İctimai TV "Kristal Abşeron"- un əyilən binasını müzakirəyə çıxardı - Vəziyyət gərginləşir...

İctimai TV "Kristal Abşeron"- un əyilən binasını müzakirəyə çıxardı - Vəziyyət gərginləşir...Xəbər verdiyimiz kimi, "Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən bina əyilib.

Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydalarına riayət olunmur. Lakin məsələ ictimailəşdikdən sonra binanın həyətində, azyaşlıların mütəmadi oynadığı ərazidə qazılan quyunun ətrafına təhlükəsizlik lenti çəkilib.

Eyni zamanda, hadisə yerindən "İctimai" TV-nin hazırladığı reportajda binada əyilmənin aidiyyatı qurumların nümayəndələri tərəfindən adi hal kimi təqdim edilməsi də diqqət çəkir. Belə ki, Lökbatan Mənzil İstismar Sahəsinin rəis müavini Xaqani Həsənov bildirib ki, yaşayış massivində 26-cı binada iki blok arasında "bir balaca" fərq yarandığı üçün bərkitmə işləri aparılır: "Bunun qarşısını almaq məqsədilə, gələcəkdə problemlər yaranmasın deyə maili müstəvi şəklində bərkitmə işləri aparılır".

Onu da xatırladaq ki, bundan əvvəl eyni problem "Qobu Park-1" və "Qobu Park-2" yaşayış massivində də yaşanıb. "Qobu Park-3"-ün tikintisində isə problem daha əvvəldən mövcud idi. Diqqətli oxucular xatırlayar ki, həmin yaşayış kompleksində binaların üstü tam tollanmamış açılışı edilmişdi və ölkə başçısı da həmin açılışa dəvət edilmişdiSonxeber.az

Yenicag.az-a açıqlamasında yeni tikilən yaşayış binalarının təhlükəsizlik baxımından nə qədər dözümlü olduğu ilə bağlı fikirlərini səsləndirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc deyib ki, hesablamalar dəqiq aparılmalı, materiallar keyfiyyətli olmalıdır ki, sürüşmə-əyilmə, vaxtından öncə aşınma kimi təhlükəli vəziyyət yaranmasın.

Onun sözlərinə görə, əgər lazımi qurumlar və strukturlar öz vəzifəsini qanunauyğun şəkildə icra edərsə, mənfi hallarla qarşılaşma ehtimalı ən aza endirilə bilər.

"Ölkəmizin seysmik zonada yerləşdiyini nəzərə alsaq, yaşayış binalarında yaşana biləcək hər hansı təhlükə yüzlərlə, bəlkə də minlərlə insanın həyatı bahasına başa gələ bilər. Yaxın müddət ərzində seysmikliyin artacağına dair proqnozlar mövcuddur. Belə olduğu təqdirdə, çoxmərtəbəli binaların dözümlülüyünə diqqət daha çox artırılmalıdır. Həmçinin indiyə qədər müəyyən səhvlər varsa, mütləq aradan qaldırılmalıdır", – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, sözügedən məsələlərin araşdırılması və qarşısının alınması üçün bir neçə dəfə komissiyanın yaradılması barədə təkliflər irəli sürülüb:

"Aidiyyatı qurumlarla yanaşı ictimaiyyət nümayəndələrindən təşkil olunacağı bu komissiya mənfi tendensiyaların qarşısını ala bilər. Tikinti üzrə qurumlar heç bir halda qayda pozuntusuna göz yummamalıdır. Yerindəcə həmin tikintiyə rəhbərlik edən şəxs cəzalandırılmalıdır".

O, barəsində danışılan problemlərin bir çox zaman tikinti materiallarının keyfiyyətsizliyi, eyni zamanda, mühəndis-layihə işlərinin lazımi tələbləri qarşılamadığı hallarda baş verdiyini vurğulayıb:

"Hesablamalar dəqiq aparılmalı, materiallar keyfiyyətli olmalıdır ki, sürüşmə-əyilmə, vaxtından öncə aşınma kimi təhlükəli vəziyyət yaranmasın. Ən azından qardaş Türkiyənin yaşadığı acı praktika bizlər üçün nümunə olmalıdır. Lazımi tədbirlər görülməzsə, çox təəssüf ki, həmin taleyi biz də gözləyirik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2230   Tarix: 24 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

3 may
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

4 may
.

SON DƏQİQƏ! Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: mayın 5-6-da...

Hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1(R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər aktiv oblastların sürətlə sahələrini və vəziyyətini dəyişməsi müşahidə olunub. Baş verən tac kütlə atılmaları kiçik sürətə malik olduğundan mayın 9-da Yer yaxınlığında

4 may
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

5 may
.

Bu tarixdə mobil telefonla danışmayın - Əhaliyə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. xəbər verir ki, nazirlik əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqət

4 may
.

Jukov: "Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək"

Asiya İnkişaf Bankı (ADB) ümid edir ki, Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh sazişi əldə olunacaq, çünki bu, regiona kifayət qədər əhəmiyyətli olan iqtisadi dəhlizlər açmağa kömək edəcək. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Asiya İnkişa

4 may
.

Xankəndidə bir həftəyə bu qədər silah-sursat tapılıb

Xankəndidə müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 aprel-3 may tarixlərində polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisində külli miqdarda silah aşkar edilib. Belə ki

4 may
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

3 may
.

ƏHALİNİN NƏZƏRİNƏ! Sabah saat 09:00-dan 14:00-dək...

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra

4 may