Bakı-Quba yolunda "Shacman"ın körpüyə çırpılması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

Bakı-Quba yolunda "Shacman"ın körpüyə çırpılması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO"Bakı-Quba yolunda baş verən qəzada xəsarət alan yoxdur".

Bununla bağlı, Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məlumat verib.

Məlumatda qeyd olunur ki, hadisə Bakı-Quba yolunun 46-cı kilometrdə qeydə alınıb:

"Sürücü Həsən Muxtar oğlu Həziyevin idarə etdiyi 10-ZF-699 dövlət nömrə nişanlı "Shachman" markalı nəqliyyat vasitəsi körpüyə çırpılıb və üst hissəsi (kabinə) yerindən çıxıb. Hadisə yük maşınında yaranan nasazlıq səbəbindən baş verib. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən bu istiqamətdə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilməsinə baxmayaraq, bəzi sürücülərin hələ də nəqliyyat vasitələrini nasaz vəziyyətdə idarə etməsinin və nəticədə bu cür arzuolunmaz hadisələrin baş verməsinin şahidi oluruq.

Bir daha bildirmək istəyirik ki, yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər yükdaşıma qaydalarına əsasən apardıqları yükün xüsusi şəkildə qablaşdırılmasına xüsusi diqqət göstərməli və nəqliyyat vasitələrini tam saz formada idarə etməlidirlər ki, sonda bu cür hadisələr baş verməsin".

09:00
Bakı-Quba yolunun Yaşma qəsəbəsindən keçən hissəsində "Shacman" markalı yük maşını qəza törədib.

Oxu.Az xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayımlanıb.

Qəza zamanı yük maşını körpüyə çırpılıb. Hadisəyə səbəb kimi sürücünün maşını yük yeri yuxarı vəziyyətdə idarə etməsi göstərilir.

Qəza nəticəsində körpüyə və yük avtomobilinə ciddi ziyan dəyib.
Videonu təqdim edirik:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 499   Tarix: 25 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Deputat "duty free"dən ətir oğurlayıb?

İtaliya parlamentinin üzvü Piero Fassino "duty free"dən ətir oğurlamaqda şübhəli bilinir. ölkə mətbuatına istinadən xəbər verir ki, hadisə Romanın "Fiumicino" hava limanında baş verib. Deputat aprelin 15-də 100 avroluq ətri oğurlayarkən müşahidə kameralarına düşüb. Ancaq o, bunu anlaşılmazlı

2 may
.

Sərhədimizdəki etirazçılar geri çəkildi – Yol açıldı

Ermənistanda Kirants kəndinə gedən yol açılıb. xəbər verir ki, bu barədə Azadlıq Radiosunun erməni xidməti – "Azatutyun" məlumat yayıb. "Hazırda kəndə hər tərəfdən maneəsiz giriş-çıxış təmin olunub. Çoxlu sayda avtomobil, o cümlədən polis və Müdafiə Nazirliyinin qüvvələri kəndi tərk edib"

4 may
.

Azərbaycanın profilaktik peyvəndlər təqviminə əlavə edilən yeni vaksin məcburidir? - YENİLƏNİB + VİDEO

Bəzi valideynlər hətta məcburi olan peyvəndlərin övladlarına vurulmasından imtina edirlər. Nəzərə alsaq ki, profilaktik peyvəndlər təqvimi yenilənib və Heksavaksin bu sıraya əlavə olunub. Bu peyvəndin uşaqları hansı infeksiyalardan qoruduğunu bilmək çox önəmlidir, çünki beynəlxalq təcrübədə, peyvəndlənməni

3 may
.

Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi

Azərbaycan Silahlı Qüvvələrinin Dığ kəndi ərazisində irəliləməsindən sonra başlanmış cinayət işi bağlanıb. Qaynarinfo -a istinadən xəbər verir ki, bunu Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə bildirib. "Proses aparılıb, təfərrüatlı yoxlama keçirilib və cinayət əlamətləri aşkarlanmayıb"

4 may
.

Qarabağdan çıxıb, Zəngəzura girdilər… – "Yerləri dəqiq bilinmir"

Ötən ay Qarabağı tərk edən Rusiya sülhməramlıları Ermənistana yerləşdirildi. Rəsmi İrəvan sülhməramlı karvanının Ermənistanın Sünik (Zəngəzur – red.) rayonunun Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollandığını açıqladı. Ermənistan rəsmiləri sülhməramlıların ölkəni tərk edəcəyini bildirsələ

3 may
.

3 uşağı olan analar 51 yaşında PENSİYAYA ÇIXSIN - TƏKLİF

Bidiyimiz kimi, vaxtilə Azərbaycanda 3 uşağı olanlar analar vaxtından əvvəl - 51 yaşında pensiyaya çıxırdı . Bu məsələ zaman-zaman sosioloqlar tərəfindən də dəstəklənir. Eyni zamanda Milli Məclisdə 3 uşağı olan anaların vaxtından əvvəl pensiyaya çıxması ilə bağlı müzakirələr gedir. Bəs Azərbaycanda

3 may
.

İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər

Aprel ayında Hörmüz boğazında saxlanılan "MCS Aries" gəmisinin ekipajı sərbəst buraxılıb. xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Hüseyn Əmir Abdullahian Estoniyadan olan həmkarı Marqus Tsahkna ilə söhbətində bildirib. "Saxlanılan gəmi məhkəmə tərəfində

3 may
.

Qadınlara yeni üsulla hicab xəbərdarlığı etməyə başladılar - VİDEO

İranın Gilan əyalətinin Masal şəhərində repressiv təhlükəsizlik qüvvələrinin hicab qaydalarına riayət etməyən qadınlara yeni üsulla xəbərdarlıq etmələrinin görüntüləri yayılıb. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. Sosial şəbəkələrdə paylaşılan videoda hökumət qüvvələrini

2 may
.

Ata 6 yaşlı oğlunu qaçmağa məcbur edərək ÖLÜMÜNƏ SƏBƏB OLDU - VİDEO

ABŞ-ın Nyu Cersi ştatında 6 yaşlı uşağın ölümü ilə bağlı dəhşətli görüntülər ortaya çıxıb. xarici mənbəyə istinadən xəbər verir ki, atası ilə Nyu-Cersidə idman zalına gedən 6 yaşlı uşağın bədənində müxtəlif dərəcəli bədən qançırları və göuyərmələr müşahidə edilib. Sosial işçilər uşağın həkimə aparılmasın

3 may