Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL

Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİLCənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında konstruktiv mövqe sərgilədiyinə dair ümumi bir təsəvvür yaranmışdı. Lakin pərdəarxasındakı məqamlar gün işığına çıxmağa başladığı andan Vaşinqton da əsl simasını göstərməyə başlayıb. Bu qənaətə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Vədinə xilaf çıxan Vaşinqton

Öncə ondan başlayaq ki, bir neçə ay əvvəl ABŞ xüsusi xidmət orqanları və Dövlət Departamentinin birbaşa nəzarətində olan mərkəzlər və media orqanları "Azərbaycan Ermənistana hücuma hazırlaşır" tezisini inkişaf etdirməyə başladı. Özü də ortaya heç bir fakt, dəlil qoymadan və Bakının sülh danışıqlarına sadiqliyini bəyan etməsinin fonunda. Konqresdə Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Ceyms O Braynın Bakı-Vaşinqton münasibətlərinə kölgə salan anti-Azərbaycan bəyanatlarının üstündən o qədər də çox vaxt keçməyib. Düzdür, məlum olaydan sonra tərəflər gərginliyin daha da artmaması üçün ümumi razılığa gəlsələr də, görünən odur ki, ABŞ-nin Azərbaycana qarşı ikili standartlara əsaslanan siyasətində elə ciddi bir dəyişiklik yoxdur.

Ermənistanı silahlandırmaqdakı əsas məqsəd

Biz bunu Avropa İttifaqı-ABŞ-Ermənistan üçlüsünün Brüsseldə keçirilən görüşünün əsl mahiyyətini ifşa edən gizli razılaşmaların gün işığına çıxması fonunda da müşahidə edirik. İsrarla bu danışıqların iqtisadi dəstək mahiyyəti daşıdığı bəyan edilsə də, yayılan son sənədlər Ermənistana güclü hərbi dəstəyin göstərilməsi və ümumilikdə Cənubi Qafqazın təhlükəsizlik strukturunun tamamilə dəyişdirilməsinin hədəfləndiyi ortaya çıxır. Təbii ki, Ermənistana birbaşa hərbi yardımların edilməsinin kimə qarşı istiqamətləndiyi heç kimə sirr deyil. İrəvanın "düşmən" obrazında dünyaya təqdim etdiyi əsas dövlət Azərbaycandır. Halbuki bu gün Ermənistanın düşdüyü vəziyyətin əsl səbəbkarı İrəvanın 30 ildən artıq davam edən işğal siyasətidir. Bu reallığı illərlə mənasız danışıqlarla torpaqlarımızı Ermənistana güzəştə getmək üçün Bakıya bağlı qapılar arxasında təzyiqlər göstərən ABŞ də gözəl bilir. Hansı ki, uzun illər bədnam Minsk Qrupunun əsas həmsədrlərindən biri olub.

ABŞ-nin planlarını alt-üst edən həmlə
İndi isə Azərbaycan rus sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlayıb. Özü də qansız, qadasız. Hətta bu prosesin yaşandığı günlərdə Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri və həmkarı Vladimir Putinlə apardığı müzakirələr Bakının bölgədə real siyasət anlayışını çox uğurla tətbiq etdiyinin əyani göstəricisidir. Bununla belə, dünyanın hər yerində rus əsgərini özünün milli maraqlarına təhdid kimi görən Vaşinqtonun sülhməramlıların Qarabağı tərk etməsinə göstərdiyi reaksiya çox qəribədir. Əslində bu yanaşmanın özü də məkrli planların mövcudluğundan xəbər verir. Çünki Ağ Evin planlarında rus hərbçilərinin mövcudluğu Bakı ilə Moskva arasında gələcək siyasi və hərbi gərginliyin əsasını təşkil etməli idi. Əsrlər boyu formalaşmış "ruslar girdikləri yerlərdən çıxmırlar" tezisinin Qarabağdakı sülhməramlılar timsalında özünü doğrultmaması Vaşinqtonun bəlkə də yaxın və orta perspektivdə Cənubi Qafqazı yenidən qaynar qazana çevirmək planlarını alt-üst edib.

ABŞ-nin qarşı çıxdığı layihələr

Bütün bu proseslər fonunda Azərbaycan və Ermənistan ikitərəfli danışıqlar əsasında illərdir işğal altında qalan dörd kəndimizin geri qaytarılması barədə razılığa gəlib. Xüsusi vurğulanmalı bir məqam var - məhz ikitərəfli danışıqlar fonunda, nə Vaşinqton, nə də Brüsselin "tərəfsiz" vasitəçiliyi ilə. Sərhədlərin delimitasiya prosesinə start verilir. Bu formatın bölgədə sülh və sabitliyə ən uğurlu töhfə verə biləcək bir müstəvi olduğunu İrəvan da anlayır. Bakı bölgədə təhlükəsizliyin təminatı rolunda çıxış edə biləcək tranzit nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üçün yeni razılaşmalara imza atır. Buraya həm Şərq-Qərb, həm də Şimal-Cənub layihələri daxildir. Hansı ki, sülh olacağı təqdirdə Ermənistanın da iqtisadi inkişafında mühüm rol oynayacaq. Lakin gərgin beynəlxalq vəziyyət və böyük dövlətlərin şərtlərini digərlərinin milli maraqlarını nəzərə almadan diktə etməyə çalışması fonunda ABŞ və Rusiyanın maraqlarının toqquşduğu bu layihələrlə bağlı Vaşinqtonun Azərbaycana qarşı təzyiqlər göstərdiyi də istisna deyil. Bu günlərdə Konqresə təqdim olunan və sanksiya tətbiq olunması tələb edilən "siyahı"nı da bu fonda dəyərləndirə bilərik. Siyahıda Azərbaycanın haqq müharibəsində qəhrəmanlıq göstərən əsas hərbi rəhbərliyinin, o cümlədən, bəşəriyyətə qarşı hərbi cinayət törətməkdə ittiham olunan separatçıların məhkəmə prosesində iştirak edən prokurorluq və hakim heyətinin adlarının əksini tapması hər şeyi açıq şəkildə ortaya qoyur.

