"Çelsi"nin keçmiş baş məşqçisi "Portu"nun prezidenti olub

"Çelsi"nin keçmiş baş məşqçisi "Portu"nun prezidenti olubPortuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş "Portu"nun prezidenti olub.

"Report" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

"Andre Villaş-Boaş "Portu"nun yeni prezidentidir. <...> 26 876 üzv qurumun 32-ci rəhbərini seçib", – məlumatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, Villaş-Boaş 2028-ci ilədək kluba başçılıq edəcək.

46 yaşlı mütəxəssis 2010-2011-ci illərdə "Portu"nun baş məşqçisi olub. Onun məşqçilik karyerasındakı sonuncu komandası Fransanın "Marsel"i olub. Daha öncə o, "Çelsi", "Tottenhem", "Zenit", "Şanxay Port", və "Akademika"nın sükanı arxasında olub.

Qeyd edək ki, hazırda "Portu" 62 xalla Portuqaliya çempionatının turnir cədvəlində üçüncüdür. Komanda lider "Sportinq"dən 18 xal geri qalır.

Növbəti turda "Portu" "Sportinq"lə qarşılaşacaq. Oyun bu gün, Bakı vaxtı ilə 23:30-da başlayacaq.

Xatırladaq ki, Andre Villaş-Boaş dünyanın ən reytinqli işsiz məşqçiləri siyahısında yer almışdı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 287   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən yaxşı 20 futbol məşqçisi - SİYAHI

Britaniyanın "FourFourTwo" nəşri dünyanın ən yaxşı futbol məşqçilərinin siyahısını açıqlayıb. həmin siyahını təqdim edir:. 1. Pep Qvardiola ("Mançester Siti. 2. Yurgen Klopp ("Liverpul. 3. Xabi Alonso ("Bayer" Leverkuzen). 4. Karlo Ançelotti ("Real. 5. Unai Emeri ("Asto

7 may
.

Harri Keyndən İngiltərə klubunun transfer təklifinə SƏRT CAVAB

Harri Keyn "Mançester Yunayted" klubunun təklifini qəbul etməyib. Məlumata görə, yeni mövsüm üçün hazırlıqlarını indidən başladan "Mançester Yunayted" Harri Keyn üçün təklif göndərib. İngiltərəli hücumçu isə: "Deyəsən dəli olublar. İngiltərə klubundan bura gəldim. "Mançeste

6 may
.

"Qalatasaray"ın keçmiş oyunçusu tutuldu

"Qalatasaray"ın keçmiş oyunçusu Jo Alves Braziliyada saxlanılıb. xarici mediaya istinadla bildirir ki, futbolçu təmsil etdiyi "Amazonas" klubunun heyəti ilə "Ponte Preta" klubu ilə oyuna gedərkən polis avtobusa saxla əmri verib. Daha sonra polislər Alvesi tutaraq şöbəy

9 may
.

Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 36-cı turunda "Tottenhem"lə görüşdə vurduğu qol və məhsuldar ötürməsi ilə Ueyn Runinin tarixi rekorduna çatıb. Məlumata görə, misirli futbolçu Premyer Liqanın cari mövsümündə 18 qol və 10 məhsuldar ötürmə edib. İngiltər

7 may
.

Aygün Kazımova Azərbaycan Kubokunun finalında çıxış edəcək

İyunun 2-də Azərbaycan Kubokunun finalında "Qarabağ" "Zirə" ilə üz-üzə gələcək. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Həlledici qarşılaşmadan öncə konsert proqramı təşkil olunacaq. Ölkənin əsas ulduzu Aygün Kazımova konsert proqramı ilə çıxış edəcək. Pop kraliç

10 may
.

"Qalatasaray" çempion olarsa qazanacağı pulun məbləği açıqlandı

Türkiyə Super Liqasında çempionluğa doğru irəliləyən "Qalatasaray"ın çempion olacağı təqdirdə qazanacağı məbləğ müəyyənləşib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sarı-qırmızılı komanda liqanı lider kimi tamamlasa təxminən 250 milyon lirə (13 milyon 175 min AZN) qazanacaq. İndiyə qədə

8 may
.

Azərbaycan idmançısı Rusiyada dörd qızıl medal qazandı - FOTO

Rusiyanın paytaxtı Moskva şəhərinin "Maksima Stables" atçılıq mərkəzində keçirilən dressaj növü üzrə beynəlxalq "Qələbə Kubokunun Finalı" yarışında Azərbaycan idmançısı Aydın Əlibəyov ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələr əldə edib. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbua

11 may
.

"Liverpul" çempionluq şansını itirdi

"Liverpul" 2023/24 mövsümündə İngiltərə Premyer Liqasını qazanmaq üçün riyazi şansını itirib. Bu, "Mançester Siti"nin mayın 11-də çempionatın növbəti tur matçında "Fulhem"i 4:0 hesabı ilə məğlub etməsindən sonra baş verib. Beləliklə, "şəhərlilər"in sona iki tu

12 may
.

"Borussiya"nın futbolçusu "İnter Mayami"yə keçə bilər

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Marko Roys karyerasını ABŞ-nin "İnter Mayami" kollektivində davam etdirə bilər. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bundan başqa, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Türkiyə Superliqa təmsilçilərini

11 may