40 gün ərzində təkcə portağal yedi – "Özümü heç vaxt belə hiss etməmişdim"

40 gün ərzində təkcə portağal yedi – "Özümü heç vaxt belə hiss etməmişdim"Avstraliyanın Kvinslend şəhərindən olan Enn Osbourn 40 gün ərzində yalnız portağal yeyib və portağal şirəsi içib.

Medicina.az xəbər verir ki, Enn Osbourn "Instagram"dakı səhifəsində yalnız meyvə əsaslı pəhrizlərini paylaşır.
Bu yaxınlarda 40 gün portağal yeyəcəyini açıqlayan Osbourn bir çox insanın diqqətini çəkib və sosial şəbəkədə onun bu "macərası" maraqla izlənilib.

40 gün ərzində hər gün təqribən 1-1,5 litr portağal şirəsi içən və bu meyvədən başqa heç nə yeyib-içməyən Osbourn müddətin sonunda özünü necə hiss etdiyini açıqlayıb. O, çox yaxşı olduğunu və daha əvvəl heç bu qədər enerjili və sağlam hiss etmədiyini bildirib. O, 40 günlük portağal detoksunu hər kəsə tövsiyə edib.

Bəs ekspertlər nə deyir?

Mütəxəssislər portağal şirəsinin sağlamlığa faydaları ilə razılaşırlar. Onun tərkibindəki C vitamini immunitet sistemi, ürək üçün faydalıdır və kollagen istehsalını dəstəkləyir.

Bununla belə, mütəxəssislər deyirlər ki, orqanizmə bu qədər C vitamini qəbul edərkən diqqətli olmaq lazımdır. Çünki 2000 mq və ya daha çox C vitamini qəbul etmək böyrək daşları və ya mədə-bağırsaq pozğunluğu kimi sağlamlıq problemlərinə səbəb ola bilər.

Dietoloq Ebbi Şarp "USA Today"ə bildirib ki, meyvə şirələri şəkərin udulmasını yavaşladan və qlisemik indeksi aşağı salan faydalı liflərdən məhrumdur:

"Buna görə də, portağal şirəsi qan şəkərinin artmasına səbəb ola bilər.

Portağal yüksək turşuluğa malik sitrus meyvələrindən biridir. Həddindən artıq portağal şirəsi içmək diş minasına zərər verə və mədə problemlərinə səbəb ola bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1397   Tarix: 25 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

4 may
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

5 may
.

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanı

5 may
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

5 may
.

Vitse-merin anasını baltalayıb öldürdülər

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi Uray şəhərinin vitse-merinin anası qətlə yetirilib. yerli mediaya istinadla bildirir ki, qadının sərxoş əri onu balta ilə döyərək öldürüb. Məlumata görə, maliyyə rəhbərinin müavini Uray Novoselovanın anası əri tərəfindən balta ilə öldürülüb. Qətl hüquq-mühafiz

3 may
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

5 may
.

Acun Ilıcalıya ağır itki üz verdi

Türkiyəli iş adamı Acun Ilıcalının ailəsinə ağır itki üz verib. xəbər verir ki, onun 86 yaşlı əmisi Gürbüz Ilıcalı dünyasını dəyişib. Bu barədə Ilıcalı özü bildirib. O 86 yaşlı əmisinin fotosunu paylaşaraq onun dünyasını fəyişdiyini deyib:. "Yaxşılıqdan başqa heç nə düşünməyən, çətinlikdə olan hə

3 may
.

Almaniya və Fransanın kitabxanalarından minlərlə zəhərli kitab müsadirə edilib

Almaniyanın və Fransanın şimal-şərqində yerləşən Strasburq şəhərindəki kitabxanalardan üzlükləri arsenlə (sıçanotu) örtülmüş minlərlə kitab yığışdırılıb. Strasburq Milli və Universitet Kitabxanasının əməkdaşı Jerom Şvaytser bildirib ki, hələ 1840-cı illərdə yaşıl üzlüklü kitablar dəb halına gəlib v

5 may
.

ŞOK HADİSƏ: Evdən 12 ton zibil çıxarıldı - FOTO

Türkiyənin Odunpazarı bölgəsində evlərdən birindən 12 ton zibil çıxarılıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kurtuluş məhəlləsi Bilgin küçəsində yerləşən mənzildən günlərlə pis qoxu gəlməyə başlayıb. Bundan sonra ətrafda yaşayan qonşular vəziyyəti bölgə bələdiyyəsinə bildiriblər. Sözügedən ünvan

3 may