdırıb. Bu barədə Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyinin mətbuat xidməti bildirib. "COP29-

4 may
.

Tarixi abidənin üzərində qanunsuz tikinti apardılar: Qurum məsələyə qarışdı - VİDEO

Qazaxda tarixi abidənin üzərində restoran tikilir. Rayonun Xanlıqlar kəndindəki 6-7-ci əsrlərə aid ölkə əhəmiyyətli Didivan qülləsinin ərazisindəki tikinti işi sakinlərin narazılığına səbəb olub. Məlum olub ki, tikili yaxınlıqda fəaliyyət göstərən başqa bir restoranın sahibinə məxsusdur. Sahibkar əllərind

3 may
.

Bakıda birotaqlı mənzillərə tələbat artıb - VİDEO

Bakının əmlak bazarında birotaqlı mənzillərə tələbat artıb. -ın məlumatına görə, köhnə və yeni tikililərdəki birotaqlı mənzillərin qiymətində artım müşahidə olunur. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda paytaxt ərazisində otaq sayı çox olan mənzillər üçün qiymətlər əlçata

6 may
.

Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!

"Qrin kart" lotereyasının qalibləri sabah (4 may) elan ediləcək. Diqqət çəkən məqam bu lotereyanı qazanmaq üçün "Greencard Azerbaijan" şirkəti vasitəsilə qeydiyyatdan keçənlərin problem yaşamasıdır. Həmin şəxslər sözügedən şirkətlə əlaqə saxlaya bilmədiklərini deyirlər. Belə ki, "Greencar

3 may