Paşinyan-kilsə qarşıdurmasında kim qalib gələcək? (ŞƏRH)

Paşinyan-kilsə qarşıdurmasında kim qalib gələcək? (ŞƏRH)"Paşinyan rəqiblərinə dirəniş göstərə biləcək. Ermənistanda kilsənin proseslərə həlledici təsiri mövcud deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Ermənistanda durmadan artmaqda olan Paşinyan-kilsə qarşıdurmasını şərh edərkən deyib.

Ekspert bildirib ki, Paşinyan Ermənistanda legitim hakimiyyətə malik olsa da, erməni diasporu və erməni kilsəsi reallıqlarla barışmaq istəmir:

"Çünki onlar zaman-zaman böyük Ermənistan xülyası ilə yaşayıblar. Paşinyan isə yeni reallıqları qəbul edərək Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdır. Ona görə də revanşistlər və kilsə onu qəbul etmir".

Lakin ekspertin fikrincə, bu qüvvələr arxasında elektoral baza demək olar ki, yoxdur:

"Paşinyan bilir ki, Türkiyə və Azərbaycanın təklif etdiyi əməkdaşlıq yolunu seçməsə Ermənistan daha böyük labirintə düşə bilər. Paşinyan kilsə tərəfindən böyük dirənişlə qarşılaşacağını da bilir. Lakin Paşinyanın iradəsi möhkəm olarsa, erməni kilsəsi, revanşist qüvvələr, lobbi və diasporanın nə qədər çabalamasına rəğmən bu il normallaşma prosesinin əldə edilməsi mümkün ola bilər.

Ermənistan ictimaiyyəti Paşinyanı dəstəkləyir, əksəriyyəti sülh və əməkdaşlıqda maraqlıdır. Ona görə də ermənilər əksəriyyətlə Paşinyanın timsalında pisin ən yaxşısına dəstək verir. Bu baxımdan, son dövrlər erməni kilsəsi daxilində də haçalanma var. Onlar əvvəlki tək mobil deyil. Geç-tez onlar da Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməli olacaqlar. Düzdür, revanşistlər Paşinyana qarşı sui-qəsd təşkil edə bilər. Amma onun qorunmasını təmin edə dövlətlər də var".

Qeyd edək ki, Paşinyanın Azərbaycanla sülhün əldə edilməsi istiqamətində atdığı və atmaq istədiyi addımlar son zamanlar revanşistlər və erməni kilsəsinin kəskin narazılığı ilə qarşılanır. Paşinyanın bu istiqamətdəki fəaliyyəti kilsəni də narahat edir. Bunun nəticəsidir ki, Paşinyanla kilsə arasında gərginlik günü-gündən artır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 268   Tarix: 25 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə necə təsir edir?

ABŞ alimləri tərəfindən aparılan bir araşdırmada, xəstələrin sağ qalması və remissiyasına həkimin cinsinin danılmaz təsiri olub. Nəticələrə görə, qadın həkimləri olan xəstələrdə sağ qalma və remissiya nisbətləri kişi həkimlərin müalicə etdiyi xəstələrə nisbətən daha yüksək olub. xarici KİV-ə istinadə

2 may
.

Toy karvanında "AVTOŞLUQ" edənlər həbs olundu

Ağdamda toy karvanında avtoxuliqanlıq edən 5 sürücü inzibati məsuliyyətə cəlb edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan -a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində toy karvanında avtoxuliqanlı

3 may
.

Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO

Gecə saatlarında Bakıda Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. Belə ki, yüksək sürətlə manevr etməyə çalışan sürücü idarəetməni itirərək qarşıda gedən avtomobilə çırpılıb. Hadisə həmin avtomobildəki sərnişi

4 may
.

Bakının bir yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa olunaraq, əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib

4 may
.

Azərbaycanlıların maşınların əllərindən alındı, özləri həbs olundu - VİDEO

Rusiyanın paytaxtı Moskvada bir qrup azərbaycanlı avtomobillərini yolun ortasında saxlayaraq rəqs ediblər. Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Moskvanın Malaya Bronnaya yolunda qeydə alınıb. Məlumata görə, 8 azərbaycanlı gənc maşınların qapılarını açıb, yüksək səslə şərq musiqisini açıb rəqs etməy

2 may
.

Bakıda azyaşlı ölümdən son anda xilas oldu - ANBAAN VİDEO

Bakıda azyaşlı özünü maşının altına atıb. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb. Bildirilib ki, sözügedən hadisə metronun "İnşaatçılar" stansiyası yaxınlığında baş verib. Belə ki, yolu keçmək istəyən azyaşlı son anda xilas olub. Həmin görüntüləri təqdim edirik:

3 may
.

Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO/VİDEO

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində işğaldan azad olunmuş ərazilərə səfər edən dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar. AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Xankəndi şəhərinin mərkəzi meydanına gəlib. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəs

3 may
.

Bayquşunu banka girov qoymaq istədi, əlindən aldılar

Cənubi Afrikanın Xautenq əyalətində bank hesabı açmaq istəyən şəxs bayquşunu girov kimi istifadə etmək istəyib. xəbər verir ki, "Times Live" saytının məlumatına görə, Vestonaria rayonundakı bank filialında hesab açmaq istəyən şəxsin bu tələbi işçiləri təəccübləndirib. Onlar müştərinin tələbin

2 may
.

Deputat "duty free"dən ətir oğurlayıb?

İtaliya parlamentinin üzvü Piero Fassino "duty free"dən ətir oğurlamaqda şübhəli bilinir. ölkə mətbuatına istinadən xəbər verir ki, hadisə Romanın "Fiumicino" hava limanında baş verib. Deputat aprelin 15-də 100 avroluq ətri oğurlayarkən müşahidə kameralarına düşüb. Ancaq o, bunu anlaşılmazlı

2 may