Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO

Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO"Nə qardaşımın, nə də atamın məzarını tapa bildik. Ermənilər Qarağacı qəbiristanlığını bütünlüklə dağıdıblar. Böyük ümidlərlə getmişdik, ancaq əliboş qayıtdıq".

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Qarabağda verdiyi ilk iki şəhiddən biri olan Bəxtiyar Quliyevin bacısı Nailə Quliyeva deyib. O bildirib ki, Ağdam işğaldan azad olunandan sonra qardaşının dəfn olunduğu qəbiristanlığa gediblər və gördüklərinə inanmayıblar.

"Anam son nəfəsinə qədər qardaşımın məzarını ziyarət etməyi arzulayırdı. Onun vəsiyyətini yerinə yetirmək üçün portalda qeydiyyatdan keçib Şıxbaba kəndinə getdik. Ancaq gördüklərimiz bütün xəyallarımı yerlə bir etdi. Qarağacı məzarlığında bir qəbir salamat qalmamışdı. Atamı da orada dəfn etmişdik. Nə onun, nə də qardaşımın qəbrini tapa bildik. Böyük üzüntü ilə geri qayıtdıq".

Bacısının sözlərinə görə, gələcəkdə Qarağacı qəbiristanlığında qardaşına yenidən məzar abidəsi qoyacaqlar:

"Onun adına bir abidənin olmasını istəyirik. Çünki anam illərlə o məzara həsrət yaşadı, o həsrətlə bu dünyadan köçdü. Hətta Ağdam torpağından gətirib onun qəbrinin üzərinə tökdük".

N.Quliyeva bildirir ki, köç başlayan zaman qardaşı və bacısı ilə birlikdə Ağdama gedəcəklər.

Qeyd edək ki, 1988-ci ildə Sovet İttifaqının rəhbərləri tərəfindən himayə olunan Ermənistan Azərbaycana qarşı torpaq iddiasına başladı. Bu iddia bir ssenari ilə həyata keçirilirdi.

1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edildi. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olundu. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər.

Belə bir məqamda Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olur, SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb edirdi. Fevralın 21-də minlərlə azərbaycanlı ermənilərin əsassız iddialarına etiraz etmək üçün Ağdamın mərkəzində toplaşdı. Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar Əsgərana doğru hərəkət etdilər. Yürüş edənlərin məqsədi dava salmaq yox, yaranan anlaşılmazlığa son qoymaq idi.

Əli ilə Bəxtiyar da mitinqçilər sırasında idilər və haqsızlığa qarşı var səsləri ilə hayqırırdılar. Azğın düşmən tərəfindən mitinqçilərə doğru açılan qəfil atəşlə Əli və Bəxtiyar şəhid edildilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 733   Tarix: 24 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi

Azərbaycan Silahlı Qüvvələrinin Dığ kəndi ərazisində irəliləməsindən sonra başlanmış cinayət işi bağlanıb. Qaynarinfo -a istinadən xəbər verir ki, bunu Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə bildirib. "Proses aparılıb, təfərrüatlı yoxlama keçirilib və cinayət əlamətləri aşkarlanmayıb"

4 may
.

3 uşağı olan analar 51 yaşında PENSİYAYA ÇIXSIN - TƏKLİF

Bidiyimiz kimi, vaxtilə Azərbaycanda 3 uşağı olanlar analar vaxtından əvvəl - 51 yaşında pensiyaya çıxırdı . Bu məsələ zaman-zaman sosioloqlar tərəfindən də dəstəklənir. Eyni zamanda Milli Məclisdə 3 uşağı olan anaların vaxtından əvvəl pensiyaya çıxması ilə bağlı müzakirələr gedir. Bəs Azərbaycanda

3 may
.

Tavuşda aksiyalar DAVAM EDİR: Erməni terrorçuları Qarabağda təxribat törədə bilər? - ŞƏRH

Ermənistanın Tavuş vilayətinin aksiyalara qoşulan hərbi qulluqçular və sakinlər saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar. Tavuş bölgəsində etirazçılar Azərbaycan sərhədindən təqribən 10 kilometr aralıda nəqliyyat vasitələrini yol kənarında saxlayaraq, dolama dağ aşırımı boyunca çadırlar qurub

2 may
.

Azərbaycanın profilaktik peyvəndlər təqviminə əlavə edilən yeni vaksin məcburidir? - YENİLƏNİB + VİDEO

Bəzi valideynlər hətta məcburi olan peyvəndlərin övladlarına vurulmasından imtina edirlər. Nəzərə alsaq ki, profilaktik peyvəndlər təqvimi yenilənib və Heksavaksin bu sıraya əlavə olunub. Bu peyvəndin uşaqları hansı infeksiyalardan qoruduğunu bilmək çox önəmlidir, çünki beynəlxalq təcrübədə, peyvəndlənməni

3 may
.

Bakıda azyaşlı ölümdən son anda xilas oldu - ANBAAN VİDEO

Bakıda azyaşlı özünü maşının altına atıb. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb. Bildirilib ki, sözügedən hadisə metronun "İnşaatçılar" stansiyası yaxınlığında baş verib. Belə ki, yolu keçmək istəyən azyaşlı son anda xilas olub. Həmin görüntüləri təqdim edirik:

3 may
.

Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO

Gecə saatlarında Bakıda Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. Belə ki, yüksək sürətlə manevr etməyə çalışan sürücü idarəetməni itirərək qarşıda gedən avtomobilə çırpılıb. Hadisə həmin avtomobildəki sərnişi

4 may
.

"Elə bilirlər, o kafelər mənimdir" - İqbal Ağazadə ilə QEYRİ-RƏSMİ SÖHBƏT

–ın "Rəsmilərlə qeyri-rəsmi söhbət" rubrikasında qonağımız Ümid partiyasının sədri, 3 çağırış Milli Məclisin deputatı olmuş İqbal Ağazadədir. - İqbal bəy, xeyli çəki atmış görünürsünüz. Formada neçə qalırsınız?. - İdman edirəm. Hər gün mütləq 100 addım atıram, fiziki aktivlik mütləqdir. Hə

3 may
.

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu il 20 fevralda Moskva aeroportunda həbs edilən azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı haqqında danışıb. -a istinadən xəbər verir ki, Vardapetyan bu gün parlament çıxışında "azərbaycanlı blogerin saxlanılması"na toxunub. "Rusiyadakı işlərdə

4 may
.

Tarixi abidənin üzərində qanunsuz tikinti apardılar: Qurum məsələyə qarışdı - VİDEO

Qazaxda tarixi abidənin üzərində restoran tikilir. Rayonun Xanlıqlar kəndindəki 6-7-ci əsrlərə aid ölkə əhəmiyyətli Didivan qülləsinin ərazisindəki tikinti işi sakinlərin narazılığına səbəb olub. Məlum olub ki, tikili yaxınlıqda fəaliyyət göstərən başqa bir restoranın sahibinə məxsusdur. Sahibkar əllərind

3 may