Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanlar təcili tibbi yardım maşınının orada olduğu halda meyitin yük maşınına qoyulmasına etiraz ediblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, şəxsin həkiməqədər ölümü qeydə alınıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları olublar, meyit ərazidən uzaqlaşdırılması üçün təhvil verilib. Meyit daşınması təcili tibbi yardım avtomobillərinin fəaliyyət profilinə aid deyil.

Bəs görəsən, meyiti hansı avtomobil daşımalıdır? Bu, hüquqi cəhətdən necə tənzimlənir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, təcili yardım briqadası hadisə yerinə gəlibsə, meyiti onlar aparmalı idilər:

"Şübhəsiz ki, təcili tibbi yardım maşını hadisə yerinə gəlibsə, aparmalı idi. İlk növbədə ölüm hadisəsi qeydə alınıb. Ölüm ilə bağlı dəvət olunublarsa, aparmağa borclu idilər. Polis yoxdursa, polisə zəng etməlidir. Polis hadisəni müəyyən edir. Sonra təcili tibbi yardım maşınında ölən şəxs morqa aparılmalıydı. Meyit yarılmalıydı. İstənilən ölüm hadisəsi araşdırılmalıdır".
Ə.Nuriyev əlavə edib ki, təcili tibbi yardım briqadası əlçatan olmayıbsa, meyit başqa maşınla daşına bilər:

"Həm hüquqi, həm də mənəvi vəzifələridir. Bu məsələdə başqa hal ola bilməz. İndiyə qədər də belə olub. Polis aparmamalıdır. Təcili yardım aparmalıdır. Təcili yardım maşını yoxdursa, qohum apara bilər.Təcili yardım yoxdursa, məhkəmə tibbi ekspertizasından mütəxəssislər göndərilir. Daha sonra səhiyyə xidmətinə aid olan maşınlar ilə morqa aparılır".

"Hüquqi cəhətdən də belədir. Öhdəliyi var. Hər şey qanunda yazılmalı deyil ki, sən dəvət olunmusansa, aparmalısan", - deyə Ə.Nuriyev fikrini tamamlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 489   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"WhatsApp" dizaynını tamamilə dəyişdi - VİDEO

"WhatsApp" "Android" və "iOS" əməliyyat sistemlərində mesencerin dizaynını tamamilə dəyişib. -ın məlumatına görə, bu barədə tətbiqin "X" sosial şəbəkə hesabında xəbər verilib. Yenilənmiş dizayn sistem yaşıl rəng sxemini itirib və mövzusundan asılı olaraq ağ, yaxu

11 may
.

Tezbazar.Az - Təmir, tikinti və xidmət elanları

Pulsuz elanlar saytı -ın xidmətlər bölməsi ən çox baxılan bölmələrdəndir! Bu bölmənin özünün də xeyli sayda kateqoriyası var: IT-kompüter, Hazırlıq kursları, Nəqliyyat və logistika, Gözəllik və sağlamlıq, Təmir və tikinti, Texnika təmiri, Musiqi, Əyləncə, Toyların təşkili, Reklam və dizayn, Mebel yığılması

6 may
.

Təhlükəli asteroid Yerə yaxınlaşır

"Apofis" asteroidi Yerə potensial təhlükəli yaxınlaşması ilə dünya tədqiqatçılarının və alimlərinin diqqətini cəlb edir. -ın xarci mediaya istinadla xəbərinə görə, Qədim Misirin məhv tanrısı Apofisin adını daşıyan bu nəhəng kosmik obyekt cəmi 31 min kilometr məsafədən keçəcək. Mütəxəssislə

12 may
.

Aviasiya Akademiyasını bitirib KLOUN işləyən şəxs: "Deyirlər, özünə kişi işi tap" - VİDEO

Bakıda klon kimi fəaliyyət göstərən ali təhsilli klounun açıqlamaları diqqət çəkib. APA TV-yə müsahibə verən kloun insanların onun peşəsinə olan münasibətindən gileylənib. "Özünə kişi işi tap" kimi ifadələrlə qarşılaşan müsahib narazılığını dilə gətirib. Daha ətraflı videoda:

12 may
.

Efiopiyalı qadın 16 ildir ac-susuz yaşayaraq ana olub

Efiopiyalı qadın son 16 il ərzində heç nə yemədiyini və içmədiyini iddia edir. Məlumata görə, söhbət bir anda yemək ehtiyacını itirən Muluvork Ambraudan gedir. O, bunu 10 yaşında hiss edib. Yeyə bildiyi son qida isə qırmızı mərci şorbası olub. Qadının vaxtının çox hissəsini həyət-bacaya sərf edir, çoxl

12 may
.

"Google Chrome" istifadəçilərinə təcili xəbərdarlıq

"Google" anonim informasiya təhlükəsizliyi eksperti tərəfindən aşkar edilmiş CVE-2024-4671 boşluğunu aradan qaldıran "Chrome" brauzeri üçün təhlükəsizlik yeniləməsini buraxıb. Məlumata görə, hakerlər bu boşluqdan fəal şəkildə istifadə edirlər. Boşluğun təcavüzkarlar tərəfindən nec

12 may
.

Mətbəxdə ən lazımsız 4 ləvazimat

Mütəxəssislər mətbəxdə ən lazımsız şeyləri açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, bu ləvazimatlar faydalı deyil. Ədviyyat şkafı. Çox vaxt görürük ki, bir çox ədviyyatlar toza çevrilir və dadını itirir. Təravətini itirmiş istənilən ədviyyatdan qurtulmağı və onları az miqdarda almağı məsləhə

12 may
.

Donuz böyrəyi köçürülən şəxs öldü

ABŞ-da dünyada ilk dəfə donuz böyrəyi köçürülən şəxs ölüb. -ın xəbərinə görə, bu barədə "CBS News" telekanalı məlumat yayıb. Genetik modifikasiya edilmiş donuz böyrəyi köçürülən 62 yaşlı kişi əməliyyatdan 2 ay sonra həyatını itirib. Massaçusets ştat hospitalından bildirilib ki, Sleyman adl

12 may
.

Sürücülərdən tıxac problemi ilə bağlı təklif - SORĞU + VİDEO

Bakıda hər gün artan tıxacın bir çox səbəbləri var. Bəs, bu məsələnin qarşısını almaq üçün taksi sürücüləri nə kimi təkliflər irəli sürürlər?. Onlardan bəziləri tıxacın yaranmasının əsas səbəbi kimi sürücü məsuliyyətsizliyini əsas gətirirlər. Digər sürücülər isə tıxacların səbəbini yolların geniş olmamas

12 may