Azərbaycan Ukrayna deyil

O da məlumdur ki, bir neçə aydan sonra Ağ Evin yeni sahibini müəyyənləşdirəcək seçkilər hazırda ABŞ-nin dünya siyasətinə də ciddi təsir edir. Hakimiyyət uğrunda mübarizə aparanları isə qaynar nöqtələrdə müharibə fəlakəti ilə üzləşənlərin taleyi o dərəcədə də narahat etmir. Əksinə, Vaşinqtonun maraqlarına xidmət edən yaşanan bu faciələr daxili siyasi mübarizədə bir vasitədir. Biz bunu aylardır böyük güclərin hərbi poliqonuna və əzələ nümayişi meydanına çevrilmiş Ukraynaya hərbi yardımın göstərilməsi oyununun timsalında da müşahidə edirik. Lakin bir fakt var ki, Azərbaycan Ukrayna deyil. Dövlətimizin ali rəhbərliyinin siyasi iradəsi və qətiyyəti, zəngin təcrübəsi Azərbaycan üzərindən qurulan bütün məkrli oyunların əvvəlcədən iflasa məhkum olacağını şərtləndirən başlıca amildir. İstər Paris, Brüssel, istərsə də Vaşinqton - bu oyunu quranların kimliyi rəsmi Bakı üçün elə də böyük fərq etmir...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 377   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tovuzda evlənmək məqsədilə qaçırılan məktəbli ailəsinə təhvil verilib

Tovuz rayonunda evlənmək məqsəilə qaçırılan məktəbli ailəsinə təhvil verilib. xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı məlum olub ki, 10-cu sinif şagirdi (şərti ad) Aysel Məmmədlini kənd sakini Mətin Mustafayev evlənm

11 may
.

32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO

32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Şəki rayonun Aşağı Kəldək sakini Aybəniz Məsimova sosial müavinət ala bilmir. Onun sözlərinə görə, həyat yoldaşından geri qalan nikah müqaviləsi sosial müavinət almaqda problem yaradır. "Ünvanlı sosial yardım üçün müraciət edəndə məndən sənədləri

10 may
.

İlin sonuna qədər Astara terminalının inşasında əsas işlər yekunlaşacaq

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi sayılan Astara terminalında əsas inşa işlərinin 2024-cü ilin sonuna qədər yekunlaşması gözlənilir. "Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədrinin müşaviri Emil Məmmədov deyib. O bildiri

11 may
.

Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı

Tovuzda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. Hadisə Vahidli kəndində qeydə alınıb. Orta məktəbin 10-cu sinfində təhsil alan 16 yaşlı Ə.G. kursdan qayıdarkən 26 yaşlı M.Mustafayev tərəfindən qaçırılıb. Ailə hadisə ilə bağlı polisə müraciət edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gənc

10 may
.

Azərbaycanda maaşlarla bağlı ŞOK YENİLİK

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. "Report"un əldə etdiyi məlumata görə, bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyat

12 may
.

Zeynəb Xanlarova illər sonra Şuşada - FOTO

Xalq artisti Zeynəb Xanlarova illər sonra Şuşaya yollanıb. xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabında paylaşım edib. "Zeynəb xanım azad Şuşaya ilk dəfə gəlir. Xoş oldu Cıdır düzündə böyük sənətkarımızla görüşmək" - deyərək, Rəşad Məcid qeyd edib. Sözügedə

11 may
.

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Dövlətimizin başçısı və birinci xanım mənzillərin açarlarını sakinlərə təqdim ediblər. -a istinadən xəbə

11 may
.

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə və Laçın rayonunun Sus kəndinə ilk köç karvanı yola salınıb. Bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən -a məlumat verilib. Bildirilib ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya

11 may
.

Azərbaycanda şoumenin ölüm xəbəri yayıldı - YENİLƏNİB + FOTO

Yaxınları 38 yaşlı şoumen Murad Muradovun ölüm xəbərini təkzib edib. Onlar qeyd ediblər ki, Muradın vəziyyəti ağır olsa da sağdır:. "Ürəyi döyünür. Ona dua edək, bəlkə aramıza qayıdar". 19:46. Qubada şoumen vəfat edib. Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib. Bildirilib ki, məclislərd

10 may