Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli ərazilərin delimitasiya prosesindən müvəqqəti olaraq yan keçilməsinin mümkün olduğunu deyib. Bəs həmin ərazilərin delimitasiya prosesi təxirə salına bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turab RZayev deyib ki, Köçəryan bu açıqlaması ilə əslində ciddi və tam olaraq dəqiq bir informasiya verməməyə çalışır:

"Ermənistanda hazırda sərhədlərin delimitasiyası Qazaxın 4 kəndinin qaytarılması məsələsi müxalifət tərəfindən geniş istifadə olunur. Həm Ermənistan müxalifəti, həm də erməni mətbuatı bunu Paşinyana qarşı təzyiq kimi istifadə edir. Onu xəyanətdə ittiham edirlər və xalqı hakimiyyətə qarşı mübarizə aparmağa çağırırlar. Bu baxımdan onlar tam şəkildə məlumat verməməyə çalışırlar. Burada mübahisəli məsələlər üzərindən Köçəryanın sakit şəkildə keçməyi əslində bununla bağlıdır. Açıq şəkildə deyir ki, tərəflər özünəməxsus əraziyə nəzarət edəcəklər. Demək istəyir ki, Ermənistan əraziləri Azərbaycana verilməyəcək".

Politolqun sözlərinə görə, digər tərəfdən mübahisəli ərazilərin delimitasiyanın müvəqqəti olaraq təxirə salınmasından danışır:

"Yəni faktiki olaraq, hansı ərazilərdə mübahisə varsa onu gələcəkdə delimitasiya edə bilərik. Bu tip açıqlamalar ilə Ermənistanı sakitləşdirməyə çalışırlar. Yəni biz hal-hazırda mübahisəli ərazilərdə güzəşt etməyəcəyik. Düşünürəm ki, bu daha çox Azərbaycana deyil, Ermənistanın daxilinə hesablanmış bir çıxışdır. Ona görə də bunun Azərbaycan və Ermənistan münasibətlərinə təsir edəcəyini düşünmürəm. Hansı xəritələr ilə sərhədlərin müəyyənləşdirilməsi məsələsini onlar gələcəyə buraxıb. Yəni uzun sözün qısası bu məsələni gələcəkdə mütəxəsislər özü delimitasiya prosesində həll edəcəklər. İndi Ermənistan ictimai bununla bağlı dəqiq informasiya vermir".

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 918   Tarix: 24 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

3 may
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

3 may
.

Şəhid anası: "Soruşdum ki, balamın bütün əzaları yerindədir?" - VİDEO

Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Abbas Əliyev haqqında reportaj efirə gedib. Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhi

5 may
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

4 may
.

COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

4 may
.

Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi "Instagram" hesabında Pasxa bayramı ilə bağlı paylaşım edib. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bi

5 may
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

4 may
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

4 may
.

DYP-dən bu sürücülərə çağırış - Video

Baş DYP İdarəsi atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Müasir dövrdə ekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi aktual olaraq qalır. Atmosferin çirklənməsində, şübhəsiz ki, nəqliyyat vasitələrinin sayını

4 may