"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıbOmanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib.

Müqavilənin şərtlərinə görə, "Oman LNG"də 5,54 % paya sahib Fransa şirkəti 10 il müddətinə Yaxın Şərq istehsalçısından MTQ alacaq. Nəqlin 2025-ci ildə başlanması gözlənilir. Şirkət müqavilənin məbləğini açıqlamır.

Fransa şirkətinin bəyanatına görə isə, "TotalEnergies"nin həmçinin Omanın "Marsa LNG" layihəsinə dair yekun investisiya qərarını qəbul edib. O, 80 %-i "TotalEnergies"ə, qalan 20 %-i Oman dövlət neft şirkəti OQ-ya məxsus olan "Marsa Liquefied Natural Gas" adlı müştərək müəssisə tərəfindən gerçəkləşdiriləcək.

Layihə 33,19 % müştərək müəssisəyə məxsus olan "Mabrouk North-East" yatağında sutkada 4,25 milyon kubmetr təbii qaz hasilini nəzərdə tutur. Çıxarılan qaz "Marsa LNG" zavodu üçün xammal kimi istifadə olunacaq. Layihə çərçivəsində şirkətlər Omanın Sohar limanında ildə 1 milyon ton gücündə MTQ istehsalı zavodu tikməyi də planlaşdırır.

Qeyd edək ki, Oman dünyanın 10 ən böyük MTQ təchizatçısından biridir. Son illərdə sultanlıq Avropa və Asiya-Sakit okean regionunda təbii qaz tələbatını ödəmək üçün əlavə istehsal gücünün yaradılmasına diqqət yetirir. "Oman LNG" ildə 10,4 milyon ton MTQ istehsal edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 222   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azyaşlı azarkeşin peşəkar şərhi müzakirələrə səbəb oldu - VİDEO

"Galatasaray"ın "Sivasspor"u 6-1 məğlub etdiyi mübarizədə azarkeşlərdən birinin Hakim Ziyeşin qolunu şərh etməsi müzakirələr səbəb olub. Türkiyə KİV-ə istinadən xəbər verir ki, azyaşlı azarkeşin şərhi futbolsevərlər tərəfindən təqdir edilib. "Galatasaray" və "Sivasspor"

10 may
.

Trampın 18 yaşlı oğlu siyasi karyeraya başlayır - FOTO

ABŞ-nin 45-ci Prezidenti Donald Trampın ən kiçik övladı Berron Tramp siyasi karyeraya başlayır. 18 yaşı tamam olan kimi gənc Tramp artıq Florida Respublikaçılar Partiyası tərəfindən Respublikaçıların Milli Konvensiyasına Floridadan nümayəndə kimi seçilib. Mart ayında 18 yaşı tamam olan Berron digər ail

10 may
.

İsrail ordusu yenidən Cəbaliyə şəhərində əməliyyata başladı

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalındakı Cəbaliyə şəhərində yenidən hərbi əməliyyata başlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. İsrail ordusu keçən ilin payızında Cəbaliyədə əməliyyat aparıb. İsrail Ordusunun yaydığı məlumata görə, HƏMAS-ın Cəbaliyədə yeni hərbi infrastruktu

12 may
.

Baydenin dövründə ABŞ Ukraynaya nə qədər yardım göndərib? - ŞOK RƏQƏM

Co Baydenin prezidentliyi dövründə ABŞ-nin Ukraynaya yardımının həcmi 51,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib. Məlumata görə, Rusiya-Ukrayna müharibəsi başlayandan transfer edilən yardımın həcmi 50,6 milyard dollar təşkil edib. Bundan öncə Bayden bəya

11 may
.

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

İsveçrə Federal Şurasının (hökumət) sədri və vitse-kansleri Andre Simonatsi dağlara yürüyüş zamanı keçinib. "Report" xəbər verir ki, bu barədə hökumət portalında məlumat verilib. Məlumata görə, siyasətçi dağlarda dincəlməyi çox sevirmiş. Cümə günü, mayın 10-da o, yürüyüş zamanı huşunu itiri

12 may
.

Rusiya qoşunları daha altı yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya qoşunları Ukraynanın daha altı yaşayış məntəqəsini nəzarətə götürüb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilir. Məlumata görə, ordu Xarkov vilayətində Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya və Streleçya kəndlərini, Donetskdə isə Keramik məntəqəsini ələ keçirib. Xatırlada

11 may
.

"Kiçik Paris": Avropada tətil üçün ən ucuz şəhər

Buxarestdə mehmanxanalar və restoranlarda yeməklər üçün ən yaxşı qiymətlər var. Bir çox ekspert və səyahətçinin "kiçik Paris" adlandırdığı Rumıniyanın paytaxtı Buxarest 2024-cü ilin yayında az büdcəli şəhər tətili - bir neçə günlük tətil üçün Avropanın ən yaxşı şəhəri kimi tanınıb. xarici KİV-

10 may
.

Milyonçu qadın özünü öldürdü: Sərvətini görün kimə vəsiyyət etdi

Milyonçu üzgüçülük hovuzu olan bir neçə dəbdəbəli villanın sahibi idi, lakin bir anda intihar etmək qərarına gəlib. xarici mediaya istinadən bildirir ki, tailandlı qulluqçusuna təxminən 100 milyon bat (2 milyon 700 min dollardan çox) dəyərində miras qoyan fransız iş qadını Samui adasında özünü öldürüb

12 may
.

Çexiya Rusiya xüsusi xidmət orqanlarının generalını axtarışa verib

Çexiyada polis Rusiya vətəndaşı Andrey Averyanovu 2014-cü ildə ölkənin şərqindəki Vrbetice kəndindəki silah-sursat anbarlarında törədilən partlayışlarda əli olduğu iddiası ilə axtarışa verib. "Report" xəbər verir ki, bu barədə "Сeske noviny" qəzeti yazıb. "Polis Baş Kəşfiyya

11 may